“ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının son üç illik elmi-pedaqoji fəaliyyəti haqqında məlumat
2010-2013-cü illərdə kafedra öz işinin tədris prosesində qarşıya qoyulan son tələblərə uyğun qurmuş və elmi-pedaqoji sahədə məhsuldar fəaliyyət göstərmişdir:
- əvvala kafedra üzrə tədris olunan bütün fənnlər üzrə tədris proqramları yeni tələblərə uyğun hazırlanmış və çap edilmişdir (həm bakalavr, həm magistratura üzrə);
- bütün mühazirə mətnləri yeniləşmiş, elektron variantları hazırlanmış və tədris prosesində interaktiv mühazirələrə üstünlük verilir. Seminarlar isə bir qayda olaraq dialoq formasında aparılır;
- tədris olunan bütün fənlər üzrə test imtahan sualları vaxtında hazırlanıb ümumi sistemə köçürülmüşdür;
- tələblərlə müntəzəm görüşlər keçirilir və onları maraqlandıran məsələlər üzrə elmi məsləhətlər verilir;
- tələbələrin elmi-pedaqoji təcrübə keçmələri də lazımi səviyyədə təşkil olunur və bu istiqamətdə kafedra tərəfindən hər cür şərait yaradılır;
- hesabat dövründə (2012-ci ildə) kafedra kollektivi tərəfindən son tələblərə uyğun 32.5 çap vərəqi həcmində yeni dərslik hazırlanıb çap edilmişdir. Hazırda iki hissədən ibarət yeni bir dərslik “Aqrobiznes və ərzaq təhlükəsizliyi” üzərində iş gedir və yaxın vaxtlarda çapa tədqim olunması nəzərdə tutulmuşdur. Bundan əlavə “Aqrar iqtisadi siyasət və regionların sosial-iqtisadi inkişafı” adlı dərs vəsaiti üzərində də iş gedir.
- göstərilən dövr ərzində kafedra əməkdaşları tərəfindən ölkədaxili və ölkəxarici mətbuatda onlarca məqalə və tezislər çap edilmiş və bu proses hazırda da davam edir;
- hesabat dövründə kafedranın bir əməkdaşı – Eldar Rza oğlu İbrahimov doktorluq dissertasiyasını müdafiə etmiş və elmlər doktoru elmi dərəcəsi almışdır;
- bundan əlavə kafedranın iki dissertantı namizədlik disertasiyası üzrə işləyir və yaxın vaxtlarda yekunlaşdırmaq üzrədilər;
- hesabat dövründə kafedra əmkdqaşları tərəfindən elmi-tədqiqat işləri də vaxtında yerinə yetirilmiş və elmi işlərin nəticələrinə dair elmi hesabatlar vaxtında elmi hissəyə təqdim edilmişdir.
Ümumiyyətlə, “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrası Azərbaycan iqtisad elminin çox vacib sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı istiqamətində fəaliyyət göstərməklə ölkənin aqrar iqtisadi siyasətinin və strategiyasının formalaşması, onun reallığını, inkişaf qanunauyğunluqlarını və meyllərinin öyrənilməsi sahəsində intensiv fəaliyyət göstərən bir kafedradır.
«АSM-нин игтисадиййаты вя идаря едилмяси»
кафедрасынын мцдири проф. И.Ш.Гарайев
Dostları ilə paylaş: |