Atropatena (AZƏrbaycan) DÖVLƏTİ



Yüklə 169,97 Kb.
səhifə1/3
tarix09.07.2018
ölçüsü169,97 Kb.
#56153
  1   2   3

ATROPATENA (AZƏRBAYCAN)

DÖVLƏTİ
Fars - Əhəməni imperatorluğu e.ə 331 - ci ilə qədər davam etdi və həmin il böyük İskəndər bu dövlətə son qoydu. Dövlətin bütün ərazisi makedoniyalıların əlinə keçdi. Strabonun yazdığına görə, yaranmış situasiyadan yararlanan Atropat (antik müəlliflər onu belə adlandırır, əsil adı məlum deyil) adlı yerli bir feodal e.ə lV əsrin sonlarında Azərbaycanın Kürdən cənubdakı ərazilərdə tam müstəqil siyasət yeridən bir dövlət qurmağa nail olur. Antik mənbələrdə adı Atropatena, fars, erməni və Suriya mənbələrində Aturpatakan, türk və ərəb mənbələrində isə Azərbayqan və Azərbaycan kimi çəkilən və son şəkli ilə dövrümüzədək ulaşan bu dövlətin adının mənşəyi barədə bir çox fikirlər söylənilsə də, mütəxəssislər arasın-da yekdil bir fikir yoxdur. Bizə Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi ət - Təvarix” əsərində irəli sürdüyü etimilogiya daha ağlabatan görünməkdədir:

Orada olarkən bir gün O.ğuz xan əmr etdi ki, böyük bir təpə ucaltmaq üçün hər kəs özü ilə bir xərək torpaq gətirib bir yerə töksün. Öncə o özü xərəkdə torpaq gətirdi və tökdü. Bütün əsgərlər onun kimi etdilər və böyük bir təpə alındı. Ona Azərbayqan dedilər. Türkcə “Azər” uca, “bayqan” isə böyük və varlı adamlar ölkəsi deməkdir (Bu ölkə bu adla məşhurlaşdı və bu üzdən də bu gün Azərbaycan adlanır)”.

Elmi ədəbiyyatda yayğın olan bir yanlış konsepsiyaya görə, guya “Azərbaycan” adındakı “azər” hissəsi orta fars (Sasani) dilindəki “azər” (od) sözündən törəmişdir. Bu fikir həqiqətə uyğun deyil, çünki “Azərbaycan” forması ərəblərdən sonra yayğınlaşmşdır. Fars Sasanilərin dövründə isə bu toponim “Aturpatakan” formasında yazılırdı.

Xatırladaq ki, bu ada hələ e.ə. Vlll - Vll əsrlərə aid mixi yazılarda “Andripatenu” formasında rast gəlinmişdir. Odur ki, bu adın guya Atropatın adından yarandığı barədə Strabonun fərziyyəsi həqiqətdən uzaqdır.

Strabon deyir:

Midiya (Maday) iki hissədən ibarətdir. Birinə Böyük Midiya deyirlər, onun paytaxtı böyük və qüdrətli Ekbatan (Ögbatan, indiki Həmədan) şəhəridir (O, bu gün də Parfiya şahlarına paytaxt kimi xidmt edir və onların yay paytaxtıdar. Çünki Midiya soyuq ölkədir, qış paytaxtı isə Babil yaxınlığındakı Selevkiya şəhəridir).



İkinci hissə Atropaten Midiyasıdır. O öz adını ölkəsinin eynən Böyük Midiya kimi makedoniyalılardan asılı vəziyyətə düşməsinə imkan verməyən sərkərdə Atropatın adından almışdr. Həqiqətən də şah elan edilən Atropat öz iradəsi ilə bu ölkəni müstəqil etdi və bu gün də onun ailəsindən olanlar bu ölkəni irsən idarə edirlr. Onlar Ərməniyyə və Parfiya şahzadələri ilə evlənərək müstəqilliklrini davam etdirməyi bacarmışlar”.

Ümumiyyətlə, Strabon qədim yunan əfsanələrinə əsaslanaraq, bu tip fərziyyələr irəli sürməkdə usta idi. Əgər ona inansaq, Midiya adı da guya Medeyanın oğlu Medin adından yaranıb. Təbii ki, bu cür fikirlri ciddi qəbul etmək mümkün deyildir. Üstəlik də Strabondan fərqli olaraq, Polibi Atropatenanın (Azərbaycanın) hələ Əhəmənilər dövründən müstəqil siyasət yürütdüyünü bildirir. Yəni bu ölkə Atropatdan öncə də bu adla tanınırdı və onun müstəqillik qazanması heç də Atropatın adı ilə bağlı deyildi və o, sözügedən müəllifin sözlərinə görə, İsgəndərin nəzərindən kənarda qalmışdı.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş fikrə görə, Atropat hələ Əhəmənilər dövründə Kiçik Midiyanın satrapı, yəni canişini idi və İsgəndər fars – Əhəməni hakimiyyətinə son qoyduqdan sonra Atropat bu ölkəni müstəqil elan etmişdir. Üstünlük, təbii ki, Strabonun söylədiklərinə verilir. Polibiyin söylədikləri isə diqqətə alınmır. Pompey Troqun söylədiklərindən belə çıxır ki, onu Kiçik Midiyaya hakim vəzifəsinə makedoniyalılar təyin etmişlər. Lakin o, ölkənin adının Atropatın adından törədiyini söyləmir.

