İmam Hüseynin (ə) pak qanı və faydalı təbliğatın davamı
İslam tarixində hər bir baxımdan bənzərsiz olan məhərrəm məsələsində bariz bir cəhət təbliğat cəhətidir. Bu, Hüseyn ibn Əlinin (ə), o həzrətin səhabələrinin və ailəsinin pak və nahaq tökülmüş qanı və onların məzlum hadisəsi sayəsində xalqın, bu pak qanların tökülmə səbəbi olan din həqiqətlərilə tanış və agah olması üçün bir imkandır. Bu da Kərbəla hadisəsinin əbədi faydalarından biridir. Bunun qədrini bilmək lazımdır.
Minbərin üç sahəsi
Minbər sənətinə aid üç işin - yəni moizə, məlumatlanıdırmaq, örnək və nümunə göstərmək işlərinin hər biri üçün minbər edənin və danışanın özündə bəzi xüsusiyyətlərə ehtiyac var və ondan bəzi şeylər tələb edir. Deməli, bu işi asan saymaq olmaz. Keçmişdə bizim bəzilərimizin beynində yanlış təsəvvür var idi, Allaha şükür olsun ki, sonralar aradan qalxdı. Biz düşünürdük ki, əgər kimsə elm adamı və müctəhid olsa, minbər adamı, yaxud rövzəxan ola bilməz. Bunların iki ayrı səviyyəyə xas olduğunu düşünürdük. Bu üç vəzifəni öhdəsinə götürmək istəyən şəxs çox yaxşı olar ki, dini elmləri, İslam fiqhini və elmi hövzələrdə olan elmləri - meyar hökmləri anlamaqdır - yüksək və hətta ali səviyyədə bilsin. Minbərə bu gözlə baxmalıyıq.