İmam Hüseynin (ə) dözümü möhtəşəm və gözəldir. Aşura günü dostlarının və ailəsinin hər birinin bədəninin tikə-tikə edildiyi faciəli vəziyyət qarşısında da dözdü. Belə deyildi ki, misal üçün, bir bomba düşsün və bir dəstə adam öldürülsün. Xeyr, səhabəsindən və ailəsindən hər bir nəfər getdkdə, sanki o həzrətin mübarək bədəninin bir üzvü və bir parçası qopurdu. O bunların hər birinə dözdü, bu dözüm damlalarını bir-bir içdi. Nəticəsi də hasil oldu. Yəni İmam Hüseynin (ə) qalmasını istədiyi dəyərlər - Quran, İslamın adı, İslam dəyərləri və Peyğəmbərin (s) hədisi qaldı; daha məhdud və mühüm dairədə Əhli-beyt (ə) məktəbi olan şiəlik qaldı.
Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam elə dəyişmiş, vəziyyət elə bir həddə çatmışdı ki, o həzrətin ciyərparəsini tutub qətlə yetirə bildilər. Vəziyyət çox dəyişirdi. Peyğəmbərdən (s) sonra vəziyyət elə bir həddə çatdı ki, İslam dünyasında Peyğəmbərin (s) İmam Hüseyn (ə) kimi, Zeynəb-Kübra kimi övladlarını və ciyərparələrini açıq şəkildə öldürdülər və əsir tutdular. Vəziyyət çox dəyişmişdi. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, tez bir zamanda İslam məhv olardı. İmam Hüseyn (ə) əslində güclü qasırğaya məruz qalmış bu çadırı öz qanı ilə saxlayan güclü mismar kimi oldu. Bu təkcə İslam tarixinin yox, tarixin ən böyük qəhrəmanlığıdır. Bunu qorumaq, yaşatmaq və müsəlmanların tarixində həlledici bir amil kimi həmişə ondan istifadə etmək lazımdır. Bu gün Fələstin məsələsi bu növdəndir.
Dostları ilə paylaş: |