Hər halda fakt budur ki, Əhəməni şahlarının hakimiyyəti altında olan ölkələr sırasında bu dövlətin adına rast gəlinmir. Bu faktı həm o dövrdə Atropatena adlı ölknin hələ yaranmadığı, həm də müstəqil olduğu üçün bu siyahıya düşmədiyi kimi yozmaq olar. Ola bilsin ki, fars Kir hiylə ilə Maday (Midiya) imperatorluğunun başına keçəndə həmin ərazinin (Andripatanu – Atropatena - Azərbaycan) hakimi farslara tabe olmaq istəməmiş və Madayın bu hissəsi (Kiçik Midiya) müstəqil dövlət kimi fəaliyyət göstərmişdir. Sonralar tarixi şəraitdən, yəni İsgəndərin fars imperatorluğuna son verməsindən sonra ərazilərini bir neçə dəfə böyüdə bilmişdir.



Azərbaycan ərazisində türk dövlətçilik tarixinin kökləri 5000 il öncələrə qədər uzansa da, sırf Azərbaycan dövlətinin tarixini Atropatena dövlətinin tarix səhnəsinə çıxması dövründən (e.ə. lV əsr) hesablamaq daha doğru olar. Lakin fakt budur ki, bu dövlət özündən əvvəlki türk dövlətlərinin (Aratta, Mahan – Manna, Kimmer – İskit – Sak, Maday), ilk növbədə də Maday (Midiya) dövlətinin birbaşa varisi idi və onun zəngin ənənələri üzərində ucalmışdı. Elə bu səbəbdən də mənbələrdə o, bəzən “Kiçik Midiya” da adlandırılır. Dövlətin paytaxtı Qazax (antik mənbələrdə Qazaka) şəhəri idi. Bu şəhərin indiki Qazax rayonuna yaxın bir yerdə (Sarıtəpə ərazisində) yerləşdiyini ehtimal edirik. Lakin bu, ölkənin yay paytaxtı idi, qış paytaxtı isə Strabonun Vera kimi qeyd etdiyi Bərdə idi:

Onların yay paytaxtı düzənlikdə yerləşən Qazaka (Qazax), şimal paytaxtı isə parfiyalılara qarşı yürüş sırasında Antoninin mühasirədə saxladığı möhkəm divarlı Vera (Bərdə) qalasıdır. Antonini parfiyalılara qarşı yürüş zamanı müşayiət edən dostu Dellinin yazdığna görə, bu qala Ərməniyyəni Atropatenadan ayıran Araz çayından 2400 stadiya məsafədə yerləşir.”

Yeri gəlmişkən qeyd edək ki, X əsr ərəb müəllifi Kudama da Bərdədən Azərbaycanın paytaxtı kimi söz açmışdır. Əlbəttə, bu deyilənlər bir çoxlarına qəribə görünə bilər, çünki əski rus – sovet tarixşünaslığının cızdığı sınırlardan hələ də kənara çıxa bilməyən Azərbaycan tarixşünaslığında qəbul edilərək möhkəmlənmiş fikrə görə, guya Atropatena Arazdan cənubda mövcud olmuşdur. Əlbəttə ki, bu kökündən yanlış fikirdir. Məsələ burasındadır ki, Polibinin yazdığına görə, Atropatenanın (Azərbaycanın) bir hissəsi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanırmış:

...Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar üzərində hökm edirdi... Qərar qəbul edildikdən sonra ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Fazis, Gürcüstandakı Rioni çayı) yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz) üzərində yüksələn, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və-özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı.”

Gördüyümüz kimi, Polibi ilə Strabonun sözləri bir – birini tamamlayır. Halbuki, onlar ayrı – ayrı dövrlərdə yaşamışlar. Onlardan birincisi təqribən e.ə. 205 – 123 – cü illər arasında, ikincisi isə e.ə. l əsrin sonları – b.e. l əsri arasında yaşamışlar. Elə çıxır ki, Atropatenanın ərazisi Arazdan şimalda da geniş torpaqları əhatə etmişdir. Görünür, elə bu səbəbdən də Avropada Don Juan adı ilə tanınan, şah Abbas dövründə Azərbaycanın İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat öz kitabında Atropatenanın adını çəkərkən, Şirvan ərazisini onun sərhədləri içərisində göstərmişdir:

...Bu gün Gürcüstan adı ilə tanınan ölkə əvvəllər İberiya adlanırdı... Şərqdə o, indi Şirvan əyaləti adlanan Midiya Atropatenası ilə həmsərhəddir.”

Maraqlıdır ki, orta əsr Avropa səyyahları da əski ənənələrdən çıxış edərək, Quzey Azərbaycandan Midiya (Maday) kimi söhbət açmışlar. Məsələn, Ambrozio Kontarini, Antoni Cekinson və s. Şirvan və Muğanı Midiya kimi təsvir etmiş, Artur Eduards və Larens Çempen Şamaxını Midiyanın ən gözəl şəhəri kimi vəsf etmişdilər. Görünür, Manna kimi Midiya da, iddia edilənin əksinə olaraq, müəyyən dövrlərdə Güney Azərbaycanla yanaşı Quzey Azərbaycan ərazilərini də əhatə etmiş və Maday (Midiya) dövləti iki yerə parçalanarkən bu ərazilər Atropatenanın tərkibinə keçmişdir.

Sasanilər dövrünə aid, müəllifi bilinmyən, şərti olaraq “İran şəhərləri” adlandırılan bir əsərdə Əfrasiyabın (Alp Ər Tonqanın) Gəncə şəhərinin əsasını qoyması qeyd edilir və bu şəhərin Aturpatakanda (Atropatenada), yəni Azərbaycanda yerləşdiyi qeyd edilir. Erməni (hay) tarixçisi Favst Buzand da Gəncədən (Qandzak) “Aturpatakan” şəhəri kimi söz açır. Eyni zamanda, Dərbənd qalasnda Sasanilər dövründə orta fars dilində qeyd edilmiş bir yazıdan isə belə anlaşılır ki, həmin dövrdə Dərbənd bu ölkənin şimal – şərq sərhədini təşkil etmişdir. Yəni Albaniya ərazisi də “Aturpatakan” (Atropatena, Azərbaycan) anlayışına daxil olmuşdur. Söhbət Vl əsrə aid edilən yazılardan gedir.

Dərbənd qalası üzərində qeyd edilmiş bu yazılar barədə ilk dəfə I Pyotr dövründə Dmitri Kantemir məlumat vermişdir. 1928 – ci ilə qədər 20 belə yazı aşkar edilmişdir. Onlar 1929 – cu ildə Y.A. Paxomova tərəfindən nəşr edilmişdir. Onları oxuyan Q. S. Niberq belə bir informasiyaya rast gəlmişdir:

Buranı və buradan yuxarı hissəni Aturpatakan amakarı (canişini) yerinə yetirmişdir,”

Atropatenanın yarandığı andan Araz çayının hər iki tərəfini, yəni həm Şimali, həm də Cənubi Azərbaycan ərazilərini əhatə etdiyini 1982 – ci ildə Moskvada işıq üzü görmüş “Qədim dünya tarixi” (История древнего мира. Расцвет древних обществ) kitabında yazılanlar da təsdiqləməkdədir.

Son 200 ildə, xüsusən də sovet dövründə rus siyasətçilərinin Güney Qafqazı və Rusiyanın ən azı Avropa hissəsini türklərdən və müsəlmanlardan təmizləməyi və bu əraziləri xristianlaşdırmağı hədəfləyən gizli geosiyasi məqsədlərinə uyğun bir şəkildə tarixi məqsədyönlü şəkildə təhrif etməklə məşğul olan rus tarixçilərinin Atropatenanı Arazdan cənubda göstərməsinin əsas səbəblərindən biri Azərbaycan əraziləri hesabına rusların dəstəyi ilə qurulan qondarma xristian Ermənistan və Gürcüstan “dövlət”lərinin mövcudluğu üçün “elmi” (ideoloji) zəmin yaratmaq idi. Elə bu məqsədlə də türklərin köçəri olduqları və Güney Qafqaza çox – çox sonralar kənardan gəldikləri barədə yalançı konsepsiyalar dövriyyəyə buraxılmışdı. Bu konsepsiyalara qarşı çıxanlar təqib və təzyiqlərə məruz qalır, bir çox hallarda isə “pantürkist” adı ilə damğalanaraq həbsə atlır və məhv edilirdi. Buna paralel olaraq Ermənistan və Gürcüstandan, o cümlədən hələ də əhalisinin böyük əksəriyyətini türklərin təşkil etdiyi İrəvan və Tiflisdən türklərin Orta Asiyaya kütləvi surətdə köçürülməsi gerçəkləşdirilirdi.

Bu proses əslən gürcü olan Stalinin hakimiyyəti dövründə xüsusi amansızlqla həyata keçirilirdi. Bu tiran Hitlerə yazdğı və bu yaxınlarda üzə çıxan gizli məktubunda bildirirdi ki, onun məqsədi təkcə Qafqazı deyil, eləcə də Türkiyəni türklərdən təmizləmək və bütün türkləri Orta Asiyaya göndərməkdir. Məhz onun dövründə Krım tatar türklərindən, Quzey Qafqaz isə qaraçay – balkar türklərindən, eləcə də müsəlman çeçenlərdən təmizlənmiş və bu xalqlar toplu halında Orta Asiyaya sürgün edilmişdilər.

Eyni konsepsiya İranda da həmişə akual olub. Fars şovinisləri də həmişə iddia ediblər ki, guya “Azərbaycan” adı İranın şimal – qərb bölgələrinin adıdır və Şimali Azərbaycana heç bir dəxli yoxdur.

Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə (Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda yerləşdiyini söyləmişlər, o zaman Kür – Araz ovalığının “Ermənistan” olduğu heç bir şübhə oyatmayacaqdır. Buna paralel olaraq erməni (hay) tarixçilərinə (M. Çamçayan, M. Kanayan, M. Barxudaryan, Y. Manandyan, Q. Kapantsyan, S. Yeremyan, B. Ulubabayan, A. Mnatsakanyan, A. Xaçatryan, Ş. Smbatyan, A. Akopyan, N. Adonts, S. Ter - Avatesyan və s.) sözügedən ərazilərin guya “Ermənistan” olduğunu “sübut” etmək üçün yaşıl işıq yandırıldı. Bu işdə onlara rus almləri də (N. Piqulevskaya, K. Trever və s.) əllərindən gələn köməyi edirdilər. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Atropatenanın (Azərbaycanın) paytaxtının adının Qazax olması türk – qıpçaq soyunun bu torpaqlarda ən qədim zamanlardan oynadıqları möhtəşəm rolun göstəricisidir. Qədim qıpçaq soylarından olan qazaxların adı əski mənbələrdə bəzən sarmatların bir qolu (Sarmat – kezeklər) kimi, bəzən isə müstəqil bir türk boyu (kasoq) kimi çəkilir. İndiki Qazaxıstanın əsas yerli türk əhalisi, yəni qazaxlar, eləcə də XVlll əsrdən etibarən slavyanlaşaraq ruslaşan, fəqət özlərinin türksoylu olduqlarını günümüzədək unutmayan kazaklar bu qədim boyun birbaşa davamıdır. Qiyasəddin Qeybullayevin əski mənbələrə istinadən yazdığına görə, Albaniyanın (Aranın) Girdman vilayətinin ilk sakinləri albanlar, saklar, kəngərlər və qazaxlar olmuşlar. Alim bildirir ki, bu bölgədə Qazax şəhərinin olduğu da mənbələrdən məlumdur.

Məlumat üçün bildirək ki, hələ sovet dövründə Qazax rayonu ərazisində aparılmış qazıntılar zamanı qədim Qazaka (Qazax) şəhərinin, yəni Atropatenanın paytaxtının qalıqları (saray və sütun altlıqları) tapılmışdı.

Ümumiyyətlə, ölkə əhalisinin əsasını türkdilli kuti (oğuz), iskit (işquz, İç oğuz), sak, maday, sarmat, kuman, subar və digər soy və boyların nəsillərinin davamı olan türklər təşkil edirdi. Aparıcı etnos isə o dövrün mənbələrində, yəni antik qaynaqlarda “uksi” kimi qeyd edilmiş oğuzlar idi. İqrar Əliyev özünün “Midiya tarixi” kitabında uksilərin oğuzlar olduqlarını qeyd etməsə də, Atopatenanın əsas əhalisinin bir hissəsinin uksilər olduğunu vurğulamışdır. Eyni müəllif Atropatena əhalisinin guya əsasən irandilli olduğu bardə söylənilən fikirlərin əsassız olduğunu da qeyd etmişdir. X əsr ərəb müəllifi Əl – İstəhri də Xəzərin qərbində yerləşən düzənlikdə, yəni Azərbaycanda oğuzların (ğuzların) yaşadığını yazmışdır.

Antik müəlliflərin məlumatlarından çıxış edən İqrar Əliyev Atropatenanın əsas etnuk qruplarından söz açarkən, uksulərlə (oğuzlarla) yanaşı kərkilərin (karklar) də adını çəkmişdir. Azərbaycan toponimikasında özlərini əbədiləşdirən kərkilərin adına Naxçıvandakı Kərki , Qazax rayonu ərazisindəki Kərki – Başlı, Qarabağ ərazisindəki Kərki - Cahan kəndlərinin və s. adlarında rast gəlirik. Türkdilli kərkilər türkmənlərin və özbəklərin də içərisində qeydə alınmışdır. Bu barədə N.Aristov özünün “Türk tayfa və xalqlarının etnik tərkibi və sayı barədə qeydlər” və S.Şaniyazov özünün “Özbəklərin etnik tarixi barədə” adlı əsərlərində məlumat verməkdədirlər.

Bir sözlə, Atropatena bir türk ölkəsi, bir türk vətəni idi. Təsadüfi deyil ki, professor Helmoltun ümumi redaktəsi altında 120 tarixçi alimin birgə yazdığı "Ümumi bəşəriyyət tarixi" əsərinin II cildində, Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir:



"Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır."

Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin Vll əsdə qələmə aldığı "Xəbərlər"əsərində yazılır ki, xəlifə I Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır. 1126 - cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir. Bununla belə, Strabonun yazdqlarından belə anlaşılır ki, Atropatenanı (Azərbaycanı) Böyük Midiyadan ayıran və onu əhatələyən dağlarda irandilli kürdlər, təbərilər və amardlar da yaşayırdılar:

Bu ölkənin (Atropatenanın) bütün bölgələri məhsuldardır, şimal dağlıq əraziləri isə soyuq və sərtdir. Burada dağlı tayfalar – kaduslar (mütəxəssislər bu xalqı talışların ulu babası hesab etsə də, bunu sübut etmək üçün heç bir ciddi dəlil gətirə bilmirlər), amardlar, tapirlər (təbərilər, mazandaranlıların əcdadları), kirtlər (kürdlər) və digər avara və quldur xalqlar yaşayır. Onlar Zaqr və Nifatu dağlarında məskundurlar: kirtlər və amardlar Persidada (axı, amardlar həm də bu adı daşıyırlar), eləcə də bugünə qədər Ərməniyyədə də (Van gölü və ərafı) vardırlar. Bu insanların hamısı xarici görkəmcə eynidirlər.”

Gördüyümüz kimi, Atropatenanın sərhədlərindəki dağlarda mədəni səviyyəsi çox aşağı olan yarıvəhşi, Strabonun dili ilə desək, “avara” və “quldur” irandilli xalqlar da yaşayırdılar. Onlar azsaylı idilər və ictimai – siyasi həyatda heç bir önəmli rola sahib deyildilər.

Talış, kürd və bu gün tat adı ilə tanıdığımız amardlar (parslar) günümüzədək Azərbaycanda, yüzillər öncə olduğu kimi, yenə də dağlıq və dağ- ətəyi ərazilərdə yaşamlarını davam etdirirlər. Onların içərisində mazandaranlıların əcdadı olan təbərilərin (tapirlərin) də qeyd edilməsi sübut edir ki, Strabonun dövründə Atropatenanın sərhədləri Mazandarana (əski Təbəristan) qədər uzanırdı. Bu isə o deməkdir ki, Gilan bütünlüklə ölkəmizin sınırları içində idi (Gilan ərazisi 1945 – 1946 –cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş Azərbaycan Demokratik Respublikasının da tərkibində idi). Bu fikri İbn Hövqəlin cızdığı Xəzər dənizinin xəritəsi də təsdiq edir. Bu xəritədə Dağastanın böyük hissəsi, o cümlədən Dərbənd və Gilan da daxil olmaqla, Xəzərin şərq və cənub – şərq sahil zolağı Azərbaycana aid edilmişdir.

Mənbələr kaspi və maqlardan (maq, mik, muğ) da Atropatena sakinləri kimi danışmaqdadır. Bunlardan birincisi, heç şübhəsiz ki, türk idi. Maqların da türk olduğunu söyləyən tədqiqatçılar az deyil. Fəqət bu, hələ tam sübut olunmamışdır. Maqların atəşpərəst olduğunu təsdiq edən təkzibedilməz sənədlər var.

İrandillilərin Manna və Midiya, yəni Azərbaycan və bugünkü İran ərazisinə e.ə. X-lX və sonrakı əsrlərdə gəldiklərini tam əminliklə söyləmək olar. Bu məsələ tədqiqatçıları daim maraqlandırmış və bir çoxları kimmer, iskit, sak və madayları irandilli hesab etdiklərindən onların adının mixi yazlarda ilk dəfə peyda olduğu e.ə. lX – Vlll əsrləri irandillilərin sözügedən ərazidə peyda olma tarixi kimi qəbul etmişlər. Belə bir fikir formalaşmışdır ki, guya irandilli xalqlar indiki İranın şimal – qərb rayonlarına, eləcə də Azərbaycan ərazisinə e.ə. lX əsrdə indiki Rusiya ərazisindən, daha dəqiq desək, Quzey Qafqzdan gəlmişlər. Bu halda ilk növbədə kimmer – iskit – saklar nəzərdə tutulur. Biz isə adı çəkilən xalqların türksoylu olduqlarnı və türksoyluların sözügedən bölgələrin aborigenləri olduqlarını dəqiq bilirik. Eləcə də onu da bilirik ki, qısa və girdə başlı irandillilərdən fərqli olaraq həm kimmerlər, həm iskit və saklar, həm də madaylar, eləcə də onların sələfləri kuti, turuk, subar və kuman uzun başa sahib kaspi (oğuz) irqinə mənsub idilər. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qısa, girdə başlı və gödək boylu irandillilər bu ərazilərə e.ə. lX – Vlll əslərdən gəlmişlər. Elə həmin əsrlərdən də mənbələrdə parsua (fars) və kirt (kürd) etnonimləri peyda olmuşdur. Daha sonrakı mənbələrdə isə tiberlər (təbərilər, mazandaranlıların əcdadları), amardlar, anariaklar (Strabon onları da pars, yəni fars adlandırır) və kadusilərin (talışların əcdadları?) də adına da rast gəlirik.

