G ü l ç ö h r ә (Asyaya). Sәnә lazım olmaz, amma Telliyә lazım olar.
Ә s g ә r. Doğru buyurursan, xanım. (Kәnara). Agıllı qızdır, ha!... (Ona) Neçә arşın buyurursan qulluqçunuz ünün kәsim.
G ü l ç ö h r ә. Arşını neçәdәndir?
Ә s g ә r. Heç neçә, on iki qәpikdir. Amma sizә iki şahıdan hesab elәrәm.
G ü l ç ö h r ә. Bu cürә çitin arşınını biz hәmişә sәkkiz qәpikdәn alırıq, elә versәn on arşın kәs.
Ә s g ә r. Zәrәr yoxdur, sizә qurban olsun. (Olcur). Bir ... İki. (Kәnara) Amma, deyәsәn, axtardığımı tapmışam ... üç ... dörd ... vallahi çox gözәl qızdır ... beş ... altı ... yeddi ... deyәsәn elә qismәtim bu olacaqdır ... sәkkiz ... doqquz, görünür zahiri, gözәl olan kimi batini dә gözәldir ... on ... on bir ... on iki....
G ü l ç ö h r ә. On arşın bәsdir.
Ә s g ә r. Buy, hә. Fikrimdәn çıxdı, budur elә on arşındır. (Kәsir qulluqçuya verir).
A s y a. Ah, bizә yaraşan heç zadın yoxdur.
Ә s g ә r. Xanım, sizә yaraşan şeyim çoxdur, ancaq evdәdir. İnşallah gәlәn sәfәr gәtirәrәm. (Gülçöhrә pul verir). Xanım evin abadan, sәnin әlinin bәrәkәti mәnә bəsdir.
G ü l ç ö h r ә. Nә bildin ki, әlimin bәrәkәti vardır?
Ә s g ә r. Elә belә ürәyimә damdı ki, sәnin әlin bәrәkәtlidir. (Kәnara). Vallah, mәn deyәn elә budur ki, var. (Ona). Xanım, bura Soltan bәyin evi deyilmi?
G ü l ç ö h r ә. Özüdür.
Ә s g ә r. Abad olsun! Bәs Soltan bәyin qızı hansınızdır?
A s y a. Bu özüdür.
Ә s g ә r. Allah ömür versin. (Kәnara). Çox gözәl qızdır.
A s y a. Ay Gülçöhrә gedәk evә; yoxsa әmim gәlәr acığı tutar. Gedirlәr. Ә s g ә r. Sağ olun, var olun!
G ü l ç ö h r ә (gedә-gedә). Sәn dә sağ ol!
Ә s g ә r (tәk). Sözün doğrusu, bundan yaxşı qız görmәdim vә ola bilsin ki, heç görmәyim. Gәl Әsgәr, ya qismәt de, bunu al. Soltan bәy mәni görmәyibdisә dә, adımı eşidibdir. Bilir ki, dövlәtli tacir oğlanam. Yәqin qızı istәsәm verәr. İndi görәsәn, qız bilsә ki, mәn doğrudan da arşın mal satanam, mәnә gәlәrmi? Qızı bilmirәm, amma Soltan bәy bilsә ki, mәn arşın mal satanam, min il dә qalsa, qızı mәnә vermәz. Allahın altında qız bir dә çıxaydı, yenә bir görәydim, danışdıraydım. Dayan.... (Qapıya baxır). Deyәsәn, gәlәn var. Qoy gizlәnim görüm kimdir. (Gizlәnir, qapı açılıb Gülçöhrә çıxır).
G ü l ç ö h r ә. Asya demişkәn, arşınmalçının sir-sifәti yaxşı idi. İndi Asyaya desәn ki, gәl sәni ona әrә verәk, bir hәşir qatar, deyәr ki, mәn arşınmalçının tayıyam? Amma mәncә, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mәn ona әrә gedәrәm. Çünki nә sayaq olsa, yenә dә üzünü görmüşәm, bilirәm ki, şil deyil, kor deyil, keçәl deyil, sifәti dә xoşuma gәldi. Üzü nәcib adamın üzünә oxşayır. Vallah onu qәşәng geyindirәsәn, bir oğlan çıxar ki, bәy balası kimi.... Mәnә deyir ki, yәqin sәnin әlin bәrәkәtlidir. Özü dә elә baxırdı ki, guya tәk mәni görür.... Bir dә görsәydim, yaxşıca diqqәt edәrdim.... Ah, gör nә danışıram, kim bilir, bәlkә onun arvad-uşağı vardır.... (Fikrә gedir).
Ә s g ә r (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla....
G ü l ç ö h r ә (sәksәnir), Uy, qorxdum a....
Ә s g ә r. Qorxma, xanım, deyәsәn mәn arşını burada qoyub getmişәm.
G ü l ç ö h r ә. Olsa burada qalardı....
Ә s g ә r. Zәrәr yoxdur, evdә alahı arşınım vardır.
G ü l ç ö h r ә (kәnara). Yenә o sayaq baxır, gözü-gözümә sataşanda elә bil ki, ildırım kimi mәni vurur.
Ә s g ә r. Xanım, allahın altında Soltan bәyin on iki nәfәr sәn kimi qızı olaydı.
G ü l ç ö h r ә. Yәni nә demәk istәyirsәn?
Ә s g ә r. Onu demәk istәyirәm ki, bir qızını bәyә, birini xana, birini tacirә, birini mollaya, birini dә seyidә verib, axırda birini dә mәnә verәydi....
G ü l ç ö h r ә. Nә olar ki....
Ә s g ә r. Amma yox, vermәz, әlbәttә vermәz. O bir bәy adamdır, amma mәn arşınmalçı. O mәnә qız vermәz.... (Kinayә ilә) vә bir dә versә dә, qız gәlmәz....
G ü l ç ö h r ә. Görünür ki, sәn subaysan.
Ә s g ә r. Lap subayam, allahın bәrәkәtindәn işim dә çox yaxşı gedir. Bir parça çörәyim var, ac deyilәm.
G ü l ç ö h r ә. Bәs nә üçün indiyә qәdәr evlәnmәyibsәn?
Ә s g ә r. Nә sayaq evlәnim; görmәdiyim qızı almaram; gördüyüm qızlardan da xoşuma gәlәn, ürәyimә yatan bir nәfәr olubdur ki, onu mәnә vermәzlәr....
G ü l ç ö h r ә. Qız özü sәnә getmәzmi?
Ә s g ә r. Yәqin ki, getmәz, çünki o bәy qızıdır.
G ü l ç ö h r ә. Sәn әvvәlcә qızdan soruş, sonra de. Nә bilirsәn getmәz?
Ә s g ә r. Doğru buyurursan, xanım, bәs, elә isә de görüm mәnә gәlәrsәnmi?
G ü l ç ö h r ә (tәәccüblә). Kim? Mәn?
Ә s g ә r. Bәli sәn, mәnim xoşladığım qız bircә sәnsәn.
G ü l ç ö h r ә. Mәn elә bildim ki, özgә qızdır....
Ә s g ә r. Sәndәn başqa özgәsi ola bilmәz.
G ü l ç ö h r ә. Bәs sәn mәni bir kәrә görmәklә xoşladın?
Ә s g ә r. Әlbәttә, xanım, göz gördü, könül sevdi. Gözüm sәni görәn kimi, qәlbim sevindiyindәn çırpınmağa başladı.
G ü l ç ö h r ә (kәnara). Vallah mәnimki dә elә oldu. M u s i q i Ә s g ә r. Öyrәnib pürfәnd oldum,
Özgәyә rüşxәnd oldum. (2 dәfә)
Hәr bir dәrdә mәn doldum,
Sәni gördüm, bәnd oldum. (2 dәfә)
Elә bәnd oldum, elә bәnd oldum,
Elә bәnd oldum, dilbәr!
Dura bilmәm mәn sәnsiz. M u s i q i G ü l ç ö h r ә. Heç kәsi mәn görmәzdim,
Sirrimi söylәmәzdim. (2 dәfә)
Nәdir aşiq bilmәzdim,
Sәni gördüm bәnd oldum. (2 dәfә)
Elә bәnd oldum, elә bәnd oldum.
Elә bәnd oldum, dilbәr!
Dura bilmәm mәn sәnsiz. M u s i q i İ k i s i b i r y e r d ә. Kömәk etdi çün ol bәxt,
Gәldi çatdı axır vәxt. (2 dәfә)
Ömrümü bildim xoşbәxt,
Sәni gördüm bәnd oldum. (2 dәfә)
Elә bәnd oldum, elә bәnd oldum,
Elә bәnd oldum dilbәr. (2 dәfә)
Dura bilmәm mәn sәnsiz. M u s i q i Ә s g ә r. Xanım, mәn sәnә yaraşan deyilәm.
G ü l ç ö h r ә. Bilmirәm, amma xoşlamışam. M u s i q i Ә s g ә r. Görünür, doğru deyirlәr ki, qәlb qәlbi istәr, xanım....
G ü l ç ö h r ә. Mәnә xanım demә, adım Gülçöhrәdir.
Ә s g ә r. Gülçöhrә, bәs nә sayaq edәk ki, atan sәni mәnә versin?
G ü l ç ö h r ә. Mәni atamdan istә, verәr, verәr, vermәz--mәn özgәsinә әrә getmәrәm....
Ә s g ә r (kәnara). Çox әcәb. (Ona) Atan sәni güclә verәr.
G ü l ç ö h r ә. Güclә dә getmәrәm.
Ә s g ә r. Sәni zorla apararlar.
G ü l ç ö h r ә. Özümü boğaram.
Ә s g ә r. Allah elәmәsin. İndi ki, belә oldu, qoy bir yaxşı fikir edәk görüm bәlkә bir әlac taparam. İndi sәn get evә, yoxsa bizi görәrlәr, xudahafiz.
G ü l ç ö h r ә. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir).
Ә s g ә r (tәk). Deyirәm vallah, ürәk elә bir olur. Yazıq qız mәni xoşlayıbdır. Özü dә bilmir ki, dövlәtli tacirәm. Mәn dә qәsdәn demәdim ki, qoy axıra kimi qızı sınayım. Çox әcәb. İndi mәn gedim bir bәhanә ilә xalamı dәxi buraya göndәrim ki, baxsın, görsün necә qız seçmişәm. Gedir. G ü l ç ö h r ә çıxıb ora-bura baxır vә sonra oturub fikrә gedir. G ü l ç ö h r ә. Bu nә iş idi mәn elәdim. Yad oğlanla nәlәr danışdım ki, heç qıza yaraşmaz.... Bilmirәm haradan gәldi çıxdı. Özü yaxşı, sözü yaxşı.... Heç fikrimdәn çıxmır.... Ah, necә könlüm pәrişan olubdur (Oxuyur). M u s i q i Aşiq oldum necә bir tazә güli-rәnayә. M u s i q i Aşiq oldum necә bir tazә güli-rәnayә
Ki salıbdır mәni ol işvә ilә qovğayә. (2 dәfә)
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necә bir tazә güli-rәnayә. (2 dәfә) M u s i q i Gözümün qanı ilә sinәmi al etdim kim, (2 dәfә)
Sәbәbi-sәnәt ola ol büti-bipәrvayә, (2 dәfә)
Pәrvayә, pәrvayә.
Bu bir işdir ki, mәni iynә kimi incәldib, (2 dәfә)
Salır iplik kimi hәrdәm bir uzun sövdayә,
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necә bir tazә güli-rәnayә. (2 dәfә) A s y a vә T e l l i çıxıb oxuyurlar. A s y a vә T e l l i. Nә pәrişandır halın
Gülçöhrә, tez söylә. (2 dәfә) H a m ı s ı içәri girirlәr. Bu halda Ә s g ә r x a l a s ı ilә bәrabәr çıxır. Cahan çarşaba bürünübdür. Ә s g ә r. Bax, xala, haman qız bu evdә olur. Apararsan bu mәxmәri vә deyәrsәn ki, arşınmalçı göndәribdir. Soruşan olsa ki, sәn kimsәn, deyәrsәn ki, arşınmalçının xalasıyam. Başa düşdünmü?
C a h a n. Başa düşdüm, xalan sәnә qurban, gedirәm. (Gedib içәri girir).
