Aslanlı Mehdi Fakültə: Humanitar və sosial elmər



Yüklə 361,86 Kb.
səhifə2/3
tarix18.05.2023
ölçüsü361,86 Kb.
#127049
1   2   3
Belge (6)-1çmmd

Təsnifatı
Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq. Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:

Azad ticarət zonaları
Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.
Xüsusi gömrük zonaları
İqtisadi zonaların sadə formalarından biri olmaqla, xüsusi gömrük zonaları özlərində ixrac üçün nəzərdə tutulmuş xarici malların qorunması, qablaşdırılması və emalı üçün yaradılmış tranzit və ya konsiqnasiya anbarlarını əks etdirir. Belə zonaları tez-tez azad gömrük əraziləri kimi də adlandırırlar. Xüsusi gömrük zonalarında malların idxalı və ixracına gömrük rüsumları tətbiq edilmir. Belə zonalar dünyanın bir çox ölkələrində mövcud olur.

Xüsusi ticarət-sənaye zonaları
Güzəştli ticarət rejiminə malik əraziləri özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, məhsulların ixracı üçün çoxsaylı güzəştlər tətbiq edilir. Xüsusi ticarət-sənaye zonalarının istehsal və ticarət fəaliyyəti zonalar içərisində daha geniş yayılmış formalardan biridir. İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları UNCTAD-ın materiallarına görə, belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir. Lakin bu hal, həmin məhsullara, onların qəbul edən ölkənin milli gömrük ərazisinə daxil olduğu zaman şamil edilmir. Bu cür zonalara daha çox sənayeləşmənin idxaləvəzedici tipindən ixracyönümlü tipinə keçid strategiyasını həyata keçirən inkişaf etməkdə olan ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni Sənaye Ölkələrində nail olunur. Hazırda dünyada belə zonaların sayı 350-ni ötmüşdür. İxracyönümlü sənaye zonaları əsasən valyuta sərvətləri qazanmaq məqsədilə xarici bazara çıxış yönümündə yaradılır

Yüklə 361,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin