Təbliğatçının öz canı ilə hərəkəti
Təbliğatçı öz dili, qəlbi, canı, ruhu, iradəsi və aydın baxışı ilə hərəkət edir.
İndi cənab Buşəhrinin çox gözəl formada dediyi çərçivə bizim tərəfimizdən məqbuldur. Təbliğatçılar bu üsulla, bu tərzlə, bu ruhiyyə ilə, bu məqsədlə öz ilahi hərəkətlərini davam etdirməlidirlər. İnqilab da belə qələbə çaldı. Siz gənclərin çoxu o günləri görməmisiniz. O zaman da din təbliğatçıları – həmin namsız-nişansız, iddiasız tələbələr gedib İslam dünyasını, ölkəni, kəndləri, şəhərləri, məscidləri, məhəllələri, evlərin daxilini işıqlandırdılar. Haraya getdilərsə, bütün bu şüaların mərkəzi olan Böyük İmamımızın - onun özü də İmam Hüseynin (ə) işıqlı günəşinin bir şöləsi idi - işıqlı şöləsindən bir çıraq yandırıb hər yeri nura boyadılar. Ürəklər işıqlandıqda, canlar oyandıqda bədənlər və dillər hərəkətə başlayır və iradələr işləyir. Bu gün də belədir, sabah da belə olacaq. Lakin hər bir dövrdə din təbliğatçısının hünəri budur ki, tərəf-müqabilini onun ehtiyacı olan məsələ ilə tanış etsin. Odur ki, dövrün ehtiyacını bilmək lazımdır.
Dostları ilə paylaş: |