Aşiq əŞRƏf qəNİ Buludlar aьlayыr (şeirlər və poemalar) Bakı 2013



Yüklə 440,48 Kb.
səhifə54/56
tarix04.01.2022
ölçüsü440,48 Kb.
#54248
1   ...   48   49   50   51   52   53   54   55   56
III hissə

Səhərdi, günəşli, nurlu bir səhər,

Lalədən don geyib, bəzənib çöllər.

Bənövşələr bir-birinə naz edir,

Səhər mehi yarpaqları titrədir.

Hər canlıya gəl-gəl deyir çeşmələr,

Çağırır qoynuna yaşıl meşələr.

Qoynu kəkotulu, nanəli dağlar.

Döşündən süzülən ayna bulaqlar,

Saçlı şəlalələr, dərin dərələr,

Sıldırım qayalar, sonalı göllər,

Gözəllikdən tac qoyurlar başına,

Nur ələnir torpağına, daşına.

Dağ çiçəyi narın-narın yağanda,

Bir ağrı, bir azar qalarmı canda?

Qərar qəti idi, verilən qərar!

Həmin gün bir yerə yığıldı dostlar,

Səfərə bir addım ömür qalırdı.

Bütün el onları yola salırdı.

Yüz də sel oynasa, coşsa da çaylar,

Qayalar yıxsa da, nə hünəri var?

Onları yolundan saxlaya bilməz.

Polad sınar gedər, ancaq əyilməz.

Məhərrəm babadan rüsxət aldılar,

Bax beləcə, yola rəvan oldular.

İndi sizə söhbət açım Qasımdan,

Ərənlər ərəni, xaslar xasından.

Ağılda, kamalda hamıdan başdı,

Ən təmiz insandı, yurda yurddaşdı.

Ömrü boyu yalan gəlməz dilinə,

Elə ki, bir işi aldı əlinə,

Sonuna çatmasa bir an durmazdı,

Ürəksiz insanla heç oturmazdı.

Belə gəldi, belə getdi dünyadan,

Ona rəhmət diləyirəm Tanrıdan.

Oxucum, mətləbi uzatmayaq gəl,

Yoxsa bu, mövzuya törədər əngəl.

Deyərlər, zəifdir yazdığım əsər,

Şair ilhamından inciyər, küsər.

İndi isə gəl səfərdən danışaq,

Yol azmayaq, nə yanılaq, nə çaşaq.

Mənə bələdçi ol bu yollarda sən,

Yolda sarsımayım, el desin əhsən,

Ədaləti elə yerə çıxaraq,

O yerdə qartallar qoy olsun ancaq,

Nağıl danışmıram, nə əfsanədir,

Bu bir həqiqətdir, qeyrət rəmzidir,

Kişilərdə söz bir olub deyirlər,

Qeyrətlə körpülər salan dədələr.


Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin