Aqrar məSLƏHƏt xiDMƏTİ



Yüklə 1,85 Mb.
tarix11.11.2023
ölçüsü1,85 Mb.
#132110
slayd limon

AQRAR MƏSLƏHƏT XİDMƏTİ

QƏHRƏMANOVA LƏMAN

Limonun becerilmesi

Limonun botaniki adı Citrus limon (L.)Burm.-dır. 3-5 m hündürlüyündə kol tipli ağac bitkisi olub, yalnız mədəni halda rast olunur. Güman olunur ki, limon sitronun mutasiya dəyişkənliyindən yaranmışdır. Yarpaqları uzunsov-yumurtavari, açıq-yaşıl rəngli olub, zoğ üzərində tək-tək yerləşir. Yarpaq saplağı gödəkdir. Əksər sortları tikanlıdır. Çiçəkləri iri, ağ rəngli, tək-tək və qruplarla yerləşir. Erkəkcikləri 20-30 ədəd olub dəstə halındadır. Çiçəkləri üçüncü-dördüncü budaqlanmadan sonra əmələ gəlir. 


Meyvələri sortlardan asılı olaraq 30-40 q-dan 500-600 q-a qədər olur. Adətən oval və ya yumurtavari formalı olub əksər sortlarda meyvələrin ucu əmziklidir. Limon uzunömürlü (100 il və daha çox) bitkidir. Vegetativ artırılmış bitkilər 2-4 yaşından məhsula düşür.

01


Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, C vitaminləri, fitosidlər və s. limonun qabığı və yarpaqlannda efir yağları mövcuddur.


Limon meyvələri yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətə malikdir. Limon meyvələri tibbdə çox qədimdən istifadə edilmişdir. Meyvələrdən sınqa, nəfəs yollarının xəstəliyi, mədə-bağırsaq xəstəlikləri zamanı, podaqra, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir. Meyvələrin qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif menningit, tif, qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotik kimi istifadə edilir. Limon meyvəsi və şirəsi, susuzluğu aradan götürən xüsusiyyətə malik olduğundan ondan hazırlanmış spirtsiz içkilər, limonad və ya sitro (limonun fransızca adı Citrond-dur) adlanır.

Dünyada limon istehsalının 18,9%-i Hindistanın (2.629.000 ton) payına düşür. Meksika (1.891.000 ton), Argentina (1.113.000 ton), Çin (1.058.000 ton) limon istehsal edən ölkələr sırasındadır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası limon istehsalının 98%-ni təşkil edir. 

Sortları. Limonun 200-ə yaxın sortu vardır ki, bunlardan ölkəmizdə daha geniş yayılanları Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka, Udarnik sortlarıdır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin