BAKI DÖVLƏT UNİVERSİTETİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR və BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİ
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR KAFEDRASI
DÜNYA İQTİSADİYYATI İXTİSASI QRUP 500 TƏLƏBƏSİ
ATAXAN HƏSƏNOVun
MÜHASİBAT UÇOTU və AUDİT FƏNNİNDƏN
FƏRDİ İŞİ
MÖVZÜ:
ƏSAS VƏSAİTLƏRİN MAHİYYƏTİ, TƏRKİBİ VƏ UÇOTUNUN APARILMASI
PLAN:
-
Əsas vəsaitlərin, mahiyyəti, tərkibi və təsnifləşdirilməsi
-
Əsas vəsaitlərin daxil olmasının uçotu
-
Əsas vəsaitlərin xaric olmasının uçotu
-
Əsas vəsaitlərin təmirinin uçotu
-
Əsas vəsaitlərin amortizasiyasının uçotu
-
İcarəyə götürülmüş əsas vəsaitlərin uçotu
MÜƏLLİM : İqtisad Elmləri Namizədi, Dosent Habil Aslanov
-
ƏSAS VƏSAİTLƏRİN MAHİYYƏTİ VƏ TƏRKİBİ
Hər bir müəssisənin təsərrüfat fəaliyyəti üçün müəyyən əsas vəsaitləri lazım olur. Yəni əsas vəsaitlərsiz təsərrüfat prosesini düşünmək olmaz. Buna görə də, müəssisənin mühasibat uçotunda əsas vəsaitlərin və onların uçota alınmasının böyük rolu var.
Əsas vəsaitlər – hər bir müəssisənin maddi-texniki əsasını təşkil etməklə qeyri dövriyyə aktivi sayılır. Əsas vəsaitin əsas xüsusiyyətləri ondadır ki, əsas vəsaitlər müəssisənin istehsal və xidmət təsərrüfat fəaliyyətində uzun müddət iştirak edir, köhnəldikcə öz dəyərini hissə-hissə istehsal olunan məhsulun dəyərinə keçiri. Bundan başqa əsas vəsaitlər istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və əlavə olaraq iqtisadi fayda verir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimata» müvafiq olaraq 1996-cı ildən sonra alman əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən olunmuşdur (milli pulun 2006-cı ildə denominasiya nisbəti ilə). Bundan başqa, inflyasiyanın sürətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz.
Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə əks etdirilir. Qeyd etmək lazımdır ki, ilkin dəyərə əsas vəsaitin alınmasına, quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğləri daxildir. Öz mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.
Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğuna görə onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu da əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununlada bağlı olaraq əsas vəsaitlərin amortizasiyası yəni başqa sözlə köhnəlməsi hesablanır.
Bunuda qeyd etmək lazımdır ki, əsas vəsaitlərin satışı və başqa yollarla xaric olunması hallarında, bu əməliyyatlar üzrə mənfəət və ya zərər müəssisənin təsərrüfat fəaliyyətlərinin nəticəsinə aid edilir.
Əsas vəsaitlərin uçotunun təşkili və əsas vəsaitlərin obyektləri haqqında dəqiq informasiyanın formalaşması üçün əsas vəsaitləri təsnifləşdirmək lazımdlır. Bildiyimiz kimi, əsas vəsaitlərdə “Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair təlimat”-da 01 №-li “Əsas vəsaitlər” hesabında uçota alınır. Bu hesabda uçota alınan əmək vasitələr
-
binalar
-
qurğular (tikintilər)
-
ötürücü qurğular
-
maşınlar və avadanlıqlar
-
nəqliyyat vasitələri
-
istehsalat alətləri və təsərrüfat avadanlıqları
-
işçi və məhsuldar heyvanlar
-
kitabxana fondu
-
sair əsas vəsaitlər
1. Binalar – Binalara müəssisənin tərkibində olan və təsərrüfat fəaliyyətinə dolayısı yol ilə təsir edən bütün binaları aid etmək olar.binalara bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər, təhsil və tədrisat binaları, teatr binaları və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar aid etmək olar.
2. Qurğular (tikintilər) – Qurğulara müəyyən texniki funksiyaları yerinə yetirən mühəndis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların hasarları, suçıxaranlar, ictimai bağlar, bağçalar və bu kimi başqa qurğular aiddir.
