Hərəkətin əvvəlindən şəhadətə qədər mütləq təslimçilik və bəndəlik
Mədinədən hərəkət etdiyi gündən Kərbəlada şəhid olduğu günə qədər İmam Hüseynin (ə) rəftarında həmin mənəviyyat, izzət və başucalığı, eyni zamanda Allah qarşısında mütləq təslimçilik və bəndəlik duyulur. Bütün mərhələlərdə belədir. Ona yüzlərlə və bəlkə minlərlə məktub yazıb "biz sənin tərəfdarlarınıq, səni sevirik, Kufə və İraqda səni gözləyirik” deyəndə də qürurlanmadı. Çıxış edib "ölüm Adəm övladı üçün gənc qızın boynundakı boyunbağıya bənzəyir” deyəndə də ölümdən danışdı. Demədi ki, belə edərik, elə edərik; düşmənlərini təhdid edib, dosltlarını Kufədə yüksək vəzifələrlə tamahlandırmadı. Etiqad, bəndəlik və təvazökarlıqla yanaşı olan müsəlman hərəkəti o zaman baş verir ki, hamı əllərini ona sarı uzadıb hörmət bildirir. Kərbəlada yüz nəfərdən az bir qrupun otuz min quldur tərəfindən mühasirəyə alındığı, canının təhdid olunduğu, əzizlərinin təhdid olunduğu, qadınların və ailəsinin əsirliklə təhdid olunduğu gün də bu Allah adamında, Allah bəndəsində və İslamın bu əzizi şəxsiyyətində zərrə qədər də iztirab müşahidə olunmadı.