İndi isə Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr barədə. Nə oldu ki, 50 ildən sonra İslam cəmiyyəti o vəziyyətdən bu vəziyyətə düşdü? Məsələnin məğzi budur. Burada tarixə baxmaq lazımdır. Əlbəttə, Peyğəmbərin (s) yaratdığı quruluş bu tezlikdə dağılan bir quruluş deyildi. Peyğəmbərin (s) vəfatından sonrakı ilk illərə baxdıqda görürsünüz ki, canişinlik məsələsindən başqa hər şey öz yerindədir: yaxşı ədalət var, yaxşı zikr var, yaxşı bəndəlik var. Əgər insan həmin ilk illərdəki İslam cəmiyyətinin ümumi quruluşuna baxsa, görər ki, zahiri baxımdan geriləməmişdir. Düzdür, hərdən bəzi məsələlər qarşıya çıxırdı, lakin zahiri forma Peyğəmbərin (s) tərəfindən əsası qoyulanı göstərir. Lakin bu vəziyyət qalmır, zaman ötdükcə İslam cəmiyyəti tədricən zəifləyir və məhvə doğru irəliləyir.