3. Ötürücü qurğular – Ötürücü qurğulara elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular aiddir.
4. Maşın və avadanlıqlar – Maşın və avadanlıqlara təsərrüfat prosesi üçün lazım olan bütün növ maşın və avadanlıqlar aiddir. Yəni bura güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir.Maşın və avadanlıqlarda öz tərkibində qruplaşdırılır.
Güc maşınları və avadanlıqları : bura elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir.
İş maşın və avadanlıqları : bura istehsalat prosesində mexaniki mühərriklərin əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
Ölçü cihazları : bura isə istehsalar prosesində istifadə olunan ölçü cihazları aiddir. Bu ölçü cihazlarına aşağıdakılarını misal verə bilərik: dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları.
Tənzimləyici cihazlar və qurğular : bura oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
Laboratoriya avadanlıqları : bu qrupa laboratoriyalarda istifadə olunan avadanlıqlar aid edilir. Yəni: pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları.
Hesablama texnikası : bura elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir.
Tibbi avadanlıqlar : burada təsərrüfat obyektində olan bütün tibbi avadanlıqlar aid edili. Dərmanlar, antibiotiklər, preparatlar, diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və başqa tibbi avadanlıqlar.
5. Nəqliyyat vasitələri : Nəqliyyat vasitələrinə müəssisənin təsərrüfat fəaliyyəti zamanı müəssisənin istifadə etdiyi bütün nəqliyyat vasitələri aiddir.
Bura dəmir yolu, su, avtomobil nəqliyyat vasitələri, hava nəqliyyatı vasitələri, araba nəqliyyatı, istehsalat nəqliyyatları və s. nəqliyyat növləri aiddir.
6. İstehsalat alətləri və təsərrüfat vasitələri – buraya ümumi təyinatlı əmək vəsaitləri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri, tikinti-quraşdırma işlərində material emalı üçün bütün növ qurğular və sairə aid edilir. İstehsalat alətləri və təsərrüfat vasitələri özlüyündə təsnifləşdirilir :
Alətlər : bu qrupa ümumi təyinatlı əmək vasitələri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri aid edilir.
İstehsalat inventarları və ləvazimatları : bura isə iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri, əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar və s. aiddir
Təsərrüfat invertalları : bura isə dəftərxana və təsərrüfat inventarları adı daşıyan predmetlər aiddir. Yəni müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və s.
7. İşçi və məhsuldar heyvanlar : bura adından göründüyü kimi kənd təsərrüfatı fəaliyyətinə təsir edən işçi və məhsulda heyvanlardır. Yəni İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar aiddir.
8. Kitabxana fondu : bura isə bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyat aid edilir.
9. Sair əsas vəsaitlər : bura yuxarıdakı qruplarda qeyd olunmayan bütün əsas vəsaitlər aiddir. Məsələn, mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri, uşaq oyuncaqları, xizək materialları və s.
Əsas vəsaitlər vəsait növlərinə əlavə olaraq forma etibarına görədə təsnifləşdirilir. Beləliklə əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı qruplarda təsnif olunur :
-
İstifadə olunan əsas vəsaitlər
-
Ehtiyatda olan əsas vəsaitlər
Əsas vəsaitlər üzərində mülkiyyət hüququ olması etbatilə belə təsnifləşdirilir:
-
Müəssisəni öz mülkiyyətində olan əsas vəsaitlər
-
Digər müəssisələrdən icarəyə götürülmüş əsas vəsaitlər
Əsas vəsaitlər istehsal xarakterinə görə, yəni istehsal və kommersiya xarakterlətinə görə təsnifləşdirilir. İstifadə olunma xaralteinə görə əsas vəsaitlər belə bölünür:
-
İstifadə olunan əsas vəsaitlər
-
İstifadə olunmayan əsas vəsaitlər
İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Misal olaraq, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə məbləği istehsal və ya tədavül xərclərinə keçirilir.
İstifadə olunmayan əsas vəsaitlər müəssisənin istehsal fəaliyyətində birbaşa iştirak etmir və öz dəyərini istehsal olunmuş məhsulun dəyərinə keçirmir. Buna baxmayaraq, mütləq nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Misal olaraq, maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti olduqca böyükdür.
Əsas vəsaitlər öz dəyərlərinin istehsal olunmuş hazır məhsulun dəyərinə keçirmək xaraktetikasına görə belə qruplaşdırılır:
-
Fəal xarakterli əsas vəsaitlər
-
Qeyri-fəal xarakterli əsas vəsaitlər
Fəal xarakterli əsas vəsaitlərin müəssisə fəaliyyətindəki gördüyü iş saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur.
Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir.
Mühasibatlıqda əsas vəsaitlərin uçotunun təşkilində ən mühüm məsələlərdən biri də əsas vəsaitlərin qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri onların amortizasiya hesablanmasına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur. Əsas vəsaitlər müxtəlif yollarla qiymətləndirilə bilər. Amma əksər hallarda ilkin, bərpa və qalıq dəyəri ilə qiymətləndirilir.
Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlərin ilkin dəyərini onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər, daşınma və quraşdırılma xərcləri daxildir.
Əsas vəsaitlərin ilkin dəyərinin formalaşmasında müxtəlif qaydalardan istifadə olunur:
-
Müəssisəyə başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma, yığılma və quraşdırılma xərcləri daxil edilir
-
Müəssisəyə əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndiril-məklə mədaxil olunur.
-
müəssisə yaradılarkən təsisçi tərəfindən nizamnamə kapitalının forma-laşmasına verilən əsas vəsait tərəflərin razılığı ilə təhvil-qəbul sənədi əsasında qiymətləndirilir
Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya təşkilatları ildə bir dəfə əsas vəsaitlərin bərpa qiymətlərini tənzimləyirlər. Belə olduqda, halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilir.
Əsas vəsaitlərin qalıq dəyərini müəyyən etmək üçün əsas vəsaitin ilkin vəya bərpa dəyərindən onun hesablanmış amorizasiyası çıxılır və qalan dəyər əsas vəsaitin qalıq dəyərini ifadə edir. Bu dəyər mühasibat balansında əks olunur.
Hər bir müəssisədə əsas vəsaitlərin qalığı, hərəkəti, saxlanması və maliyyə-təsərrüfat fəaliyyətindəki rolu bilavasitə mühasibat uçotu göstəriciləri əsasında əldə olunur. Bununla əlaqədar mühasibat uçotunun əsas vəsaitlərin uçotu qarşısında aşağıdakı vəzifələr durur :
-
mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması
-
əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili
-
əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət
-
aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin mühasibat uçotunda əks olunmasına nəzarət
-
əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət
-
rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı uçot göstəricilərinin və informasiyaların hazırlanması.
2.ƏSAS VƏSAİTLƏRİN DAXİL OLMASININ UÇOTU
Mühasibatlıq işində əsas vəsaitlərin daxil olmasının uçotunun aparılması müəssisənin təsərrüfat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Müəssisələrə əsas vəsaitlər şəklində yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınan, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər formasında daxil olur. Müəssisədə mövcüd olan əsas vəsaitlərin uçotu isə müəssisədə olan əsas vəsaitlərin təsnifi, qruplaşdırılması üzrə aparılır.
Müəssisədə əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Əgər əsas vəsait yeni tikilib və istifadəyə verilibsə bu zaman əsas vəsaitlər xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası tərəfindən yoxlanılır və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Dövlət komissiyasına isə yüksək səviyyəli mütəxəssislər, mühasibatçılar, təftiş komissiyasının üzvləri və digər maraqlı şəxslər daxildir. Azərbaycan Respublikasının bu sahədə qəbul etdiyi müvafiq qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş akt əsas vəsaitlərin mədaxil olunması və invertar kartı açmaq üçün mühasibatlığa təqdim olunur. İnvertar kartının açılma səbəbi müəssisədə əsas vəsaitlərin uçotlar üzrə təşkilidir. Mövcud qaydalara görə invertar kartında uçota alınan obyektin invertar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya hesablanması nömrəsi, köhnəlmə həcmi göstərilir. Əgər əsas vəsait müəssisədən çıxarılarsa bu zaman müvafiq olaraq invertar kartı uçotdan çıxarılır.
Əsas vəsaitlərin sintaktik uçotu aktiv hesab olan 01№-li “Əsas vəsaitlər” hesabında aparılır. 01№-li “Əsas vəsaitlər” hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01№-li “Əsas vəsaitlər” hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabında uçota alınmalıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu üzrə 01№-li “Əsas vəsaitlər” hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir :
-
təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməli ilə
-
müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış, yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq
-
dövlət orqanlarından maddi yardını kimi digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə
Müsəssisəyə daxil olan əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbədən daxil olması ilə əlaqədar olaraq mühasibat yazılışı aparılır.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01№-li “Əsas vəsaitlər” hesabının debetində və 75№-li “Təsisçilərlə hesablaşmalar” hesabının “Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar” subhesabının kreditində əks etdirilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəzsiz alınmış əsas vəsaitlərin mədaxili 01№-li “Əsas vəsaitlər” hesabının debetində və 87№-li “Əlavə kapital” hesabının “Əvəzsiz olaraq alınmış sərvət” subhesabının kreditində əks etdirilir. Əgər əvəzsiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87№-li hesabın əvəzinə 88№-li “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı tətbiq edilir.
Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01№-li “Əsas vəsaitlər” hesabının debeti və 08№-li “Kapital qoyuluşları” hesabının kreditinə mühasibat yazılışını verməklə mədaxil edilir.
Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08№-li “Kapital qoyuluşlar” hesabında əks olunmalıdır.
“Əsas vəsaitlər” hesabı aşağıdakı hesablarla müxabirləşdirilir :
DEBET ÜZRƏ
|
KREDİT ÜZRƏ
|
01 əsas vəsaitlər
|
01 Əsas vəsaitlər
|
03 uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər
|
06 Uzunmüddətli maliyyə qoyuluşları
|
08 kapital qoyuluşları
|
09Daxil olan icarə öhdəlikləri
|
30 qeyri-əsaslı işlər
|
47 Əsas vəsaitlərin satışı və sair xaric olmaları
|
75 Təsisçilərlə hesablaşmalar
|
58 Qısamüddətli maliyyə qoyuluşları
|
87 Əlavə kapital
|
87 Əlavə kapital
|
88 Bölüşdürülməmiş mənfəət
|
|
-
ƏSAS VƏSAİTLƏRİN MÜƏSSİSƏDƏN ÇIXMASININ UÇOTU
Əsas vəsaitlərin çıxması əməliyyatı mühasibatlıqda tez-tez rastlanan əməliyyatdır. Əsas vəsaitlər satıldıqda, ləğv edilib silindikdə, əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə, maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə, inventarlaşma nəticəsində əskikgəlmə müəyyən olunduqda, müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə müəssisədən çıxarılmış hesab olunur.
Əsas vəsaitlərin satış üçün buraxılmasında mövcud olan qaydalardan istifadə olunur. Belə halda əsas vəsaitə cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edir və vəsaiti alan müəssisə nümayəndəsindən vəkalətnamə alaraq buraxılış əməliyyatını icra edir. Əmtəə-nəqliyyat qaiməsində əsas vəsaitin adı, texniki göstəriciləri, ilkin, bərpa dəyəri, istismar dövründə hesablanmış amorti-zasiya məbləği əks olunmalıdır.
Bəzən əsas vəsaitlərdən tam istifadə etmək mümkün olmur. Bu zaman müəssisənun əsas vəsaiti ləğv etmək vəya balansdan silmək hüququ var.
Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına bax-mayaraq. onlar müəssisədən çıxan zaman onların dəyəri 01№-li “Əsas vəsaitlər” hesabından 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının debetinə silinir.
Əsas vəsaitlərin hesablaşma əsasında ödənişi aparıldıqda satışdan daxil olan pul vəsaiti üzrə 62№-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının debe-tinə və 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabının kreditinə yazılış aparılır. 51№-li “Hesablaşma hesabı”nın debetinə və 62№-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının kreditinə yazmaqla uçotu aparılır.
Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tarixli əmri ilə qəbul olunmuş “Əsas vəsaitlərin ləğv edilməsi” haqqındakı təlimata müvafiq olaraq həyata keçirilir və müəssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır :
-
əsas vəsaitlərin ilk dəyəri 47№-li “Əsas vəsaitlərin və sair xaric olmalar” hesabının debeti, 01№-li “Əsas vəsaitlər” hesabının kreditinə
-
silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabının debetinə və 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının kreditinə
-
Silinən vəsaitlərin köhnəlməsində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesablanılan məbləğ 47№-li “Əsas vəsaitlərin satışı və sair xaric olmalar” hesabının debetinə və №-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” hesabının kreditinə
-
əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən material qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10№-li “Materiallar”, 12№-li “Azqiymətli və tezköhnələn əşyalar” hesab-larının debetinə, 47№-li “Əsas vəsaitlərin satışı və sairə xaric-olmalar” hesabının kreditində əks olunur.
