Əgər bizim cəmiyyətimizdə İmam Hüseynə (ə) eşq, onun yad olunması, Aşura müsibətlərinin deyilməsi geniş yayılmış olmasaydı, hərəkatın bu zamanda və bu keyfiyyətdə qələbə çalması bəlkə də mümkün olmazdı. Bu, hərəkatın qələbəsində möhtəşəm təsirə malik idi. Bizim Böyük İmamımız Hüseyn ibn Əlinin (ə) qiyam etdiyi məqsəd yolunda bu amildən maksimum istifadə etdi.
İnqilabın məqsədlərinə çatmaq üçün İmam Hüseynin (ə) yolu ilə getmək
Biz yarıyoldayıq. Əgər İmam Hüseynin (ə) sözünü yaşadırıqsa, əgər İmam Hüseynin (ə) adını uca tuturuqsa, əgər bu hərəkatı tarixdə əzəmətli insani hadisə adlandırır və dəyərləndiririksə, bu ondan ötrüdür ki, bu hadisə bizə hərəkət edib irəliləməkdə, İmam Hüseynin (ə) yolu ilə getməkdə və Allahın lütfü ilə o məqsədlərə çatmaqda kömək edəcək. İran xalqı inşallah buna nail olacaq. İmam Hüseynin (ə) adını Allah uca tutmuş və tarixdə Kərbəla hadisəsini saxlamışdır. "Biz uca tuturuq" deməyin mənası bu deyil ki, biz bu işi görürük. Xeyr, bu hadisə dünyanın müxtəlif amillərinin zəiflədib məhv edə bilməyəcəyi qədər çox əzəmətlidir.