İrandillilərin Azərbaycan və indiki İran ərazisinə gəlmə tarixlərinin müəyyən edilməsi məsələsi barədə bir çox Avropa və rus alimləri fikir söyləmişlər. Bu baxımdan F. Şpigel, Y. Praşek, F. Köniq, V. Hinz, E. Meyer, C. Kameron, İ. Dyakonov, İ. Əliyev, E. Qrantovski, M. Dandamayev, V. Abayev, V. Lukonin və başqalarını göstərmək olar.

XX əsrin ortalarına qədər alimlrin bir çoxu, o cümlədən E. Meyer, C.Kameron, İ. Dyakonov və İ. Əliyev belə hesab edirdilər ki, irandillilərin ata yurdu Mərkəzi Asiya və ona bitişik ərazilər olmuşdur və e.ə. lX – Vlll əsrlərdə onların Midiya ərazisinə axını başlamışdır. F. Köniq və V. Abayev isə irandillilərin ata yurdlarını Cənubi Rus düzənliyində (Dəşti – Qıpçaq) axtarmaq lazım olduğunu söyləmiş və onlarn indiki İran ərazisinə şimaldan gəldiklərini iddia etmişlər. Onlar öz fikirlərini R. Qrişmann apardığı arxeoloji qazıntıların nəticələri ilə əsaslandrmağa çalışmışlar.

Bütün bu fikirləri təhlil edən və deyilənləri mixi yazılarn məlumatları ilə tutuşduran E. Qrantovski bildirmişdir ki, Qafqaz nəzəriyyəsi Mərkəzi Asiya nəzəriyyəsinə nisbətən daha inandırıcı görünsə də, bu nəzəriyyəni hələlik sübut edilmiş hesab etmək mümkün deyildir. Onun fikrincə, e. ə. lX – Vlll əsrlərdə Qərbi İran, o cümlədən Midiya ərazisində peyda olan irandilli tayfalar bu ərazilərin həyatında indiyə qədər düşünüldüyündən daha fəal rol oynamışlar.

Öncələr Qrantovskiyə müxalif mövqedən çıxış edən İ. Dyakonov və İ.Əliyev sonralar bu alimin irandillilərin Midiya və İran ərazilərinə gəlmə tarixlərini daha doğru dəqiqləşdirdiyini etiraf etmiş və bunun e.ə. lX əsrdən gec baş vermədiyi fikrinə şərik çıxmışlar. Alimlərin bu fikirdə həmrəy olmalarının əsas səbəbi aşşur mixi yazılarında söylənilənlərdir.

Farsların (pars, pers) adına mixi yazılarda ilk dəfə Aşşur şahı lll Salmanasarın e.ə. 843 – cü ildə tərtib edildiyi edildiyi hesab edilən kitabəsində rast gəlinməkdədir. Daha doğrusu, həmin kitabədə Parsua vilayətinin adı çəkilir. M. Dandamayev və V. Lukonin “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” adlı kitabda yazırlar:

843 – cü ildə bu əyalətin “27 çarı”ndan vergi almışlar. Yaxın zamanlara qədər alimlər belə hesab edirdilər ki, Parsua Urmiya gölü yaxınlğında yerləşirdi. Lakin mütəxəssislərin – arxeoloq və tarixçilərin yekdil fikrinə görə, Parsuada fars (pars, pers) tayfaları yaşayırdılar və əyalət də öz adını onların adından almışdır. Farslar hələ birləşməmişdilər və başlarında duran və bir – biri ilə əlaqəsi olmayan ayrı - ayrı tayfa başçıları tərəfindən idarə edilirdilər. Bir qədər sonra isə, yəni e.ə. Vlll əsrin sonlarında aşşur mətnlərində indiki Süleymaniyyədən şərqdə, yəni Elamdan şimal – qərbdə Parsuamaş adlı əyalətin adı peyda oldu. Belə düşünülür ki, təqribən e.ə. 800 – cü ildə farslar midiyalılardan aralanaraq, uratuluların və mannalıların təzyiqləri nəticəsində cənuba – Zaqros dağları vadisinə, daha sonra isə tədricən cənub – şərqə hərəkət etməyə məcbur olmuşlar. E.ə. 714 cü ildə onlar artıq Aşşur şahı ll Sarqonun təbəələri kimi yad edilmişlər. Farslar tədricən İranın cənub – qərbindəki Elam ərazisində məskunlaşdılar və bu ərazi gəlmələrin adı ilə Parsuamaş (...qədim fars mnmələrində Parsa, yunan müəlliflərində Persida, hazırki Fars ostanı) adlandırılmağa başlandı.”

Yuxarıda Strabondan gətirdiyimiz sitat bu deyilənləri təsdiqləməklə yanaşı, əslində farsların, daha doğrusu irandillilərin heç də hamısının Elam (Parsuamaş) ərazisinə köçmədiklərini, onların bir qisminin (kürd və amardların) Manna ərazisində, daha dəqiq desək, Mannann Parsua (İran və İraq Kürdüstanları, eləcə də Cənub - Şərqi Anadolu, yəni əski Urartu – Ərməniyyə) əyalətində qaldıqlarını göstərir. Bu ərazi sonralar Midiya imperatorluğuna daxil olmuş, Midiyanın iki hissəyə parçalanmasından sonra əksər hissəsi Böyük Midiyanın, kiçik hissəsi isə Atropatenanın (Azərbaycan) tərkibində qalmışdı. Bu isə o deməkdir ki, Azərbaycan dövləti tarix səhnəsinə çıxanda Kürdüstanın bir qismi onun tərkibində olub. Sonralar, Ərməniyyənin Azərbaycanın tərkibinə keçməsindən sonra Van gölü və ətrafı da bu ərazilərə qatılmışdır.

Strabon Araz çayının Atropatenanı Ərməniyyədən (Armeniya, əski Urartu ərazisi) ayırdığını , Kür çayının isə Albaniyanın cənub və qərb sərhədini təşkil etdiyini qeyd edir. Əlbəttə ki, bu halda söhbət Araz çayının şimaldan cənuba doğru axdığı hissəsi, yəni Qərbi Azərbaycan (indiki qondarma Ermənistan) və Naxçıvanla Türkiyə arasından axan hissəsi nəzərdə tutulur. Bu is o deməkdir ki, həm Naxçıvan, həm də Qərbi Azərbaycan, yəni bugünkü qondarma “Ermənistan” ərazisi Azərbaycanın (Atropatenanın) tərkibində idi. Bunu ərəb mənbələri də təsdiq edir. Məsələn, Yaqut əl – Həməvi Naxçıvanla bağlı bunları yazmışdır:

Naşava (Naxçıvan) Azəbaycandadır, bəziləri belə hesab edir, Ərməniyyənin yaxınlığında, Aranda yerləşir”.

Övliya Çələbi isə öz “Səyahətnamə”sində yazır:

...Naxçvan Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xan çoxlu əsgərə sahibdir. Bu şəhəri qədim zamanlarda Əfrasiyab şah tikdirmişdir ki, indi də əcdadlarınn dəfn olunduğu yer açq – aşkar görünür”.

Ərməniyyənin yerləşdiyi Van gölü hövzəsi ilə Azərbaycanın həmsərhəd olduğunu X. F. Linç də təsdiqləməkdədir:

Van gölü hövzəsi ilə Azərbaycan arasında keçən sərhəd xətti dağlıq yerlərdən çox, sözün əsl mənasında, təpəlik yerlrdən keçir.

Strabonun sözlərindən belə aydın olur ki, Sakasena (əski Zikertu) adlanan Kür – Araz ovalığı, deməli, həm də o cümlədən Gəncə şəhəri Azərbaycanın (Atropatenanın) tərkib hissəsi idi və Kür çayı onu Albaniyadan ayırırdı. Əlbəttə, Makedoniyalı İskəndərin və sələflərinin dövründə hələ Albaniya meydana çıxmamışdı və həmin ərazi Strabonun dövründə belə adlandığı üçün o da bu adı işlətmişdir. Həmin dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında hələ də massagetlər hakim idi və yenə də, fars – Əhəməni şahı Kirin dövründə olduğu kimi, başlarında başqa bir qadın hökmdar dururdu.

Strabonun yazdıqlarından belə görünür ki, müəyyən dövrlərdə Atropatenanın bir hissəsi, o cümlədən onun indiki Gürcüstanın qərbini əhatə edən və Qara dənizə çıxışı olan torpaqları Ərməniyyə tərəfindən işğal edilmişdi. Bu işğallar Artaşes və oğlu ll Tiqran dövründə baş vermişdi və nəticədə Atropatenadan işğal edilən torpaqlar hesabına Ərməniyyə Albaniya ilə həmsərhəd olmuşdu:

Daha sonra söyləyirlər ki, əvvəllər balaca bir ölkə olan Ərməniyyə Artaksiy (Artaşes) və Zariadriyanın apardıqları müharibələr sayəsində genişlənmişdir. Onlar öncələr Böyük Antioxun (makedoniyalı şahlardan biri) sərkərdələri idilər və onun məğlub olmasından sonra şah oldular ( birincisi Sofenanın, Akisenanın, Odomantidanın və digər ərazilərin, digəri isə Artaksat ətrafının). Onlar qonşularının torpaqlarını zəbt edərək öz ərazilərini birlikdə genişləndirdilr. Belə ki, midiyalılardan Kaspiananı (indiki Gürcüstan ərazisindəki Kaspiana nəzərdə tutulur, bunu F. Ağasıoğlu sübut etmişdir), Favnitidadan Bosorpedanı, iberlərdən Pariadr dağının ətəklərini, Xoreznanı və Kür çayının o biri tərəfində yerləşən Qoqarenanı, xaliblərdən və mosineklərdən Karenitidanı və kiçik Ərməniyyə ilə həmsərhəd və onun tərkib hissəsi olan Kserksenanı, kataonlardan Akilisenanı və Antitavr ətrafında olan əyaləti, suriyalılardan Taronitidanı (əski oğuz yurdlarından biri kimi məşhur ölkə) qopardılar və bu üzdən də indi bütün bu ərazilərdə eyni dildə danışılır.”

Yuxarıda Starbondan gətirdiyimiz sitatda adları çəkilən və “bir dildə” danışdıqları qeyd edilən Ön Asiya xalqları içərisində kataonların, yəni xotənlərin də adının çəkilməsi böyük maraq çəkməkdədir. Belə görünür ki, bir hissəsi sakların tərkibində hələ eradan çox – çox öncəlr Hindistana, oradan Şərqi Türküstana (Xotənə), daha sonra isə indiki Monqolustan ərazisinə mühacirət edən və hazırda Monqolustanda yaşamaqda olan xotənlərin bir qismi əski yurdlarında qalmışdı. Onlar haqqında ilk məlumatı verən antik müəlliflərdən Hekatey olmuşdur.

Həmin dövrdə bu gün “erməni” kimi tanıdığımız haylar, ola bilsin ki, hələ Ərməniyyə ərazisinə gəlməmişdilər. Urartulular isə tarixin arxivinə mal olmuşdular. Görəsən, həmin dövrdə bütün bu ərazilərdə xalqlararası ortaq ünsiyyət vasitəsi kimi danışılan “eyni dil” hansı olmuşdur? Bir qədər sonra qüdrətli Parfiya dövləti haqqında məlumat verərkən görəcəyik ki, bu dövlətin rəsmi dili sak, yəni türk dili idi.

Qeyd edək ki, işğalların ən intensivləşdiyi dövrlər eramızın l əsrinə, yəni Armeniya çarları Artaşesin və onun oğlu Tiqranın hakimiyyəti illərinə təsadüf etmişdir. Strabon davam edir:

Artaksinin (Artaşesin) varisi Ərməniyyə üzərində gerçək hakimiyyət quran Tiqran idi. Bu ölkənin Midiya, Albaniya və İberiya ilə Kolxida və Evksin Pontundakı Kappodokiyaya qədər sərhəddi var. (Tiqran)... Atropatena və Qordiana (Kürdüsan) hökmdarlarını ram edib, Messopatamiyanın qalan hissəsini də fəth etdi.”

Bu məlumatdan göründüyü kimi, Tiqranın dövlətinin sərhədlrinin guya Xəzər dənizinə çatması barədə çağdaş erməni (hay) tarixçilərinin yazdıqları nağıldan başqa bir şey deyildir. Bununla belə həm Artaşesin, həm də Tiqranın böyük ərazilər işğal etdiyi şübhəsizdir.

Bunlardan birincisi Azərbaycanın Göyçə gölünə qədər olan torpaqlarını zəbt etmiş və hətta zəbt etdiyi torpaqlaraın sərhədlərinə xüsusi sərhəd daşları da basdırmışdı ki, onlardan ikisi dövrümüzədək ulaşmışdır və hazırda Rusiya muzeylərindən birində qorunan həmin daşların üzərindəki yazılar arami əlifbası ilə qeyd edilmişdir. Və o yazıların dili Aralıq, Qara və Xəzər dənizləri arasında danışılan ümumi dilin hansı dil olduğuna işıq tutur.

Böyük bir bölgədə bir çox xalqların danışdıqları dilin müəyyən edilməsi sahəsində görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik, misilsiz bir kəşfinin böyük rol oynadığını xüsusi qeyd etməliyik. Söhbət Ərməniyyə məliyi l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasından gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Parfiyanın vassalı qismində Ərməniyyənin məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında (Arazın qərb sahilində, indiki Türkiyə ərazisində) Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur. Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ərməniyyəlilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər.

Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin “səylərinə” baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Artaxşsi) və sonrakı "məlik" (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami əlifbası ilə yazıldığı müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləşdirilsə də, alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni (hay) dilində olmadığı qənaətinə gəlmişdilər. Bu yazının dilinin urartu və sami dillərilə də heç bir bağlılığı yox idi. Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:


Yüklə 169,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin