Artıq bir-neçə ildir ki, ölkə mediasında vaxtaşırı Xəzər dənizində 1 milyon insanın yaşayacağı şəhərin salınçağı, dünyanın ən böyük binsının tikiləcəyi və sair bu qəbildən olan məlumatlar yer alır



Yüklə 75.03 Kb.
tarix29.11.2017
ölçüsü75.03 Kb.

Artıq bir-neçə ildir ki, ölkə mediasında vaxtaşırı Xəzər dənizində 1 milyon insanın yaşayacağı şəhərin salınçağı, dünyanın ən böyük binsının tikiləcəyi və sair bu qəbildən olan məlumatlar yer alır. “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli təxminən 4 ildir ki, Xəzər dənizində çoxfunksiyalı “Khazar Island” (“Xəzər adaları”) layihəsini həyata keçirdiyini, qısa müddətdə dünyada analoqu olmayan bir şəhəri tikəcəyini bəyan edir. Ancaq üstündən necə il keçməsinə baxmayaraq, hələlik bu gurultulu bəyanatların reallığa çevriləcəyinin göstərəın ciddi bir iş gözə dəymir. Üstəlik vaxt keçdikcə Hacı İbrahimin “Xəzər adaları” layihəsi bağlı vələri də yalan çıxır.

Uzağa gertməyək, bu ilin aprelində Hacı İbrahim bəyan etdi ki, Azərbaycanda həyata keçirilən ən böyük və ən bahalı layihə olan “Khazar İslands”ın birinci mərhələsinin açılışı mayın 28-də olacaq.

O, mətbiuata aşıqlamasında qeyd edirdi ki, artıq işlər yekunlaşmaq üzrədi. Sitat:v “Biz orada çimərlikləri, bir restoranı, bir körpünü və yolları tam təmir edərək istifadəyə verəcəyik... Dənizlə mübarizə aparmaq çətindir. Sonda biz dənizə qalib gəldik. Çünki bilərəkdən bu işin altına girmişik və əvvəldən inanırdım ki, bu layihə baş tutacaq”. 
Hacı İbrahim həmçinin bildirirdi ki, bundan başqa, yeni tikilən şəhərdə dörd kilometrlik bulvar da istifadəyə veriləcək. Hər biri 5 hektar olan iki parkın da açılışı olacaq. Eyni zamanda o, bildirib ki, layihənin açılışının birinci hissəsindən sonra evlərin açılışı da baş tuta biləcək və mənzillər satışa çıxarılacaq: “Hazırda bununla bağlı işlər gedir və evlərin satışı hələ başlamayıb. Biz istəyərik ki, bu evləri daha çox öz vətəndaşlarımız alıb orada yaşasınlar. Biz onlar üçün uyğun şərtlər də təklif edirik”.
Hacı İbrahimin bu fikirləri səsləndirməsindən artıq 3 aya yaxın vaxt keçir. Ancaq nə açılışdan bir xəbər var, nə də “Xəzər adaları”nda görülən “böyük işlərdən”... Mayın 28-də səhər “Avesta” konserninə zəng edərək açılışın saat neçədə olçağı ilə matraqlandıqda, bizə iyun ayının əvvəlinə keçrildiyi bildirilmışdi. Ancaq iyun ayı başa satsa da yenə hər hansı açılış olmadı. Bunun səbəbini öyrənmək üçün bir-neeşə dəfə “Avesta” konserninə zəng etsək də, konserindən suallarımıza cavab verəcək səlahiyyətli şəxsin yerində olmadığı bildirildi. Cox çözləsək də, Hacı İbrahim də mətbuta çıxıb mayın 28-ə vəd etdiyi açılışın niyə baş tutmadığını açıqlamadı. Ümumiyyətlə, may ayından sonra ortalıqda görünmür.
Səbəbini dəqiq bilməsək də, mümkündür ki, YALAN çıxan növbəti vədinin unudulmasını gözləyir. Növbəti ona görə deyirik ki, bundan əvvəl də “Xəzər adaları” layihəsi ilə bağlı Hacı İbrahimin yerinə yetrilməyən xeyli vədinə, tez-tez dəyişən fikirlərinə rast gəlinib. Bəziləini yada salaq.

Təxminən 3 il əvvəl “Azadlıq” radiosuna müsahibə verən Hacı İbrahim iddia edirdi ki, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır: “ Bəzi iaşə obyektləri isə daha tez - 2012-ci ilin sonlarına yaxın işə düşməlidir”.

Ancaq hazırda 2014-cü ilin yarıdan çoxu arxada qalıb. “Xəzər adaları”nda isə bir dənə də olsun iaşə müəssəsi işə salınmayıb. Heç yaxın aylarda istifadəyə veriləcəyi də gözlənilmir. Elə Hacı İbrahim də “Azadlıq” radiosuna müsahibəsi yaddan çıxandan sonra o vaxtkıl vədini dəyişib. Belə ki, 3 il əvvəl 2016-ci ildə bütün işləri yekunlaşdıracağını bəyan edirdisə, sonradan bu müddəti 2025-ci ilə qədər uzatdı Hətta yalan çıxan vədinin pərdələmək üçün 2016-ci ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcəyini bəyan etdi. Əslində bu vədinin yalan çixaçağini indidən söyləmək olar. Çünki Hacı İbrahimin hsablarına inansaq 2016-ci ilə qədər orada 100 min əhali məskunlaşdırılmalıdır. Ancaq indiyə qədər keçən müdətdə uzağı 1500-2000 nəfərin məskulnaşa bilcəyi sayda mənzil tikilib. Qalan il yarım müddətində 98 min nəfərin məskulnaş biləəyi sayda mənziillər tikiləcəyini iddia etmək , gərək ən azı Hacı İbrahim qədər fantaziyaya sahib olasan...
Keçək Hacı İbrahimin yalan çıxan başqa vədlərinə.
3 il əvvəl mətbuata müsahibələrində Hacı İbrahim iddia edirdi ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamları layihəyə pul yatırmaq üçün Bakıya gələcək. Konsern rəhbəri vurğulayırdı ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir və onlar bu layihəyə böyük vəsait yatıracaqlar: “Bu ilin (2012-ci ilin-müəl.) martından xarici investorların gəlməsi gözlənilir”.
Üstündən bir az keçdikdən sonra Hacı İbrahimin başqa bir iddia ilə mətbuata çıxdı Bu dəfə o bildirdi ki, “Khazar İslands” layihəsinə yeni investorlar da cəlb olunub: “Artıq bir neçə xarici kommersiya bankı bu layihəyə investisiya yatırıb. Çexiyanın “Raiffeisen” bankı layihənin tikintisi üçün 390 milyon avro investisiya ayırıb. Bu vəsaitin 50 milyonu artıq bir ay ərzində şirkətə çatacaq. Bu ilin sonuna qədər isə daha 50 milyon, ümumilikdə isə 100 milyon avro şirkətə çatdırılacaq. Bu il Türkiyənin “EximBank”ı da layihənin tikintisinə 30 milyon dollar pul ayırıb. Bu vəsait də 1-2 ay ərzində şirkətin bank hesablarına daxil olacaq”.

Hacı İbrahim həçinin bildirirdi ki, Küveyt dövləti də bu layihəyə qatılmaq niyyətindədir: “Küveyt də yeni tikiləcək şəhərdə evlərin satışını öz öhdəsinə götürmək fikrindədir. Onlar bu binaların satışı və dünyada reklam tanıtımı ilə məşğul olacaqlar”.

Üstündən cəmi 2 il keçir, Hacı İbrahim yuxarıda dediklərini hamısın özü yalanlayır. O, ötən ilimn dekabrında mətbuata verdiyi müsahibəsində layihəyə 2 milyard investisiya yatırıldığını, bütün vəsaitin özünə aid olduğunun iddia edir: “Bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də KREDITDƏN ISTIFADƏ ETMƏMIŞƏM.”
Belə də sual olunur, bəs nə oldu Çexiyanın “Raiffeisen” bankından, Türkiyənin “EximBank”ındab alıacağını iddia etdiyin 100 milyonlar, hara getdi layihəyə pul qoymaq üçün qapıda gözləyən Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamları? Küveyt dövləti niyə fikrindən vaz kecdi?
2 ehtinmal var: Ya onlar gəlib bu layinən heç bir perespektivi olmadığını görüb pul buraxmadan imtina etdilər.

Ya da bunların hamısı Hacı İbrahimin insanları şirnikləndirib orda hələ nə vaxt istifadəyə veriləcəyi bəlli olmyan binalardan dəyərindən 10 dəfələrlə baha qiymətə mənzillər almasınıa nail olmaq üçün quraşdırdığı YALANLARDI?

Nədənsə ikinçisi, bizə daha inandırıcı görünür.

Yeri gəlmişkən bir ara Hacı İbrahim Türkiyənin məşhur iş adamı Əli Ağaoğlunun layihəyə pul yatıracağını iddia edirdi. Ancaq Əli Ağaoğlu Bakıya gəlib layihə ilə tanış olduqdan sonra ora pul qoymadan imtina edir. Hacı İbrahim isə növbəti vədinin yalan çıxmasını belə izah edir: “Təbii ki, mən də bu cür böyük layihəyə kənardan qoşulmaq istəsəydim ki, milyon dəfə düşünüb sonra addım atardım. Mən heç Əli Ağaoğlundan buna görə qəti incimirəm də...”


İş adamı deyir ki, indiyə qədər görülən işlərə 1 milyard manatdan artıq pul xərclənib. Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi gözlənilir”.

İbrahim Nehrəmlinin sözlərinə görə, artıq Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamlarının gələcəyi gözlənilir. Konsern rəhbəri onu da vurğulayıb ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir. Yeni şəhərdə mənzillərin qiymətinə gəlincə isə bu elə də ucuz olmayacaq. İbrahim Nehrəmlinin dediyinə görə, hazır mənzillərin 1 kvadratmetri 3500 manat olacaq.

İş adamı deyir ki, indiyə qədər görülən işlərə 1 milyard manatdan artıq pul xərclənib. Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi

burada yaşaması deməkdir.


“Xəzə adaları” haqda rəsmi, layihə rəhbərinin məlumatına görə, bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 15 ilə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 100 min əhalinin burada yaşaması deməkdir. Mənzillərin bir kvadrat metri 3500 manatdan başlayacaq. Vikipediya-ya yerləşdirilən məlumatlara görə, layihənin dəyəri 100 milyard dollar təşkil edəcək. Burada 150 məktəb, 50 xəstəxana, parklar, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, hətta Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).

Tikinti işlərini bir neçə şirkətin birləşdiyi “Avesta” konserni həyata keçirir. Konsernin rəhbəri İbrahim Nehrəmli “Azadlıq” radiosuna deyir ki, bu ideya onun Dubaya səfəri zamanı meydana gəlib. Üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyi gözlənir: “Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.

Şirkət rəhbərinin dediyinə görə, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır. Bəzi iaşə obyektləri isə daha tez - 2012-ci ilin sonlarına yaxın işə düşməlidir.

Hələ 2 il əvvəl

Xəzərdə süni adaların salınması layihəsi hələ iki-üç il əvvəl başlayıb. Qaradağ rayonunun Sahil qəsəbəsində dənizə doğru uzanan, kənarlarında palma ağacları əkilmiş yol yəqin ki, çoxlarının diqqətini cəlb edib, ancaq bu yolun hara apardığı əksəriyyət üçün qaranlıq görünə bilərdi. İndi məlum olur ki, həmin yol Hacı İbrahimin Xəzəri qurudub üstündə şəhər salmaq planlarının bir hissəsi imiş.


“Azadlıq” radiosu da dünyaya səs salan bu layihə barədə reportaj yayıb. Orada deyilir ki, “Xəzər adaları” adlanan şəhərin əsas hissəsi Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada yerləşəcək. Yeni şəhərdə artıq iki ildir tikinti gedir. Yaşayış binaları tikilir, yollar çəkilir. Fəhlələrin dediyinə görə, prezidentin gəlişi gözlənildiyindən yolların çəkilişi sürətlənib.
Konsern rəhbəri həmçinin vurğulayıb ki, “Khazar İslands” layihəsinə yeni investorlar da cəlb olunub: “Artıq bir neçə xarici kommersiya bankı bu layihəyə investisiya yatırıb. Çexiyanın “Raiffeisen” bankı layihənin tikintisi üçün 390 milyon avro investisiya ayırıb. Bu vəsaitin 50 milyonu artıq bir ay ərzində şirkətə çatacaq. Bu ilin sonuna qədər isə daha 50 milyon, ümumilikdə isə 100 milyon avro şirkətə çatdırılacaq. Bu il Türkiyənin “EximBank”ı da layihənin tikintisinə 30 milyon dollar pul ayırıb. Bu vəsait də 1-2 ay ərzində şirkətin bank hesablarına daxil olacaq”.

 

H.İbrahim bildirib ki, Küveyt dövləti də bu layihəyə qatılmaq niyyətindədir: “Küveyt də yeni tikiləcək şəhərdə evlərin satışını öz öhdəsinə götürmək fikrindədir. Onlar bu binaların satışı və dünyada reklam tanıtımı ilə məşğul olacaqlar”.


Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri olan “Khazar İslands”da tikinti işlərinin birinci mərhələsinin may ayında yekunlaşdırılması nəzərdə tutulur. 

“Xəzər adaları” ilə bağlı bu fantastik rəqəmi Rusiya telekanalı açıqladı; iş adamının özü hələlik 60 milyarddan danışır; 1 kilometrlik bina söhbəti dünyada müzakirə mövzusudur“Avesta”nın rəhbəri süni adalarda tikilən evlərin qiymətini açıqladı: 1 kvadratmetri 3500 manat!

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Khazar Island” (“Xəzər adaları”) layihəsi ilə bağlı yeni fantastik rəqəm yayılıb. Rusiyanın NTV telekanalı xəbər verib ki, bu layihə əvvəlcədən təxmin edildiyi kimi, 30 milyard yox, 125 milyard dollara başa gələcək.

Telekanalın bildirdiyinə görə, Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılır.



Xatırladaq ki, Hacı İbrahim Xəzərdə süni adalar yaradaraq onların üzərində yeni yaşayış kompleksi inşa etmək layihəsi barədə mətbuata ilk dəfə ötən ilin sonlarında məlumat vermişdi. İş adamı layihənin kompüter qrafikası ilə hazırlanmış görüntülərindən ibarət kataloqu da paylamışdı. Əvvəlcə o, süni adaların birində təxminən 600 metr hündürlükdə göydələn inşa etmək planları haqda danışmışdı. Lakin cəmi bir neçə həftə sonra iş adamı planlarına yenidən baxdı və elan etdi ki, onun inşa edəcəyi göydələn dünyada ən hündür olacaq - düz 1050 metr! Hacı İbrahim Xəzərdə yaradılacaq süni adaların sayının da artırılacağını açıqlamışdı.



Azərbaycanda, Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər dərhal xarici mətbuatda ön sıralardan yayılıb. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer veriblər. Eləcə də ingilisdilli ərəb KİV-lərində Xəzərdə inşa ediləcək göydələn barədə xəbərlər gedib. Bu KİV-lər qeyd edirlər ki, indiyədək dünyanın ən hündür binası olan Dubaydakı “Burc Xəlifə” göydələni barədəki söhbətləri unutmaq lazım gələcək, çünki Bakıda onu xeyli geridə qoyacaq bina tikməyə hazırlaşırlar.



Xəzərdə süni adaların salınması layihəsi hələ iki-üç il əvvəl başlayıb. Qaradağ rayonunun Sahil qəsəbəsində dənizə doğru uzanan, kənarlarında palma ağacları əkilmiş yol yəqin ki, çoxlarının diqqətini cəlb edib, ancaq bu yolun hara apardığı əksəriyyət üçün qaranlıq görünə bilərdi. İndi məlum olur ki, həmin yol Hacı İbrahimin Xəzəri qurudub üstündə şəhər salmaq planlarının bir hissəsi imiş.


“Azadlıq” radiosu da dünyaya səs salan bu layihə barədə reportaj yayıb. Orada deyilir ki, “Xəzər adaları” adlanan şəhərin əsas hissəsi Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada yerləşəcək. Yeni şəhərdə artıq iki ildir tikinti gedir. Yaşayış binaları tikilir, yollar çəkilir. Fəhlələrin dediyinə görə, prezidentin gəlişi gözlənildiyindən yolların çəkilişi sürətlənib.

Ərazidəki iş icraçılarının dediyinə görə, tikinti işlərinə 2010-cu ildən başlanıb. Yolun Bakı-Astara magistralına yaxın bir hissəsinə artıq asfalt döşənib. Dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq. Dənizin torpaqla doldurulmuş hissəsində bir neçə yaşayış binası tikilməkdədir.


Şəhərin digər bir hissəsində isə restoranlar, əyləncə mərkəzləri, ictimai-iaşə obyektləri tamamlanmaq üzrədir. Yeni şəhərə gedəcək yolların kənarına isə bir neçə cərgə iri palma ağacları əkilib. Yeni salınan şəhərin ərazisi 2 min hektarı əhatə edir. Şəhərcik “baş ada”dan, iki paralel xətlə uzanan tikililərdən, çoxmərtəbəli binalar və villalar üçün ayrıca irili-xırdalı adalardan ibarətdir. Kompleksi 20-yə yaxın körpü birləşdiriləcək.



Tikinti işlərini bir neçə şirkətin birləşdiyi “Avesta” konserni həyata keçirir. Konsernin rəhbəri İbrahim Nehrəmli “Azadlıq” radiosuna deyir ki, bu ideya onun Dubaya səfəri zamanı meydana gəlib. Üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyi gözlənir: “Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.


Şirkət rəhbərinin dediyinə görə, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır. Bəzi iaşə obyektləri isə daha tez - 2012-ci ilin sonlarına yaxın işə düşməlidir.

Hacı İbrahim Nehrəmli əraziyə yalnız palma ağaclarının əkilməsinə də aydınlıq gətirib. Bu ağacları digərlərindən daha çox xoşladığını deyən konsern rəhbərinin bildirməsinə görə, ərəb ölkələrindən gətirdikləri ağacların bəzilərinin 100 ilə yaxın yaşı var: “Palma ağaclarını çox sevirəm. Həm də bu ağaclar bura uyğunlaşandan sonra bir-iki ilə xurma verəcəklər. Biz 100 il yaşı olan heç bir ağacı belə gətirib gözlənilir əkə bilmərik”.

İş adamı deyir ki, indiyə qədər görülən işlərə 1 milyard manatdan artıq pul xərclənib. Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi ”.



İbrahim Nehrəmlinin sözlərinə görə, artıq Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamlarının gələcəyi gözlənilir. Konsern rəhbəri onu da vurğulayıb ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir. Yeni şəhərdə mənzillərin qiymətinə gəlincə isə bu elə də ucuz olmayacaq. İbrahim Nehrəmlinin dediyinə görə, hazır mənzillərin 1 kvadratmetri 3500 manat olacaq.

 Bu layihə bəzi mətbu orqanlarda Paşayevlərin layihəsi kimi təqdim olunur. Bu nə qədər inandırıcıdır?

 

Mən sizi açıq deyim ki, bu cür fikirlər söyləyən adamlar çox olacaq. İndi bir adam bir adamlar dost ola bilər. Amma onların gördüyü işləri bir-birinin adını yazmaq olmaz. Bu layihənin Paşayevlərə heç bir aidiyyatı yoxdur. Əslində mən 3 ildir bu layihənin icrasına başlamışam, ancaq bir dəfə də Paşayevlər burda olmayıb. Necə olur ki, 3 il bir adamın layihəsinə tikəsən, amma bu 3 ildə bir dəfə də bura gəlməyə, layihəsini görməyə? Heç belə şey olar? Mən Arif Paşayevlə həyatda dostam, o bizim ağsaqqalımızdır. Arif müəllim hamının, o cümlədən mənim dostumdur, hamının da ona böyük hörməti var. O çox ziyalı insan, ağıllı adamdır, görkəmli şəxsiyyətdir. Biz hamımız onu sevirik, ona hörmət bəsləyirik. Dost kimi Arif müəllim bu layihəyə xeyr-duasını da verib. Ümumiyyətlə, Arif müəllim hamıya xeyr-dua verən adamdır. O heç kəsə pislik arzu etməz, əksinə hamıya yaxşılıq edər. Amma bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.




- Layihəyə dövlət hansı dəstəyi verir?

 

Bu dövlətin layihəsi deyil axı, bu mənim şəxsi layihəmdir. Amma gördüyümüz hər bir uğurlu işlər dövlətimiz üçün faydalıdır, dövlətin imicidir. Əgər dövlətimiz bu cür böyük layihənin icrasını mənə veribsə, bundan böyük nə dəstək ola bilər?



 

O ki qaldı cənab prezidentin açılışlarda iştirakına, əlbəttə ki, bu da olacaq. Bu ölkənin yiyəsi odur. Biz kimik ki? Hər bir açılışların vaxtı deyiləcək, cənab prezident də gəlib açılışlarda iştirak edəcək. Yəni, bir iş adamının özünün 2 milyarda qədər pulunu bu layihəyə yatırması Azərbaycanda sensasiyadır. Azərbaycanda məndən başqa hansı iş adamı öz ölkəsinə bu qədər pul qoyub? Heç kəs qoymayıb, hər kəs pulunu aparıb xarici ölkələrə yatırır. Ancaq mən bu qədər pulu öz ölkəmə yatırıram. Onu da nəzərə almaq lazımdır ki, mənim pul qoyduğum sahə rentabelli deyil, mən hələ heç bir qazanc götürməmişəm, ancaq pul qoyuram. Düşünürəm ki, bu layihə Azərbaycana böyük gəlir gətirəcək və dövlətimiz də mənim kimi investoru qiymətləndirəcək. İnanıram ki, cənab prezident gəlib buranı görən zaman çox sevinəcək.


Hacı İbrahimin müəmmalı layihəsinin hakim ailə ilə bağlılığı varmı?
Neft lənətinin qara üzünü qeyri-adi, möcüzəvi layihələrlə ağartmaq cəhdi bu dəfə Bakıda baş tutacaqmı? Ərəblərin belə bir cəhdi Dubay möcüzəsinin timsalında baş tutmuş sayıla bilər. Səhranı cənnətə çevirməyə nail olan ərəblər, bununla kifayətlənmədilər və Fars Körfəzinin 6.5 kilometr dərinliyində bu dəfə dəniz şəhərini – “Palma adaları”nı salmaqla, dünyaya “səkkizinci möcüzə”ni bəxş etmiş oldular. Dəniz üzərindəki “Palma adaları” bəlkə də yeganə şəhərdir ki, dünyada hamı onun barəsində məlumatlıdır. Dünyanın məşhur adamları, müğənnilər, futbolçular, iş adamları, hətta siyasətçilər belə “Palma adaları”nda dəyəri milyonlarla ölçülən əmlaklara sahib olmaq üçün yarışa girdilər. Ərəblər, nə qədər bədbəxt millət olsalar da, belə bir fantastik layihəni həyata keçirdiklərinə görə özlərini xöşbəxt saya bilərlər.

Lakin belə görünür ki, bu dəfə növbə bizə çatıb – Bakıda dünyanın “doqquzuncu möcüzəsi” reallaşandan sonra biz bədbəxt azərbaycanlıların da özümüzü “xöşbəxt” saymağımız üçün bir əsasımız, layihəmiz olacaq. Söhbət Hacı İbrahim Nehrəmlinin tikintisinə başladığı “Xəzər adaları” layihəsindən gedir.

Əlbəttə, hər hansı bir azərbaycanlının, istər Azərbaycanın özündə olsun, istər dünyanın başqa bir güşəsində, “Palma adaları” tipli, buna bənzəyən və bənzəməyən, sadəcə qeyri-adi, diqqətçəkən, qürurverici layihə həyata keçirməsindən gözəl nə ola bilər millət adına? Hacı İbrahim məhz belə bir layihəni reallaşdırmağa çalışır. Hər halda, kağız üzərində bu nəinki belədir, hətta dünyanın səkkizinci möcüzəsi adlandırılan “Palma adaları” “Xəzər adaları” ilə müqayisədə, demək olar ki, “uşaq işidir”.
“Xəzər adaları” isə çox qısa zaman ərzində, təxminən Bakını yenidən qurmaq deməkdir. Özü də dənizin içində. Bu heç də şişirtmə deyil. “Xəzər adaları”nda nə az-nə çox, 1 milyon sakinin məskunlaşacağının vədi verilirsə, təxminən 20 il əvvəl Bakıda elə bu qədər adam yaşayırdısa, deməli bu layihə elə Bakını yenidən tikməkdir ki var.

“Xəzə adaları” haqda rəsmi, layihə rəhbərinin məlumatına görə, bir milyon əhalinin yaşaması üçün nəzərdə tutulan şəhər bütövlükdə 15 ilə hazır olacaq. Amma 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə veriləcək ki, bu da ilkin mərhələdə 100 min əhalinin burada yaşaması deməkdir. Mənzillərin bir kvadrat metri 3500 manatdan başlayacaq. Vikipediya-ya yerləşdirilən məlumatlara görə, layihənin dəyəri 100 milyard dollar təşkil edəcək. Burada 150 məktəb, 50 xəstəxana, parklar, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, hətta Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).


Dünyanın ən hündür, 185 mərtəbədən ibarət oteli də burada olacaq.

Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.


Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Bütün bunlar layihə müəlliflərinin “Vikipediya”ya yerləşdirdikləri, həmçinin zaman-zaman yerli və xarici mətbuata təqdim etdiyi məlumatlardır.



Lakin təəsüf ki, “Xəzər adaları” layihəsi xoş arzudan başqa bir şey deyil və bu layihənin reallıqla uzaqdan-yaxından heç bir əlaqəsi olmadığını yuxarıda təqdim etdiyimiz məlumatlardan görməmək mümkün deyil. Ya da ən yaxşı halda bu layihənin həyata keçməsi üçün azı 50 il vaxt və 100 milyardlarla vəsait gərəkdir. Təqdim edildiyi şəkildə “Xəzər adaları” layihəsi sadəcə olaraq fantastikadır, həyata keçirilməsinə nəinki hörmətli Hacı İbrahim Nehrəmlinin, heç nağıllardakı sehirli çubuğun da gücü çatmaz.

Cəmi 12-13 il ərzində, dəniz üzərində 1 milyon adamın yaşayacağı şəhərin salınacağına inanmaq üçün insan gərək ağlını itirmiş olsun. Bu baxımdan, heç şübhə etmirik ki, gələcəkdə “Xəzər adaları” layihəsi dünyanın “doqquzuncu möcüzəsi” ola bilməsə də, “dünyanın ən böyük yalanları” siyahısında doqquzdan da əvvəlki yerləri tutmaq şansına malik olacaq.

“Xəzər adaları”nın fantastik bir layihə olduğunu sübut etmək üçün əlavə arqumentlərə heç bir ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, bu reallıq elə layihəyə dair rəqəmlər, məlumatlardan o qədər açıq görünür ki…
Ona görə də bu layihənin özü haqda müzakirə açmaq, nəyisə sübut etməyə çalışmaq, mütəxəssislərdən rəy öyrənmək artıq işdir.

