Aşiq əŞRƏf qəNİ Buludlar ağlayır (şeirlər və poemalar) Bakı 2013



Yüklə 439,08 Kb.
səhifə8/56
tarix04.01.2022
ölçüsü439,08 Kb.
#54385
1   ...   4   5   6   7   8   9   10   11   ...   56
Hər nə istədimsə tamarzı qaldım.

Kitab dərdi çəkə-çəkə qocaldım,

Tale qismət verdi, Elxanı gördüm.
Nə yazıq ki, nə Gülabı, nə də Əşrəf öz kitab­larını görə bilmədilər. Gülabının “Mən olmayanda” adlı kitabını söz verdiyimiz kimi ölümünün bir ili münasibətilə nəşr edə bildik.

Əşrəfi də qürbət ellərin hicran yükü çox əymiş­di, bir yandan da dünyalar qədər istədiyi qardaşının vaxtsız ölümü qoymadı yaşamağa. Gülabıdan beş ay sonra doğma obasında – canından çox sevdiyi Borça­lı­sında dünyasını dəyişdi. Hər iki sənət fədaisinin, hər iki qardaşın, hər iki Xındı Məmməd yadigarının ruh­ları şad olsun.

Əziz oxucu, bilirəm sən də bu şeirləri oxuduqca mənim kimi kövrələcəksən, Aşıq Əşrəfin iç dünyasını, yaşantılarını, Vətən həsrətini, torpağa bağlılığını, Ataya-Anaya, Qardaş-Bacılarına olan isti münasibət­lərini onun şeirlərindən oxuyub öyrənəcəksən. Belə bir sənət, saz-söz adamına, onun istəyinə-arzusuna, gətirməyən bəxtinə, tez çevrilən taxtına acıyacaqsan və dönə-dönə ona rəhmət söyləyə­cəksən. Bu rəh­mət­lərin sayı çox olsun deyə biz də, onun ailəsi, uşaq­ları da Əşrəfin bu kitabını araya-ərsəyə gətirdik. Qoy tanımayanlar da tanısın onu, qoy tanıyanlar da bilsin ki, biz kimləri vaxtsız itirmişik. Oxuyun bu kitabı, oxuyun!
Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar Mədəniyyət işçisi





Yüklə 439,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin