1913-cü ildə Nils Bor xətti spektrlərin qanunauyğunluqlarını, Rezerfordun atom nüvəsinin modelini işığın şüalanma və udulmasının kvant xarakterini ümumiləşdirərək iki postulat əsasında yeni nəzəriyyə yaratdı.
Borun I –postulatı (stasionar hallar üşün): atomların elə stasionar halları mövcuddur ki, o, həmin halda olduğu zaman enerji şüalandırmır.
Atomların stasionar hallarına uyğun stasionar orbitdə hərəkət edən elektronlar enerji şüalandırmır.
Orbitin kvantlanma şərti: Stasionar hallarda olan atomdakı dairəvi orbitlər boyunca fırlanan elektronun impuls momenti bütün kəsilməz qiymətlər deyil, yalnız bu şərti ödəyən diskret kvantlanmış qiymətlər alır:
mrn= nћ (n=1,2,3,...) , (26) burada m- elektronun kütləsi, - n-ci orbit boyunca hərəkət sürəti, rn- orbitin radiusu, ћ= ; ћ = = .
Borun II- postulatı: elektron bir stasionar orbitdən digərinə keçdikcə enerjisi bu halların enerji fərqinə bərabər işıq kvantı udar və ya buraxar:
(27)
burada, Еn və Em — şüalanmadan əvvəl və sonra atomun stasionar halının enerjisinə uyğun.
Еm<Еnili olduqda fotonun şüalanması baş verir (atomun yüksək enerji halından aşağı enerji halına keçir, yəni elektron nüvədən daha uzaq orbitdən daha yaxın orbitə keçir), Еm>Еn —olduqda isə o, udulur ( atomun yüksək enerjili hala keçməsinə uyğundur, yəni elektron nüvədən daha uzaq orbitə keçir). Kvant keçidlərinin diskret tezliklərin mümkün toplusu = (E