Ә s g ә r (tәk). Amma getdikcәn qıza daha artıq bәnd oluram. Günü bu günü Süleymanı görsәm göndәrәcәyәm ki, gedib elçilik elәsin.... Belә istәdiyimi tapdım.... Bu ev, bu hәyәt, bu yol hamısı elә bil ki, üzümә gülür. (Oxuyur). M u s i q i Axtarıb tapdım sәni, sәndәmi sevdin, yar mәni? (2 dәfә)
Sәni sevdim, yar sәni sevdim, gözüm görmәz özgәni. M u s i q i Halal olsun Süleyman. M u s i q i Halal olsun Süleyman, sәn nә kәlәkbazsan, şeytan!
Öyrәdib mәni yola saldın, mәnә rast gәldi yar can. (2 dәfә) M u s i q i Gәl-gәl maralım gәl, gәl-gәl ceyranım gәl! (2 dәfә)
Sәni sevdim, yar, sәni sevdim, gözüm görmәz özgәni. (2 dәfә) İndi burada dayanmayım. Gedim evә, xalam gәlsin görәk nә söylәyәcәkdir. (Gedir). S o l t a n b ә y bazardan qayıdır, yavaş-yavaş gәlә-gәlә özbaşına danışır. S o l t a n b ә y. Elә hamı mәn deyәni deyir: bir hallıca dul arvad ola ki, bir nәfәr molla, üç manat pul vә bir kәllә qәndlә iş tamam ola. İndi mәn nә qayırım? Elә arvadı haradan tapım? Gәl, ay arvad. Haradasan? Gәl, gәl. (deyәn kimi Cahan çıxır vә buna tәrәf gәlir ki, keçsin. Soltan bәy tәәccüblә). Paho!... Yoxsa mәni qara basır.... Yox, deyәsәn diri gözlü arvaddır. Özü dә bizdәn çıxdı. Deyәsәn, allah mәnimkini yetirdi. (Cahana tәrәf gedir) Ay bacı, kimsәn, bizdә nә işin var idi?
C a h a n. Arşın mal aparmışdım, qızlara göstәrәm.
S o l t a n b ә y (kәnara). Arvad olmağına arvaddır, ancaq üzünü görsәm pis olmaz. (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan?
C a h a n (üzünü açıb göstәrir). Gördün ki, arvadam!
S o l t a n b ә y. Hә, gördüm. (Kәnara). Arvadsan, özü dә lap mәn deyәndәn. (Ona). Di yaxşı, bir mәni başa sal görüm sәn kimsәn, nәçisәn vә kimin adamısan?
C a h a n. Mәn arşınmalçının xalasıyam, özüm dә qızlara, arvadlara mal satıram.
S o l t a n b ә y. Yaxşı, mәnә bir demәdin ki, görәk kimin adamısan.
C a h a n. Bәy, dәllal Kәrbәlayı Nәsirin külfәtiyәm, bәlkә tanıyasan?
S o l t a n b ә y. Xeyr, tanımıram, mәnim dәllal-mәllal ilә işim olmaz.... Yaxşı, demәli, sәnin kişin dәllallıq edir, özün dә arşın mal satırsan.
C a h a n. Bәli, kişim dәllallıq elәrdi.
S o l t a n b ә y. Edәrdi? Bәs indi nә iş görür?
C a h a n. İndi allah bilir ki, nә iş görür; rәhmәtlik on iki ildir ki, ölübdür.
S o l t a n b ә y (sevinir). Ölübdür? Demәli, sәn dulsan?
C a h a n. Bәli, dulam.
S o l t a n b ә y. Belә de dә. (Öskürür vә özünü düzәldir). Deyirsәn on iki ildir ki, әrin ölüb dul qalıbsan.... Çox әcab, indi-bәs necә eylәyәk?
C a h a n. (tәәccüblә) Nәyi necә eylәyәk?
S o l t a n b ә y (karıxmış). Yox, belә onu deyirәm ki, mәnim dә arvadım budur, beş ildir ki, mәrhum olubdur. Belә olmaq çox pis şeydir. Adam lap tәk qalır, bilmir ki, nә etsin. (Kәnara). Yaxşıca әlimә düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istәyir getsin Soltan, bәy tez qabaqlayır). Әşi, bir dayan, hara tәlәsirsәn?
C a h a n. Tәlәsiyirәm, işim var.
S o l t a n b ә y. Daha bundan gözәl nә iş olar, әcәb söhbәt elәyirik. Sәn dul, mәn dul, gәl dәrdlәşәk dә.... Yaxşı, indi sәn deyirsәn ki, dulsan, hә?
C a h a n. Buy, dedim әrim on iki ildir ki, ölübdür....
S o l t a n b ә y. Axı burası var ki, mәn dә dulam....
C a h a n. Nә olar, allahın әmridir. Tәk sәnin başında görünmәyib ki....
S o l t a n b ә y. Orasını bilirәm.... Bura bax, gәl biz ikimiz bir iş edәk.
C a h a n. Nә iş?
S o l t a n b ә y. Belә iş ki, nә sәn dul olasan, nә dә mәn....
C a h a n. Nә sayaq elәyәk?
S o l t a n b ә y. Nә sayağı var ki, bir nәfәr molla, üç manat pul, bir kәllә qәnd, şütt-tamam, vәssalam.
C a h a n. Heç başa düşmürәm ki, nә deyirsәn.
S o l t a n b ә y. Başa düşmürsәn? Әcәb dilbilmәzsәn! Bәs, elә isә, dürüst qulaq as gör nә deyirәm, a dilbilmәz. M u s i q i (Çırtı vura-vura oxuyur.) Bir at aldım, hәr yanı çapdım,
Gәl alım, gәl alım, maralım, dilbilmәz! (Oynayır). M u s i q i Bir ev tikdim, daş-üstәdir, gәl alım, gәl alım, dilbilmәz!
Hәr nә desәn baş üstәdir, gәl alım, maralım, dilbilmәz!
Aman, aman oy, qaşı kaman oy! Gәl alım, maralım, dilbilmәz! (Oynayır). M u s i q i Sәn dul, mәn dul, gәl mәnә bәnd ol, gәl alım; gәl alım, dilbilmәz!Hәr nә desәm ona razı ol, maralım, maralım, dilbilmәz!
Aman, aman oy, qaşı kaman oy! Gәl alım, gәl alım, dilbilmәz! (Bu halda Ә s g ә r gәlir vә bunları görür.) Ә s g ә r. Aha! Xalamın da işi düzәldi. Әcәb! (İrәli gәlir, oynamaqda olan Soltan bәyin qulağına.) A bәy! A bәy! Bir dayan söz deyirәm (Soltan bәy sәksәnib dayanır). Axı belә iş yaxşı deyildir; özgәnin arvadına eşqnamә oxuyursan.
S o l t a n b ә y. Balam, sәn kimsәn, sәnә nә?
Ә s g ә r. Necә mәnә nә? Bu mәnim xalamdır.
S o l t a n b ә y. Xalandır? Demәli, arşınmalçı sәnsәn?
Ә s g ә r. Bәli, mәnәm.
S o l t a n b ә y. Çox gözәl, çox pakizә. Balam, heç sәnin insafın-zadın yoxdur?
Ә s g ә r. Nә olubdur ki?
S o l t a n b ә y. Nә olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb әrә vermirsәn.
Ә s g ә r (gülümsünür). Nә edim, bir yaxşı adam tapmıram.
S o l t a n b ә y. Yaxşı adam--mәn. Gәl dә!... Gәl qohum olaq, mәn dә dulam.
Ә s g ә r (kәnara). Aha, yaxşı fürsәtdir. (Ona). Doğru deyirsәn, bәy, ya zarafat edirsәn?
S o l t a n b ә y. Tayımsan ki, zarafat edim? Lap ürәkdәn doğru deyirәm.
Ә s g ә r. Yaxşı, bәy, fәrz edәk ki, mәn xalamı verdim sәnә, bәs әvәzindә sәn mәnә nә verәrsәn?
S o l t a n b ә y. Nә verәcәyәm? Sәnin muzdun bu olar ki, mәnim kimi bәylә qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar. Mәnim dә muzdum budur ki, savab yiyәsi olaram. Daha bundan artıq nә istәyirsәn?
Ә s g ә r. Yox, bәy, bu sayaq sәrf elәmәz....
S o l t a n b ә y. Bәs nә sayaq sәrf elәr?
Ә s g ә r. Bax, bәy, indi ki, mәnimlә qohum olmaq istәyirsәn, gәl ikibaşlı qohum olaq.
S o l t a n b ә y (tәәccüblә). Nә sayaq ikibaşlı?
Ә s g ә r. Bu sayaq ki, mәn xalamı verim sәnә, sәn dә qızını ver mәnә.
S o l t a n b ә y (bәrk acıqlı). Axmağın birisi axmaq! Nә yava-yava danışırsan?! (Xәncәrdәn yapışır). Mәn bәy balası kimi qızımı arşın mal satana verәcәyәm?! Cәhәnnәm ol buradan sәn dә, sәnin xalan da!... Qudurğanın birisi, bir sillә çәkәrәm ki, dişlәrin qarnına gedәr. Rәdd ol gözümün qabağından!
Ә s g ә r (arxayınca). Xala, gәl gedәk. (Gedirlәr. Kәnara). Arşınmalçı Әsgәrә qız vermәdi, amma tacir Әsgәrә verәcәkdir.
S o l t a n b ә y. Tez ol, itil buradan! (Evә tәrәf gedib qapının azğında dayanır vә gedәnlәrә baxır. Onlar gedirlәr.) Gör nә qudurğan gәdәdir ki, cürәt edib qızımı istәyir. (Xәncәrini çәkib yüyüryr). Öldürәrәm sәni qudurğan oğlu, qudurğan. (Qayıdıb fikrә gedir). Yoxdur, yoxdur mәndә bәxt. Arvad әlimә göydәn düşmüş kimi olmuşdu, özü dә әsl mәn deyәn hallıca arvad ki, iş bir nәfәr molla ilә bir kәllә qәndә bәnd idi; mәrdümәzar oğlu, mәrdümәzar hayandan gәldisә bütün işi korladı. Planımı dağıtdı. Ey vay.... (Oxuyur). Nә pis oldu halım mәnim, gәl alım, gәl alım, gәl alım, dilbilmәz!
Getdi әldәn yarım mәnim, gәl alım, maralım, dilbilmәz! Aman, aman oy.... (Girir içәri.) P ә r d ә
ÜÇÜNCÜ MӘCLİS
S o l t a n b ә y i n evindә vaqe olur. G ü l ç ö h r ә tәkcә oturub oxuyur. Musiqi çalınır. Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda. M u s i q i G ü l ç ö h r ә Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda,
Tutiyi-lalәm, şәkәr nisbәt mәqalindәn cüda. (2 dәfә) M u s i q i Der idim sәbr eylәyim olsam cәmalından cüda.
M u s i q i Der idim sәbr eylәyim olsam cәmalindәn cüda,
Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)
Ah ... aman-aman ... aman-aman!
Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar gәl!... M u s i q i Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda. M u s i q i Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda.
Dönmüşәm mәn müflisә cahü cәlalından cüda. (2 dәfә) M u s i q i Tirә oldu ruzigarım zülfü xalindәn cüda. M u s i q i Tirә oldu ruzigarım zülfü xalindәn cüda,
Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)
Ah aman, aman, aman, aman! M u s i q i Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar gәl!... M u s i q i Üzünü örtüb ağlayır. A s y a (daxil olub Gülçöhrәnin yanına gәlir). Ah Gülçöhrә, sәn allah, bir de görüm sәnә nә olub ki, bu bir neçә gündür belә pәrişan görünürsәn?
G ü l ç ö h r ә. Vallah, heç özüm dә bilmirәm. Yәqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sәnin heç yerin ağrımır, şükür allaha.
G ü l ç ö h r ә. Ah, Asya, neylәyirsәn soruşub, sәn allah qoy mәni әldәn.
A s y a. Yox, Gülçöhrә, bu bir neçә gündür ki, sәn bilmәrrә dәyişilibsәn. Eyzәn fikirdә, kefsiz, dinmәz, yәqin burda bir hikmәt vardır.... Ay qız, bәlkә bir adama bәnd olubsan, hә?
G ü l ç ö h r ә. (Hәrәkәt edir). Kimә bәnd olacağam....
