Əlavə 1. Elektrik enerjisi istifadəçiləri araasında keçirilən mini sorğu Metodoloji qeyd Bu kiçik sorğu Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən 2013-cü ilin Noyabr ayında 282 respondent arasında keçirilib. Bu respondentlərin 106 nəfəri facebook sosial vasitəsi ilə sorğuya qatılıb. Sosial şəbəkə istifadəçiləri monkey survey proqramından istifadə etməklə hazırlanan sorğunu cavablayıblar. Gəncə, Lənkəran, Quba və Lənkəran şəhərində 103Azərenerji abonenti ilə üz-bə-üz müsahibə aparılıb. Bakıda isə Bakıelektrikşəbəkə abonetlərinin 73 abonenti müsabibəyə cəlb olunub. Müsahibələrdən əldə olunan məlumatlar ŞA əməkdaşları tərəfindən elektronlaşdırılıb və elektron sorğuya salınıb. Biz qəbul edirik ki, bu sorğu Azərbaycanda iki əsas enerji paylayıcı şirkətin ümumi qiymətləndirməsini aparmaq üçün kifayət deyil. Bu sorğu sadəcə olaraq bir qrup müştərinin göstərilən xidmətlərə olan münasibətləridir. ŞA tərəfindən digər resurslardan istifadə etməklə apardığı monitorinqin nəticələri də oxşar mənzərəni ortaya qoyur.