Dərsin gedişi
Sinfin təşkilindən sonra müəllim, keçən dərsin mənimsənilməsini müəyyən etmək məqsədi ilə şagird cütlərinə aşağıdakı sualları verir. .
1.Tsikloheksandan benzolun alınmasının şəraitini izah edin və reaksiyanın tənliyini yazın.
2.Heksandan benzolun alınmasının reaksiya tənliyini yazın.
3.Benzolun fenoldan alınmasının reaksiya tənliyini tərtib edin.
4.N.D.Zelinski və V.A.Kazanski benzolu hansı üsulla almışdır? Reaksiyanın tənliyini yazın.
5. Arenlərin homoloqlarının alınması ilə bağlı daha hansı üsullar vardır?
6.Arenlərin alınması ilə bağlı akademik Y.Məmmədəliyevin nə kimi xidmətləri olmuşdur?
Şagirdlər 15 dəqiqə ərzində suallar ətrafında bildiklərini kimya dəftərlərinə qeyd edirlər. Sonra müəllim hər cütdən növbə ilə bir şagirdə lövhədə suala cavab yazmağı tapşırır. Müəllim dərsi yekunlaşdırır və
Y.H.Məmmədəliyevin aromatik karbohidrogenlərin alınması ilə bağlı işləri barədə bir qədər ətraflı məlumat verir. Onun müxtəlif karbohidrogenlərin alkilləşməsi sahəsində apardığı tədqiqatları dünya neft-kimya elminin inkişafında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayır və qeyd edir ki, SSRİ Elmlər Akademiyasının akademiki Şuykin onu “alkilləşmənin”kralı adlandırmışdır.
Sonra, müəllim yeni mövzunun öyrənilməsi məqsədi ilə şagirdlərə lazımı məsləhətlərini bildirir və aşağıdakı məzmunlu iş vərəqlərini qruplara verir.
Dostları ilə paylaş: |