AşT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (alac) əsasında təşkil edilmişdir


ALAC layihəsi çərçivəsində verilmiş tövsiyələrin icrası



Yüklə 435 Kb.
səhifə13/16
tarix17.02.2022
ölçüsü435 Kb.
#114463
1   ...   8   9   10   11   12   13   14   15   16
ALAC layihəsi çərçivəsində verilmiş tövsiyələrin icrası
Bakıelektrikşəbəkə ilə ilk tədbir 14 İyun 2011-ci il tarixində keçirilib. 28 iyun 2013-cü il tarixində keçirilən ikinci tədbirə qədər olan dövr ərzində Şəffaflıq Azərbaycan (ŞA) təşkilatı tərəfindən verilən aşağıdakı tövsiyələr icra olunub.
Legal framework

Elektrik enerjisinin təminatı 10 ildən daha çox əvvəl qəbul edilmiş qanunlar əsasında aparılır70. 2011-ci ildə Konstitutsiya Araşdırmaları mərkəzi Qeyri Hökumət Təşkilatlarının Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin adından Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin layihəsini71 hazırlamış və Bakıelektrikşəbəkəyə təqdim etmişdir. Şirkət tərəfindən hazırda istifadə olunan müqavilə yalnız istehlakçının məsuliyyətini özündə əks etdirir və təchizatçının üzərinə heç bir məsuliyyət qoymur. Təəsüflər olsun ki, bu istiqamətdə verilən tövsiyələr icra olunmayıb.


ŞA tərəfindən elektrik enerjisinin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi yanında ixtisaslaşmış ayrca qurumun yaradılması tövsiyə olunub. Tövsiyə qəbul edilməsə də, dövlət nəzarətinin artırılması ilə bağlı qanunvericilik gücləndirilib.72.
Həmçinin, tikinti obyektlərinə elektrik enerjisi təchizatını tənzimləyən qanunvericilik təkmilləşdirilmişdir.73
İnstitusional çatışmazlıqlar

ŞA tərəfindən hökumətə verilən ən əsas tövsiyə elektrik enerjinin təchizatı ilə bağlı bazarın diversifikasiyasının aparılması, bu sahədə monopoliyanın aradan qaldırılması və elektrik təchizatı da daxil olmaqla kommunal xidmətlərin göstərilməsi sahəsində ədalətli rəqabət mühitinin formalaşdırılması ilə bağlı idi. Azərbaycan, Avropa Enerji Xartiyasının üzvü olmasına baxmayaraq, enerjinin istehsalının, daşınmasının, paylanmasının və satışının əks mərkəzləşməsini əsas tutan Üçüncü Enerji Paketini qəbul etməkdən imtina edib. Elektrik və qaz təchizatı bazarının əks mərkəzləşməsi ilə bağlı qaydalar və qanun layihələri hazırlansa da, hökumət bu sahənin yenidən qurulması üçün zamana ehtiyacın olduğunu əsas gətirərək bu qanunları tez bir zamanda qəbul etməkdən imtina edib74.


Bu kimi əsas tövsiyələrdən savayı, ŞA təşkilatı tərəfindən Bakıelektrikşəbəyə tövsiyə edilmişdir ki, istehlakçılar (sayğaclara müdaxilə və sayğacdan kənar elektrik enerjisindən istifadə kimi) və nəzarət müfəttişləri (sayğaclara müdaxilə ilə bağlı saxta aktların hazırlanması, elektrik enerjisi istifadəyə görə ödənişin şişirdilməsi) tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı nəzarət artırılsın. Kommunal xidmətlərdən istifadəyə görə onlayn ödəniş vasitələrinin və smart kart tipli sayğacların quraşdırılması75, eyni zamanda metro stansiyalarında və böyük marketlərdə yerləşdirilmiş ödəniş məntəqələrinin hesabına korrupsiya imkanları məhdudlaşdırılıb. Buna qədər xidmətdən istifadə haqları nağd formada nəzarət müfəttişləri tərəfindən alınırdı.
ŞA təşkilatı tövsiyə etmişdir ki, hüquqi və fiziki şəxslər üçün elektrik enerjisindən istifadəyə qoşulmaq üçün prosedurlar sadələşdirilsin. Məsələn, yeni istifadəçilər üçün elektrik enerjisindən istifadəyə dair texniki şərtin alınması sadələşdirilsin, qərar qəbul etmə prosesinin şəffaflığı artırılsın və müraciətçilərin rahatlığının təminatı üçün vahid pəncərə sistemi tətbiq olunsun76. Elektrik enerjisindən istiafadəyə qoşulmaq bir sıra çətinliklərlə müşahid olunur.77.Təəssüflər olsun ki, bu tövsiyələr qəbul olunmayıb. Azərenerji ilə də bağlı da vəziyyət eynidir. Təsadüfi deyil ki, 2012-ci il “Doing Businesss” hesabatında Azərbaycan elektrik enerjisinin əldə edilməsinə görə 185 ölkə arasında 175-ci sırada qərarlaşıb78.
Qaynar xəttlər

Şirkət tərəfindən iki qaynar xətt telefon nömrəsindən istifadə olunur. (440 44 04 nömrəsi ilə elektrik enerjisnin satışı, 440 29 21 nömrəsi ilə isə texniki məsələlər ilə bağlı müraciətlər qəbul olunur). Bundan savayı 199 nömrəsi ilə qəzalar barədə məlumat vermək olar. Onlayn qaydada müraciət göndərmək üçün də imkanlar mövcuddur. ŞA tərəfindən tövsiyə olunmuşdu ki, şirkət abonentləri qarşısında hesabatlılığını artırması məqsədilə qaynar xətlərə daxil olan şikayətlər barədə analitik hesabat hazırlasın və bunu yaysın. Müvafiq qanunvericiliyə uyğun olaraq bu formada hesabat hazırlanmalı olsa da79, tövsiyə icra olunmayıb. Eyni zamanda, əməkdaşların yol verdikləri pozuntulara görə cəzalandırılmaları barədə də məlumatlar ictimaiyyətə açıq deyil.


Vebsəhifə

Qurumun vebsəhifəsi oxunaqlı olsa da, səhifədə istehlakçıların hüquqları və müraciət vasitələri barədə səlis məlumatlar yoxdur. ŞA təşkilatının tövsiyəsinə uyğun olaraq Müştəri Xidmətləri və Abonentlərin Müraciətləri üzrə Komissiya barədə məlumatlar, eyni zamanda abonent etirazları üzrə komissiyalara daxil olan etirazlara baxılması qayadasına dair təlimat qurumun veb səhifəsində yerləşdirilib. Amma vətəndaşa cəmiyyətinin komissiyanın fəaliyyətində iştiraka cəlb edilməsi ilə bağlı tövsiyə qəbul olunmayıb.


Elektron xidmətlər80

Qanunvericilikdə şirkətin üzərinə elektron xidmətlər göstərməsi ilə bağlı öhdəlik qoyulmasa da, qurum onlayn əsaslı xidmətlər göstərir. Qəribədir ki, şirkət öz veb-səhifəsində elektron ödəmə alətləri təklif etmir, halbuki digər onlayn alətlər, məsələn www.hesab.az vasitəsi ilə mümkündür.


Azərenerji iki adda elektron xidmət təklif edir. Bunlara yeni abonentlərə texniki şərtlərin verilməsi və onlayn ödəniş imkanları daxildir81. Lakin bu qurumun adı Nazirlər Kabineti tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə siyahıya daxil edilməyib82. Bununla belə onlayn qaydada ödənişləri etmək üçün imkanlar yaradılıb, amma texniki şərtlərin alınması üçün ayrılan bölmədə yalnız tələb olunan sənədlərin siyahısı göstərilib.
Şəffaflıq və Hesabatlılıq

“Şəffaflıq Azərbaycan” tövsiyə etmişdir ki, müştərilər arasında vətəndaş cəmiyyətinin və müstəqil şirkətlərin köməkliyi ilə mütəmadi sorğular keçirilsin. İstehlakçılar arasında onların da hüquq və öhdəlikləri barədə maarifləndimənin aparılması məqsədilə televiziya və radio verilişlərin təşkili tövsiyə olunub. Bu tövsiyələrin icra edilib-edilməməsi ilə bağlı məlumatlar mövcud deyil.


Ümidverici məqamlardan biri ondan ibarətdir ki, şəffaflıq məsələlərinə cavab olaraq, Azərenerji 2011 və 2012-ci illər üzrə Deloitte və Touche tərəfindən təsdiqlənmiş məcmu maliyyə hesabatını öz veb səhifəsində yerləşdirib. Bakıelektrikşəbəkə bu uğurlu təcrübəni davam etdirərək audit keçirilməməsinə baxmayaraq 2012-ci il ilə bağlı ətraflı maliyyə hesabatını yerləşdiriliblər. Təəsüflər olsun ki, veb səhifədə illik fəaliyyətlə bağlı hesabat yer almayıb.

Yüklə 435 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin