190. Maykl Meskon menecmentdə neçə funksiya olduğunu iddia edir?
A)) Dörd funksiya;
B) Beş funksiya;
C) Üç funksiya;
D) Yeddi funksiya;
E) İki funksiya.
191. Menecmentə hansı yanaşma təşkilatı açıq sistem hesab edir?
A)) Sistem kimi yanaşma;
B) Proses kimi yanaşma;
C) Situasiya mövqeyindən yanaşma;
D) İdarəetmə məktəblərinin fərqləndirilməsi mövqeyindən yanaşma;
E) Model kimi yanaşma.
192. Menecmentə situasiya mövqeyindən yanaşmanın irəli sürdüyü əsas konsep-siyahansıdır?
A)) Təşkilatın məqsədlərinə daha səmərəli nail olmaq üçün konkret üsul və konsepsiyaları müəyyən konkret situasiya ilə uzlaşdırmaq lazımdır;
B) Menecmentə müxtəlif funksiyalardan ibarət olan bir proses kimi baxmaq lazımdır;
C) Menecment planlaşdırma, təşkiletmə, motivasiya və nəzarətdən ibarətdir;
D) Təşkilat bir neçə qarşılıqlı əlaqəli alt sistemlərdən ibarət olan və çoxsaylı əlaqələrlə xarici mühitə bağlanmış mürəkkəb açıq sistemdir;
E) Bütün təşkilatlar öz məqsədlərinə çatmaq üçün quruluş yaratmalıdırlar.
193. Təşkilatda idarəetmə səviyyələrinin yaranması hansı əmək bölgüsünün nəticəsidir?
A)) Şaquli əmək bölgüsünün;
B) Üfiqi əmək bölgüsünün;
C) İxtisaslaşdırılmış əmək bölgüsünün;
D) Bölmələrarası əmək bölgüsünün;
E) İerarxik əmək bölgüsünün
Dostları ilə paylaş: |