A s y a. Yox-yox, qızardın. Görürәm ki, bir adama bәnd olubsan, ancaq o adam kimdir? Bizә arşın malsatandan başqa heç kәs gәlmәmişdi. (Birdәn). Yәqin o gәdәyә bәnd olubsan?
G ü l ç ö h r ә. Gәdә nә üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sәnә yaraşan işdirmi? Sәn bәy qızı, bәy balası bir gәdәnin birinә bәnd olubsan.... Nәdir-nәdir bir qәdәr sir-sifәti var. Vallah, istәr lap çıraq kimi yansın, heç bir belә dә mәhәl qoymaram; o hara, mәn hara....
G ü l ç ö h r ә. (tәqsirli kimi). Vallah özüm dә başa düşmürәm ki, bu nә haldır. (Ağlamsınır vә әllәri ilә üzünü örtür.)
A s y a (nәsihәtyana). Sәn yekә qızsan, elә şeylәri başından çıxart. Sәn hara, bazarın gәdәsi hara? Barı bәnd olursan, elә adama bәnd ol ki, sәnә yaraşan olsun. İkinciyә qalan yerdә bәnd olmaq özü qız üçün çox pis şeydir. Bax, mәn sәnin kimi bir qızam, amma heç gör mәn bir adama bәnd olurammı? Bir dә vallahi, işdir, birdәn atan bilsә, yәqin bil ki, sәni tikә-tikә doğrar.
G ü l ç ö h r ә. Qoy atam bilsin, bir kәrәlik mәni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gәl bәri, gedәk o biri otağa, gör sәnә nәlәr söylәyәcәyәm. G ü l ç ö h r ә n i aparır, gedirlәr. S o l t a n b ә y (daxil olur, tәk). Zalım oğlu arşınmalçının xalası yaxşı girimә keçmişdi, olmadı. Әsl mәn deyәn arvad elә o idi ki, hallıca, dul, әndamlı. Bir nәfәr molla, üç manat pul vә bir kәllә qәnd, şüt-tamam, vәssalam. Amma di gәl ki, mәndә bәxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının әvәzindә gözәl-göyçәk qızımı istәyir. Guya ki, mәn qızımdan әl çәkmişәm, bazarın gәdәsinә verәm.... Mәn bir bәyәm ki, bütün tanışlarım adımı әzbәr bilir. Әşi, xanla aş yemirәm ki, bığım yağa batar, bir gәdәnin birisi mәnә göyә olmaq istәyir.... Amma xalasını alardım vә bir söz deyәn olsaydı, deyәrdim ki, bir fәqir dul arvad idi, rәhmim gәldi, aldım.... Әlqәrәz, arvad elә öz ayağı ilә yanıma gәlmişdi, şeytan oğlu şeytan işә pәrxaşlıq saldı. Qoymadı işimizi görәk.... Ah, gedәk bir az dincәlәk; yenә belimin ağrısı tutdu.... (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tәk). Of, yenә ağam getdi uzanmağa. Kişi lap zәhlәmi tökübdü, indi yenә çağıracaqdır ki, ay qız Telli, gәl üstümü basdır. (Soltan bәyin sәsi gәlir: "Ay qız Telli, gәl üstümü basdır"). Çor, zәhrimar.... (Mülayim) Gәlirәm, gәlirәm. (Gedir.)A s y a (daxil olub, tәk). Ha öyüd, nәsihәt edirәm olmur. Görünür ki, qız gәdәyә çox bәnd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rәhmi gәlir: bilmirәm hayandan gәldi çıxdı bura arşın malsatan.... Yenә bir bәy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gәdәsi.... (Pәnçәrәyә tәrәf baxır). O kimdir bizә gәlir? Buy, nә yaxşı oğlandır, vallah lap bәy balasına oxşayır. Bax adam bәnd olanda da belәsinә ola. Görәsәn bu bizә niyә gәlir, xeyir xәbәr ola. Gәlir, gәlir, düz bizә gәlir, qoy gәlsin qaçmayacağam. Gәldi.... Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya әli ilә üzünü gizlәtmәk istәyir. S ü l e y m a n. Soltan bәy evdәdirmi?
A s y a. Bәli, evdәdir. Bir qәdәr burada әylәşin, gedim çağırım. (Gedir.)