Bunuda qeyd etmək lazıçdı ki, hesabat dövrünün sonunda 47№-li “Əsas vəsaitlərin satışı və sairə xaric olmalar” hesabı bağlanır və həmin hesabın debet və kredit dövriyyələri arasındakı fərq müəyyənləşdirilir və 80№-li “Mənfəət və zərərlər” hesabına silinir. Debet dövriyyəsinin kredit dövriyyəsindən çox olması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edilən zərəri, kredit dövriyyəsinin debet dövriyyəsindən çox olması isə alışın mənfəətini göstərir.
-
ƏSAS VƏSAİTLƏRİN TƏMİRİNİN UÇOTU
Müəssisədə olan əsas vəsaitlərin düzgün istifadəsində onların təmiri böyül əhəmiyyət kəsb edir. Buna görədə hər bir müəssisə sahib olduğu əsas vəsaitləri cari vəya əsaslı təmir edir. Əsas vəsaitlərin əsaslı vəya cari təmir təsərrüfat üsulu podrat üsulu ilə aparılır. Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Podratçı tikinti təşkilatları tərtib olunmuş müqavilə əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesab-qaimə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərinə sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilat ilə aparılan təmir üzrə hesablaşmaların uçotu 60№-li “Malsatan podratçılarla hesablaşmalar” hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilatla hesablanan məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.
Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qrupu və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23№-li “Köməkçi istehsalat” hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir.
Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır :
-
Təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20№-li “Əsas istehsalat”, 23№-li “Köməkçi istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesablarının debetinə və 10№-li “Materiallar”, 70№-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”, 71№-li “Təhtəlhesab şəxslərlə hesablaşmalar” və s. hesabların kreditinə
-
təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20№-li “Əsas istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 26№-li “Ümumi təsərrüfat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesablarının debetinə və 60№-li “Malsatan və podratçılarla hesablaşmalar” hesabının kreditində əks olunur.
-
ƏSAS VƏSAİTLƏRİN AMORTİZASİYASININ UÇOTU
Bildiyimiz kimi, əsas vəsaitlər müəssisənin sahib olduğu bütün materiallar kimi müəyyən vaxtdan sonra həm fiziki həm də mənəvi köhnəlir.
02№-li "Əsas vəsaitlərin köhnəlməsi" hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il, 21-46 №-li əmri ilə Respublika Statistika Komitəsinin 08 iyun 1998-ci il, 8/6-36 №-li razılığı əsasında “Köhnəlmə hesablanmasının yeni metodunun tətbiqi üzrə təlimat”da mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar balanslarında olan əsas vəsaitlərin və fondların balans dəyərinə köhnəlmə hesablanmasının yeni yəni açıq metodunu tətbiq etmək müəyyənləşdirilmişdir.
Buna baxmayaraq Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 114-cü maddəsinə amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlərə dair bir sıra yeni qaydalar müəyyən edilmişdir. Bu yeni qaydalara əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir :
-
binalar, tikililər və qurğular - 7 faizədək
-
maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək
-
digər əsas vəsaitlər - 20 faizədək
-
geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək
-
qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün – 10 faiz
Bunu da qeyd etmək lazımdır ki, binalar, tikililər, qurğular üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılmalıdır.
Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.
Azərbaycan Respublikasında olan mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən amortizasiyaya məruz qalmayan digər aktivlər amortizasiya olunmur.
Mühasibat uçotunda aylıq hesablaşmanı köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabında əks olunur. 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə məbləği 02№-li “Əsas vəsaitlərin köhnəlməsi” hesabının kreditində, istehsal və tədavül xərclərini uçota alan hesabların, yəni 20№-li “Əsas istehsalat”, 23№-li “Köməkçi istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 26№-li “Ümumi təsərrüfat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesabının debetində əks etdirilir.
Bunu da qeyd etmək lazımdır ki, Tam amortizasiyaya uğramış əsas vəsaitlərin köhnəlməsi hesablanmır
02 №-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir :
DEBET ÜZRƏ
|
KREDİT ÜZRƏ
|
02 Əsas vəsaitlərin köhnəlməsi
|
02 Əsas vəsaitlərin köhnəlməsi
|
03 Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər
|
08 Kapital qoyuluşları
|
47 Əsas vəsaitlərin satışı və sair xaric olmaları
|
20 Əsas istehsalat
|
23 Köməkçi istehsalat
|
|
25 Ümumistehsalat xərcləri
|
|
26 Ümumtəsərrüfat xərcləri
|
|
29 Xidmətedici istehsalat və təsərrüfatlar
|
|
31 Gələcək dövrlərin xərcləri
|
|
43 Kommersiya xərcləri
|
|
44 Tədavül xərcləri
|
|
79 Təsərrüfatdaxili hesablaşmalar
|
|
80 Mənfəət və zərər
|
|
81 Mənfəətin istifadəsi
|
|
88 Bölüşdürülməmiş mənfəət
|
|
89 Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar
|
|
-
İCARƏYƏ GÖTÜRÜLMÜŞ ƏSAS VƏSAİTLƏRİN UÇOTU
Müəssisədə təsərrüfat prosesi zamanı bir çox hallarda digər müəssisələrdən icarəyə əsas vəsaitlər götürülür. Bu zaman əsas vəsaitlərin müəssisələrarası hərəkətinə nəzarət etmək üçün icarəyə götürülmüş əsas vəsaitlərin uçotundan istifadə olunur. İcarə dedikdə tərəflər arasında bağlanmış müqavilə əsasında, əvəzi ödənilməklə əsas vəsaitlərə müəyyən müddətə sahib olmaq və onlardan istifadə etməyin müəyyən edilməsi başa düşülür. Bunu da qeyd etmək lazımdır ki, icarəyə verənlə icarədar arasında bağlanmış müqavilədə icarəyə verilən əsas vəsaitin forması, əsas göstəriciləri. dəyəri, icarə vaxtı, icarə haqqının məbləği, tərəflərin icarəyə götürülən əmlakın təmiri və bərpa olunması ilə əlaqədar olan öhdəlikləri və s. göstərilməlidir.
Azərbaycan Respublikasında əmlakın icarəyə verilməsi qaydaları 30 aprel 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hazırda mövcud olan qanunvericiliyə görə icarənin aşağıdakı formalarından istifadə edilir:
-
nəqliyyat vasitələrinin icarəsi
-
ayrıca obyektlərin və ya komplekslərin icarəsi
-
sexlərin, istehsalatların icarəsi
Əsas vəsaiti icarəyə verən müəssisədə icarənin uçotu belə aparılır. Birincisi, Cari icarənin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara verilməsi qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra icarəyə verən əsas vəsaitin inventar kitabında qeydiyyat aparmaqla 01№-li “Əsas vəsaitlər” hesabı üzrə “Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi” subhesabını açmaqla müəssisənin daxilində aşağıdakı yazılış aparılır:
- Debet - «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabı
- Kredit 01 - «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı
Bundan anlaşılır ki, icarəyə verən müəssisə mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə hesablayır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də bu məsrəflər xərclərə aid edilmir və 80№-li «Mənfəət və zərər» hesabında əks etdirilir. Hesablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:
- Debet 80 – “Mənfəət və zərər”
- Kredit 02 – “Əsas vəsaitlərin köhnəlməsi”
Əsas vəsaiti icarəyə verən müəssisə üçün icarə haqqı həmin müəssisənin mənfəəti hesab olunur və ona görə do icarə haqqının hesablanması üçün aşağıdakı yazılış aparılır:
- Debet 76 – “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
- Kredit 80 – “Mənfəət və zərər”
Bundan əlavə mühasibatlıqda 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabından geniş istifadə olunur. 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı müəssisələr tərəfindən uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:
DEBET ÜZRƏ
|
KREDİT ÜZRƏ
|
97 icarə öhdəlikləri
|
01 Əsas vəsaitlər
|
|
02 Əsas vəsaitlərin köhnəlməsi
|
|
97 icarə öhdəlikləri
|
İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR :
-
Q. RZAYEV “Mühasibat uçotu və Audit” səh 166-187
-
V. İsayev “Mühasibat uçotunun nəzəriyyəsi”
-
http://www.azmuhasib.com/?bolme=5
-
http://www.kitab.az/cgi-bin/catlib2/item.cgi?lang=ru&item=20031126171621356
Dostları ilə paylaş: |