Artıq Corvette modelində İdarəetmə zamanı Məlumat Yazan (prd) funksiya mövcuddur



Yüklə 68,5 Kb.
tarix01.01.2022
ölçüsü68,5 Kb.
#103320


2014-08-21

Artıq Corvette modelində İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiya mövcuddur.

  • Valet Mode sistemi indi video görüntü funksiyası ilə təchiz edilib



  • İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiya avtomobilin idarəetmə zamanı bütün məlumatları toplayır

Sürix – 2015-ci ilin Chevrolet Korvetta sahibləri öz avtomobillərini düymələr üzərində idarəətmədən zövq alacaqlar, çünki İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiyası sayəsində Valet Mode sistemində artıq əlavə video görüntü mövcuddur.

İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiyası Valet Mode sistemi aktiv olduqda sürücüyə daxili məlumatı bloklaşdırmağa, informasiya-əyləncə sistemi və video yazan, audio və nəqliyyat vasitəsi məlumatlarına girişi deaktiv etməyə imkan verir.

2014-ci ildə təqdim edilən Corvette avtomobili Valet Mode funksiyası, unikal dörd rəqəmli kod vasitəsilə ayarlar menyusunu aktivləşdirilir. Kodu təsdiq etməklə Siz mərkəzi konsolun arxasındakı yük yerini kilitləyə, həmçinin radio və məlumat sistemlərinə girişi deaktivləşdirə bilərsiniz.

“İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiyası ilk olaraq avtomobilin yürüş qeydlərini, sürət göstəricilərini və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün hazırlanmışdır” Corvette-nin istehsal üzrə meneceri Harlan Çarlz (Harlan Charles) bildirib. “Valet Mode sistemi aktiv olduqda, biz qısa zamanda sistemin məlumatları qeyd etmə və ya idarəetmə görüntüsünü yazma kimi daha çox funksiyalara malik olduğunu anladıq”.

2015-ci ildə sənayedə ilk olan İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiyasının təqdimatı ilə, Corvette sahibləri, Valet Mode sistemi aktiv olduğu zaman- g-force və ötürmə vəziyyəti, mühərrikin fırlanma tezliyi və sürət daxil olmaqla – avtomobilin məlumatı, audio, HD video yazı haqqında məlumatları öyrənə bilirlər.

Siz videoya Corvetta-nın 8 düymlük rəngli sensor ekranlı monitorunda, avtomobili parkinq etdiyiniz anda və yaxud kompyuterə yükləyərək izləyə bilərsiniz.

İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiya Corvette Racing komandasının məlumat əldə etmə və telemetrik elektron sistemləri ilə təmin edilməsi üçün Britaniyanın motorsportlar-mühəndis şirkəti, Cosworth tərəfindən hazırlanmışdır.

Sistemə 3 əsas komponent daxildir. Birinci, ön şüşənin yuxarı səviyyəsində 720p yüksək keyfiyyətli kamera quraşdırılmışdır ki, sürücünün pəncərə üzərindən fikirlərini qeyd edir. Səs kabinədə quraşdırılmış mikrofon vasitəsilə qeydə alınır.

İkinci komponent müstəqil telemetriya yazandır. Bu sistem xüsusi GPS qəbuledicidir və nəqliyyat vasitələrinin informasiya əldə etmək üçün Stingray-in Controller Area Network-ə daxil edilib.

Sonuncu isə, avtomobil haqqında məlumat və video ötürmə və yazma üçün yük yerində SD kart girişi quraşdırılmışdır. 8 qiqabaytlıq yaddaş kartı təxminən 200 dəqiqə ərzində idarəetmə məlumatlarını özündə qeyd etmə imkanına malikdir.

İdarəetmə zamanı Məlumat Yazan (PRD) funksiyasında Track rejimi, Sport rejimi,Touring rejimi və Performans rejimləri daxil olmaqla, üç məlumat overley opsiyaları ilə video yazma mövcuddur. Həmçinin öz fəaliyyətini daha dərindən anlamaq istəyən istifadəçilər üçün asan bir-istifadə qrafik interfeysi ilə Cosworth-un professional səviyyədə motorsport analizini birləşdirən "Cosworth Toolbox" proqram təminatı daxil edilmişdir.

Hər iki funksiya İdarəetmə zamanı Məlumat Yazan (PRD) və Valet Mode funksiyası video görüntü ilə bütün Corvette modellərində 2015-ci ildə mövcud olacaqdır.



Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün,www.chevroletfc.com saytına daxil ola bilərsiniz.

###
Əlaqə:


Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com


Yüklə 68,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin