[10]
“Türk dillərindəki qohumluq terminlərini tədqiq edən tanınmış türkoloq L.A.Pokrovskaya yazır ki, yaşca böyüklərə olan hörməti bildirən müraciət formantı -y (-ay) ilə işlənən terminləri (babay, atay, ağay, abıy, apay, əsəy) artıq başqordlar bölünməz bütöv söz kimi qəbul edirlər.84 Saqaların m.ö. IV yüzildə Ata adlı elbəyin sikkəsindəki adı Atay (Atai-as) kimi həkk olunmuşdur:
Sosial qurumla bağlı sözlər siyasi quruma transfer ola bildiyi kimi, qohumluq bildirən bəzi sözlər də san (titul) anlamı bildirən yükü daşıya bilmişdir, özəlliklə ata sözü belə sözyaradıcılığında daha çox işlək olmuşdur: qamata, atakam, atabəy və s.”
Dostları ilə paylaş: |