Zəngin Aşura mənbəyi dünya xalqının gözü qarşısında
Cəmiyyətlərin bu dərdləri daha artıq duyan yuxarı səviyyələri gözlərini bir qurtuluş əlinin gəlib onları bu haldan xilas edəcəyinə dikmişlər.
Məlumatın olduğu yerlərdə gözlər İslama dikilmişdir. Düzdür, bəzilərinin məlumatı yoxdur və İslamı tanımırlar. Lakin İslama təmayül şəraiti mövcuddur. İslamı tanıyanlar məhz onun üzərində təkidlə dayanırlar. Bizim özümüzün iranlı mütəfəkkirlərimizin biri demişdi - mən eşitdim o şəxs Allahın rəhmətinə getmişdir - ki, bu gün Qərb Şeyx Ənsari və Molla Sədra kimi şəxsiyyətlərin axtarışındadır, onların həyatı, mənəviyyatı və dəyərləri bu gün Qərb şəxsiyyətlərinin və qərbli mütəfəkkirlərin diqqətini cəlb edir. Bu həqiqətlərin və dəyərlərin zəngin mənbəyi İslam inancları və ən başda Aşura məsələsidir. Bunların qədrini bilmək lazımdır. Biz indi bu bilgiləri dünya xalqına təqdim etmək istəyirik. Mən burada ötən il bizim dəvətimizi qəbul edib Aşura əzadarlığından təhrifli bir hərəkəti çıxaran bütün şəxslərə təşəkkür etmək və yenə də həmin məsələ üzərində dayanmaq istəyirəm. Mənim əzizlərim! Hüseyn ibn Əliyə (ə) inananlar! Bu gün Hüseyn ibn Əli (ə) dünyanı xilas edə bilər; bu şərtlə ki, təhriflə onun simasını korlamasınlar. Təhrifli və yanlış məfhum və işlərin gözləri və ürəkləri Şəhidlər ağasının mübarək və nurlu simasından yayındırmasına qoymayın, təhriflə mübarizə aparın.
Dostları ilə paylaş: |