Gənclərin beynindəki şübhələri çıxarmaq
Bu gün ölkənin bütün gənclərinin - qız və oğlandan tutmuş qadın və kişiyə, hətta qeyri-gənclərə qədər hamısının zehinləri açıqdır. Əgər dünən – yəni inqilabdan öncə tələbə gənclər bu xüsusiyyətə malik idilərsə, bu gün bu təkcə onlara məxsus deyil; hamı məsələlərə agah gözlə baxır və anlamaq istəyir. Bizim bugünkü cəmiyyətimizdə mədəni məsələlərin mühüm bir hissəsi onların şübhələrə məruz qalmasıdır. Yəni düşmənlər, daha doğrusu mənim və sizin fikrimizi inkar edənlər şübhə yayırlar. Məgər kim bizim fikrimizi qəbul etmirsə, lal olmalı, danışmamalı və heç bir şübhə irəli sürməməlidir?! Məgər belə bir söz demək olar?! Hər halda danışırlar, yazırlar, tərəddüdə salır və şübhələr düzəldirlər. Gərək sizin dediyiniz mətləb şübhələri aradan qaldırsın, onları artırmasın.
Bəzi insanlar bu mühüm vəzifəyə diqqət yetirmədən minbərə gedir və elə danışırlar ki, nəinki dinləyicinin beynindən bir düyünü açmır, hətta onun beynində başqa düyünlər də yaradırlar. Əgər belə bir hadisə baş versə və biz minbərdə elə bir söz desək ki, on gənc, beş gənc, yaxud hətta bir gənc din məsələsində şübhəyə düşsə, bizim söhbətimizdən sonra qalxıb getsə və biz onu tanımasaq, sonra bunu necə düzəltmək olar?! Bu düzələsidirmi?! Allah bizi bağışlayacaqmı?! Məsələ çətindir.
Dostları ilə paylaş: |