İslahat İmam Hüseynin (ə) şüarı kimi
İslahat barədə İmam Hüseyndən (ə) iki cümlə nəql olunmuşdur. O buyurur: “Babamın ümmətinin işlərini islah etməkdən ötrü qiyam edirəm”. O, islahat barədə düşünür və islahat yaratmaq istəyir. Başqa bir yerdə də buyurur ki, İslam ümmətinin və İslam ölkəsinin islahını istəyirəm. Bu, İmam Hüseynin (ə) şüarıdır.
Din bayraqlarını ucaltmaq
Həzrət Əbu Abdullah Hüseynin (ə) buyruqlarının hər biri incə məqama malikdir. Mən siz əzizlərə deyirəm ki, xalqa xalis və aydınlaşdırıcı sözlər demək məqsədi ilə o həzrətin sözlərindən maksimum istifadə olunmalıdır. Mən onların arasından bu cümləni öz məclisimizə münasib görürəm. O həzrətdən nəql olunana əsasən, buyurmuşdur ki, İlahi, Sən bilirsən ki, bizim etdiyimiz bu hərəkət, bu qiyam, verdiyimiz bu qərar hakimiyyət istəyindən ötrü deyil. Hakimiyyət istəyi bir insan üçün məqsəd ola bilməz. Bu iş dünya işlərindən ötrü də deyil; həyatın yağlı və şirinini ağzımıza çatdırıb qarnımızı matəmdən çıxarmaq, mal-mülk toplayıb sərvət yığmaq istəmirik. Bunlardan ötrü deyildi. Bəs nədən ötrü idi? O bizim istiqamətimizi təsvir edən bir neçə cümlə buyurmuşdur. İslam təbliğatının bütün dövrlərində bunlar məqsəddir: "Din bayraqlarını xalq üçün ucaldaq və meyarları onlara göstərək".
Meyarlar mühüm məsələdir. Şeytan həmişə din adamları arasında təhrifdən istifadə edir, yolu yanlış göstərir. Əgər “dini kənara qoy” deyə bilsə, deyir, zərərli təbliğat və ehtiraslar yolu ilə xalqın imanını alır. Əgər o mümkün olmasa, dinin əlamətlərini dəyişdirir. Sanki siz bir yolla hərəkət edərkən tablonun bir istiqaməti göstərdiyini görürsünüz. Halbuki xain bir əl onu dəyişdirmiş və yolu yanlış göstərmişdir.
Dostları ilə paylaş: |