Lakin fikrimizcə Hacı İbrahim Nehrəmlinin mətbuatda dərc olunan sonuncu müsahibəsini diqqətdən kənarda qoymaq düzgün olmazdı. Nədən ki, bu müsahibədə bir xeyli maraqlı, düşündürücü, ziddiyyətli məqamlar var ki, onlara mütləq aydınlıq gətirilməlidir. Əks halda“yalan nə qədər böyük olarsa bir o qədər inandırıcı olar” prinsipi işə düşər. Ortada böyük bir yalanın və müəmmanın olduğu isə şübhəsizdir.

Bu müəmmalardan sadəcə birinə diqqət edək. Hacı İbrahim Nehrəmlinin “Yeni Müsavat” qəzetinə sonuncu və silsilə müsahibəsindən oxuyuruq:

“Bu şəhəri ölkəm və millətim üçün tikirəm, özüm üçün yox. Bu layihəyə indiyədək 1 milyard manatdan çox sərmayə qoymuşam. Azərbaycan bankları mənə bu işə görə kredit verməyiblər. Xərclədiyim pullar son qəpiyinə kimi şəxsi vəsaitimdir. Bu 1 milyard pul mənim nəyimə bəs deyildi?!”

Bunları hörmətli Hacı İbrahim Nehrəmli müsahibənin əvvəlində deyir. İndi isə müsahibənin son hissəsindən bir sitat:


“6 ay səhərə kimi gözümə yuxu getmədi. Qan-tərə batırdım. Bir gün ağsaqqal dostlarımdan biri məsləhət gördü ki, evə girən kimi işi unut. İlk günlər çətin oldu, amma sonra gördüm ki, yavaş-yavaş düzəlir hər şey. Buranı başlayanda cəmi 50 milyonum vardı. İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm. Bəzən özüm də məəttəl qalıram ki, bu işləri mən necə gördüm…”

Göründüyü kimi, təkcə bu iki sitat arasında xeyli şübhəli, ziddiyyətli məqamlar var.



Əvvəla, “Xəzər adaları”nda indiyədək görülən işlərə sözün hərfi mənasında “şəhər tikintisi” adını qoymaq, üstəlik də buna görə millətə hələ bir minnət də vurmaq gülüncdür. Tikinti sahəsindən paylaşılan şəkillərdən də açıq görünür orda elə də böyük miqyaslı işlər görülmür.

İkincisi, necə olur ki, “ölkə və millət” üçün tikilən bir “şəhər”də hələ bircə bina istifadəyə verilmədiyi halda, hörmətli Hacı İbrahim ən azı 1 milyard 150 milyon manat pul qazanıb. İşə başlayanda 50 milyon pulu olan Hacı İbrahim, qısa müddətdən sonra şəxsi vəsaitini 1.2 milyard manata necə çatdırdı?
Cəmi bir neçə il əvvəl iflas olan, özünün də dediyi kimi kirayələrdə yaşayan, dostlarının 500 dollar yardımına möhtac qalan Hacı İbrahim, necə oldu ki, qısa müddətdən sonra 1.2 milyardın sahibi oldu? Bunu hansı qanuni yolla qazandı, nə qədər vergi ödədi, dünyanın rəsmi milyarderləri sırasında adı niyə yoxdur və sairə, bu kimi suallar açıq qalır.
İndiyədək cəmi üstü açıq bir mini futbol stadionu istifadəyə verilən “Xəzər adaları”nda 1.2 milyard manatlıq ev, əmlak satılması versiyası isə qəti inandırıcı deyil. Azərbaycan o qədər varlı ölkə deyil ki, minlərlə insan gözünü qırpmadan fantastik, reallaşacağı böyük şübhə altında olan bir layihədən kvadrat metri 3500 dollardan ev ala bilsin. Hacı İbrahimin dediyinə inansaq, indiyədək “Xəzər adaları”nda orta hesabla 4 min ev satılmış olmalıdır. Hər biri orta hesabla 350 min manat olan bu qədər evin satılması inandırıcıdırmı?

Bu layihəyə xaricilərin real marağından danışmaq isə lap ağ eləmək olar.


Təkcə bu ziddiyyət “Xəzər adaları” layihəsinin arxasında böyük bir müəmmanın olduğunun ən bariz sübutudur.

Elə barəsində danışdığımız müsahibədə Hacı İbrahim yerli mediadan şikayətlənərək deyir:“Bu günlərdə xaricdən jurnalist gəlmişdi. O jurnalist mənə söylədi ki, öz ölkəndən çox xaricdə məşhursan. “Khazar İslands” layihəsinin dünyaya səs saldığını dedi. Məəttəl qalmışdı ki, bu qədər genişmiqyaslı iş görürəm, amma Azərbaycan mediasında bu öz əksini tapmır”.

Xarici medaida “Xəzə adaları” layihəsinə ciddi maraq varmı, biz bu barədə məlumatlı deyilik. Təkcə onu bilirik ki, yüksək qonorar qarşılığında bəzi nüfuzlu qəzetlərdə “Xəzər adaları”nın reklam materialları yerləşdirilib. Lakin yerli medianın bu layihəyə marağı həqiqətən də aşağıdır və bu, heç də təəcüblü deyil.
Reallıqdan uzaq görünən, hətta dəfələrlə qeyd etdiyimiz kimi, fantastika təsirini bağışlayan, maliyyələşməsi şəffaf olmayan, müəmmalarla dolu, rəhbəri mütəmadi olaraq mətbuatda müxtəlif ittihamların obyekti olan bir layihəyə yerli medianın, cəmiyyətin, həmçinin investorların ciddi maraq göstərməməsi tamamilə təbiidir. Fikrimizcə, hörmətli Hacı İbrahim bunu nəzərə almalı və ilk növbədə layihənin maliyyələşməsində şəffaflığı təmin etməli, həmçinin reallıqla uzlaşmayan, inandırıcı görünməyən vədlərdən uzaq qaçmalıdır. Bəzən yalan nə qədər böyük olsa da, bir o qədər inandırıcı ola bilmir.

Bəzi iddialara görə, Hacı İbrahimin “Xəzər adaları” layihəsinin arxasında, əslində ikinci hakim ailə olan Paşayevlər var. Layihənin maliyyələşməsinin məhz Paşayevlər tərəfindən həyata keçirildiyi bildirilir. Lakin bu, o qədər də inandırıcı deyil. Hakim ailənin belə fantastik layihəyə milyardlarla sərmayə qoyduqlarına inanmaq çətindir. Bununla belə, bu söz-söhbətlərin müəyyən əsası da ola bilər.
Bizə verilən məlumata görə, “Xəzər adaları” ilk əvvəl sırf Hacı İbrahimin layihəsi kimi ortaya çıxıb. Lakin bu işi həyata keçirmək üçün əlində vəsaiti olmayan Hacı İbrahim, uzun cəhdlərdən sonra Arif Paşayevdə layihəyə maraq oyada bilib. Məhz bundan sonra özünün də etiraf etdiyi kimi, cəmi 50 milyonla işə başlayıb və ciddi öhdəliklərdən sonra müəyyən maliyyə kanalları əldə edib.

Əslində layihənin təqdim olunduğu şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü Hacı İbrahimin özü də yaxşı anlayır. Plan bundan ibarətdir ki, işlər bir neçə mərhələdə həyata keçiriləcək və nə qədər irəli getmək mümkünsə, o qədər də gediləcək. Hazırlanan gözqamaşdırıcı “Xəzər adaları” maketi isə, piardan başqa bir şey deyil. Məhz bu piar sayəsində ilk mərhələdə tikilən yaşayış binalarının real dəyərindən dəfələrlə baha qiymətə satılması qarşıya əsas hədəf kimi qoyulub. Bakının mərkəzində evlərin kvadrat metri maksimum 2000-2500 manat olduğu halda, “Xəzər adaları”nda, başqa sözlə “dünyanın o başında” və çölün düzündə 3500 manatdan təklif olunur. Bu o deməkdir ki, bir binadan təxminən 10 ev satmaqla, bütövlükdə binaya çəkilən xərc çıxarılır. Yeganə məqsəd də budur ki, “dünyaya səs salan” piar sayəsində müəyyən qədər satışa nail olunsun, qazanc kimi yerdə qalan evlər isə uzunmüddətli kreditlə satılsın və ərazidə məskunlaşma təmin olunsun. Yəni əsas odur ki, planın birinci mərhələsi uğurla həyata keçsin, mini şəhərcik salınsın, milyardlar qazanılsın, burda fəaliyyətə başlayacaq restoranların, digər obyektlərin hesabına daimi gəlir mənbəyi əldə olunsun, bundan sonrası o qədər də önəmli deyil. “Azərbaycan bürcü”nün, “dünyanın ən hündür oteli”nin, “ən böyük məscidi”nin tikilib-tikilməməsi isə o qədər də prinsipial məsələlər sayılmır. Lakin bu gizli planın baş tutacağı da inandırıcı deyil. Qiymətlər o qədər bahadır ki, Azərbaycan cəmiyyətindən çoxsaylı alıcılar tapılacağı ağılabatan deyil. Xaricilərin isə layihə tam reallaşmamış burdan evlər, obyektlər alacaqlarına inanmaq sadəlövhlük olardı.



Qısası, “Xəzə adaları” mifdir, reallıqdır, yoxsa fırıldaqdır, bu barədə özünüz nəticə çıxarmağa çalışın.

Rasim ƏLİYEV

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə