Düzgün, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaq
Bir gün bizim bu ölkəmizdə müstəmləkə əleyhinə, diktatura əleyhinə, küfr və tağut rejimi əleyhinə mübarizə məsələsi aktual idi. Lakin bəziləri bu vəzifəni təyin etmir və digər işlərdən yapışırdılar; kiminsə tədrisi vardısa, kitab yazırdısa, kiçik bir təbliğat dairəsi vardısa, dini işlərdə xalqın məhdud bir çevrəsinin hidayət işini üzərinə götürmüşdüsə, düşünürdü ki, mübarizəyə qoşulsa, həmin işlər tətil ediləcək; bu işlərdən ötrü o qədər əzəmətli və əhəmiyyətli mübarizəni tərk edirdi; yəni lazım, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaqda səhvə yol verirdi.
Hüseyn ibn Əli (ə) öz sözləri ilə anlatdı ki, belə bir şəraitdə İslam dünyası üçün tağut hakimiyyətinə qarşı mübarizə aparmaq, insanları bu hakimiyyətin şeytan hökmranlığından xilas etmək üçün çalışmaq ən vacib işdir. Bəllidir ki, Hüseyn ibn Əli (ə) Mədinədə qalıb xalqa Allahın hökmlərini və Əhli-beyt (ə) təlimlərini təbliğ etsəydi, bəzi insanlar yetişdirərdi. İraqa sarı hərəkət etdikdə isə, bütün bu işlərdən qalırdı: xalqa namazı öyrədə bilmirdi, Peyğəmbərin (s) hədislərini deyə bilmirdi, onun dərs və bilgi dairəsi tətil olurdu, Mədinənin yetim və yoxsullarına kömək edə bilmirdi. Bunların hər biri o həzrətə yönəlik vəzifə idi, lakin bu vəzifələrin hamısını daha əhəmiyyətli bir vəzifəyə qurban verdi; hətta bütün təbliğatçıların dediyi kimi, xalqın həccə getdiyi bir dövrdə həcc əməlləri də daha üstün vəzifəyə qurban edildi.
Dostları ilə paylaş: |