“Bu gün bir çox sahələrdə qayda-qanun yoxdur!”
Təxminən yüz il öncə mərhum Hacı Mirzə Hüseyn Nuri "Rövzəxanların minbərinin birinci və ikinci pilləsinin şərtləri barədə mirvari və mərcan" adlı bir kitab yazdı. O zaman qayğıkeş, aydın və agah olan bir hədisşünas bu fikrə düşdü ki, minbərin birinci və ikinci pilləsinin hər birinin şərtləri var. Bu meydana şərtsiz daxil olmaq olmaz. Bəlkə həmin gün rövzəxanlar və mərsiyəçilər birinci pillədə, vaizlər isə ikinci pillədə otururdular.
O zaman o böyük insan həmin dövrün baxış dairəsini görürdü. Amma bu gün siz daha geniş bir dairəni görürsünüz və ona əməl edə bilərsiniz. Kim icazəli formada minbərə getsin və bu işə nəzarət edən cəmiyyət tərəfindən qəbul olunsun? Nə desin? Harada və nə zaman desin? Bu, mətləb yazıb onun-bunun əlinə vermək deyil. Digər müsəlman ölkələrində belədir; dövlət məmurları bir şeyi yazıb cümə imamına verir və deyirlər ki, bunu oxu. Xeyr, təfəkkür, mütaliə, araşdırma, sənətin müəllimlərindən və bu sahənin korifeylərindən istifadə etmək lazımdır. Bəzi meyarlara əsasən, münasib danışmaq, düzgün oxumaq, islah etmək məqsədi ilə oxumaq və demək işi də baş tutmalıdır.
Dostları ilə paylaş: |