101. Biznes təşkilatlarında hansı idarəetmə səviyyələri mövcuddur?
A) 1. Ali idarəetmə səviyyəsi. 2. Orta idarəetmə səviyyəsi. 3. Aşağı idarəetmə səviyyəsi;
B) Texniki səviyyə. 2. Nəzarət səviyyəsi. 3. İqtisadi səviyyə;
C) 1. Siyasi səviyyə. 2. İqtisadi səviyyə. 3. Nəzəri səviyyə;
D) 1. Ali səviyyə. 2. Texniki səviyyə. 3. Aşağı səviyyə;
E) 1. Orta idarəetmə səviyyəsi. 2. Ali idarəetmə səviyyəsi. 3. Siyasi idarəetmə səviyyəsi.
102. Biznes təşkilatlarında Ali idarəetmə səviyyəsi rəhbərlərinin işinin məzmunu nədən ibarətdir?
A)) Bütövlükdə təşkilatın və onun ayrı–ayrı iri bölmələrinin miqyasında qərar qəbul etmək səlahiyyətinə malikdir və onların fəaliyyət nəticələrinə görə məsuliyyət daşıyır;
B) İşçilərin işə çıxmasına ciddi nəzarət edir və onların mükafatlandırılmasına diqqət ayırır;
C) Gündəlik istehsalat təpşırıqlarının yerinə yetirilməsinə nəzarət edir;
D) Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edir;
E) Əmək haqqı fondunun xərclənməsinə nəzarət edir.
103. Biznes təşkilatlarının müvəffəqiyyətinin tərkib elementləri hansılardır?
A)) Mövcud olmaq, nəticəlilik, səmərəlilik, məhsuldarlıq, qərarların praktikada reallaşması.
B) Mövcud olmaq, çoxlu məhsul satmaq, çoxlu mənfəət əldə etmək, keyfiyyətli məhsullar yaratmaq, yeni texnologiya tətbiq etmək;
C) Mövcud olmaq, yeni məhsul istehsal etmək, məhsulların keyfiyyətini yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, hər şeyə qənaət etmək;
D) Məhsulun maya dəyərini aşağı salmaq, kütləvi istehsala üstünlük vermək, istehsalın həcmini artırmaq, kreditə məhsul satmaq, kredit almaq;
E) Mövcud olmaq, rəqabət mübarizəsinə girişmək, aşağı xərclər strategiyasıseçmək, xarici mühitə fikir vermək, əmək haqqı fonduna qənaət etmək;
104. Təşkilatın ümumi xarakteristikalarına aid deyil?
A) Təşkilatın strategiyası;
B) Ehtiyatların mövcudluğu;
C) Xarici mühitdən asılılıq;
D) Üfüqi əmək bölgüsü;
E) İdarəetmənin zəruriliyi.
105. Sahibkarlıq fəaliyyəti nədir?
A) Nəticəsi iqtisadi fayda, şəxsi məmnuniyyət, yaxud sosial fayda olan, riskə əsaslanan təşəbbüskarlıq fəaliyyətidir;
B) Nəticəsi böyük məbləğdə kapitala çevrilən qərardır;
C) Pul qazanmaq üçün həyata keçirilən fəaliyyətdir;
D) Nəticəsi cəmiyyətin inkişafına səbəb olan fəaliyyətdir;
E) İqtisadi fəaliyyətdir.
106. Fəaliyyətin mahiyyəti baxımından menecment nədir?
A)) Qrupun məqsədinin müəyyən edilməsi və həmin qrup üzvlərinin biliyini, peşə vərdişlərini, qabiliyyətini və davranış manerasını istifadə etməklə müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin edən peşə növüdür;
B) Qrup üzvlərinin davranışını, proseduralar və normalarla təmin edən, hakimiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyətdir;
C) Qrup düşüncəsinə əsaslanan və münaqişəli situasiyalarda qeyri–formal kommunikasiyanı inkişaf etdirən fəaliyyətdir;
D) Nəticəsi iqtisadi yaxud sosial fayda olan, təşəbbüsə əsaslanan fəaliyyətdir;
E) Təşkilati mədəniyyəti istifadə etməklə qrupun fəaliyyətini tənzimləyən fəaliyyətdir.
107. Konkret yanaşmaya görə menecment nədir?
A) Təşkilatın fəaliyyətinin istənilən istiqaməti üzrə və bütövlükdə təşkilat üzrə real strateji və taktiki məqsədlərin müəyyən edilməsini və təşkilatın resurslarından səmərəli istifadə etməklə bu məqsədlərə nail olunmasını təmin edən, peşəkarcasına həyata keçirilən müstəqil fəaliyyət növüdür;
B) Təşkilatın məqsədlərini və missiyasını müəyyən edən, idarəetmə səviyyələrinintəsnifatını verən müstəqil fəaliyyətdir
C) Təşkilatın daxilində xaricində baş verən hadisələri nəzərə almaqla fəaliyyətdə ciddi təshihatların aparılmasını təmin edən, müstəqil peşə növüdür;
D)Təşkilatın idarə olunmasıdır;
E) Menecment səmərəli kommunikasiyanın tətbiqini nəzərdə tutan və təşkilatın məqsədlərinə nail olmaq üçün strateji və cari planların reallaşdırılmasını təmin edən, riskə əsaslanan, təşəbbüskarlıq fəaliyyətidir.
108. Müasir menecmentin vəzifələrinə aid deyil?
A)) Təşkilatın vergi mükəlləfiyyətlərinə və vergi rejiminə riayət etməsinə nəzarət edilməsi;
B) Təşkilatın fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi;
C) Təşkilatın missiyasının və konkret məqsədlərinin müəyyən edilməsi;
D) Əməyin məhsuldarlığının təmin edilməsi və işçinin nailiyyətə istiqamət-ləndirilməsi;
E) Təşkilatın cəmiyyətə təsirinin və sosial məsuliyyətinin idarə edilməsi.
109. Düzgün olmayan variantı göstərin:
A) Milli Məclisin sədri menecer adlandırılır;
B) Proqram – məqsədli qrupun yaxud layihə qrupunun rəhbəri menecer adlandırılır;
C) Tabeçilikdə olana nəzərən rəhbər menecer adlandırılır;
D) Bütövlükdə firmanın rəhbəri və onun ayrı–ayrı bölmələrinin rəhbərləri meneceradlandırılır;
E) İşləri müasir üsullara uyğun təşkil edən istənilən idarəetmə səviyyəsi inzibatçısı menecer adlandırılır.
110. Təşkilatların menecerlərsiz səmərəli fəaliyyət göstərə bilməməsinin səbəbi deyil:
A) Menecerlər müxtəlif elmi konfranslarda iştirak edir və öz məqalələrini nəşr etdirirlər;
B) Menecerlər təşkilatın öz missiyasını yerinə yetirməsini təmin edirlər;
C) Menecerlər dəyişən xarici mühit şəraitində təşkilatın davranış strategiyasını işləyib hazırlayırlar;
D) Menecerlər təntənəli tədbirlərdə təşkilatı təmsil edirlər;
E) Menecerlər təşkilatın, bu təşkilata nəzarət edən insanların və təşkilatların maraqlarına xidmət etməsini təmin edirlər.
111. Sahibkar qabiliyyətli insanlar kimlərə deyirlər?
A)) Təşəbbüskar və yeniliklə bağlı risk etməyi xoşlayanlara;
B) Kapitalını qənaətlə xərcləyənlərə;
C) Yüksək idarəetmə qabiliyyətinə malik olanlara;
D) Sutkada 15 saat işləyənlərə;
E) Biznes sahəsində məşğul olanlara.
112. İdarəetmə təfəkkürü sahəsində formalaşan məktəbləri yaranma xronologiyasına görə düzün:
A)) 1. Elmi idarəetmə məktəbi. 2. Klassik yaxud inzibati idarəetmə məktəbi. 3. İnsan münasibətləri məktəbi. 4. Davranış elmləri məktəbi. 5. İdarəetmə elmi məktəbi;
B) 1. İnsan münasibətləri məktəbi. 2. İdarəetmə elmi məktəbi. 3. Elmi idarəetmə məktəbi. 4. Klassik yaxud inzibati idarəetmə məktəbi. 5. Davranış elmləri məktəbi;
C) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. İnsan münasibətləri məktəbi. 3. İdarəetmə elmi məktəbi. 4. Elmi idarəetmə məktəbi. 5. Davranış elmləri məktəbi;
D) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. Davranış elmləri məktəbi. 3. İnsan münasibətləri məktəbi. 4. Elmi idarəetmə məktəbi. 5. İdarəetmə elmi məktəbi;
E) 1. Elmi idarəetmə məktəbi. 2. İnsan münasibətləri məktəbi. 3. Davranış elmləri məktəbi. 4. İdarəetmə elmi məktəbi. 5. Klassik yaxud inzibati idarəetmə məktəbi.
113. Menecmentə birinci rəsmi maraq sədası nə vaxt və hansı hadisə ilə qeyd edilmişdir:
A) 1911–ci ildə; F.Teylor özünün “Elmi idarəetmənin prinsipləri” kitabını nəşr etdirmişdir;
B) 1928–ci ildə; ABŞ iqtisadiyyatında sənaye məhsuluna tələb və təklif bərabərləşmişdir;
C) XVIII əsrin sonunda. İngiltərədə sənayə inqilabi – manifakturadan fabrik istehsalına keçilməsi baş vermişdir;
D) XIX əsrin ikinci yarısında, Almaniyada sənaye inqilabı baş vermişdir.
E) XIX əsrin 40 –cı illərində, İtaliyada sənaye inqilabı baş vermişdir.
114. Düzgün olmayan variantı göstərin. Hazırda idarəetmə nəzəriyyəsi və praktikasının inkişafına ciddi töhfə vermiş aşağıdakı mühüm yanaşmalar məlumdur.
A) İdarəetməyə model kimi yanaşma;
B) İdarəetməyə proses kimi yanaşma;
C) İdarəetmə məktəblərininfərqləndirilməsi mövqeyindən yanaşma;
D) İdarəetməyə sistem kimi yanaşma;
E) İdarəetməyə situasiya kimi yanaşma.
115. Menecmentin elm kimi öyrənilməsinin əsası kimlər tərəfindən qoyulmuşdur?
A)) Fabrik və firma rəhbərləri
B) Qədim yunan filosofları
C) Qədim Misirlər
D) İqtisadçı analitiklər
E) nəzəriyyəçilər
116. Kim ilk dəfə olaraq menecmenti müstəqil elmi bilik və peşəkar ixtisaslaşma
kimi təqdim etmişdir?
A)) Q.Taun
B) A.Fayol
C) F.Teylor
D) H.Emerson
E) Follet
117. Elmi İdarəetmə məktəbinin irəli sürdüyü hansıdır?
A))) İşin planlaşdırılması və düşünülməsinin onun yerinə yetirilməsindən ayrılması;
B) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;
C) Bütövlükdə təşkilat miqyasında idarəetməyə sistemli yanaşma;
D İdarəetmə funksiyalarının təsvir edilməsi;
E) Modellərin işlənib hazırlanması və idarəetmədə istifadə edilməsi.
118. Klassik yaxud inzibati idarəetmə məktəbinə məxsus olan nəticəni müəyyən edin:
A)) İdarəetmə prinsiplərinin inkişaf etdirilməsi;
B) Modellərin işlənib hazırlanması və idarə etmədə istifadə edilməsi;
C) İnsan davranışı barədə elmlərin idarəetmədə istifadə edilməsi;
D) Məhsuldarlığı yüksəltmək üçün modeli stimullaşdırmadan düzgün və sistematik istifadə olunması;
E) İşçini, işi səmərəli yerinə yetirmək üçün tələb olunan bütün resurslarla təmin etmək.
119. «Optimal təşkilat» ideyasının müəllifi aşağıdakılardan hansıdır?
A)) Q.Xopf
B) C.Muni
C) A.Maslou
D) K.Reyli
E)Anri-Fayol
120. İnsan münasibətləri və davranış elmləri məktəbinə məxsus olan nəticəni göstərin:
A) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;
B) Mürəkkəb situasiyalarda qərar qəbul etməli olan rəhbərlərə kömək etmək üçün kəmiyyət üsullarının inkişaf etdirilməsi;
C) İdarəetmə funksiyalarının təsvir edilməsi;
D) Vəzifəni yerinə yetirmək üçün daha münasib işçinin seçilməsi və onun öyrədil-məsinin təmin edilməsi;
E) İdarəetmə prinsiplərinin inkişaf etdirilməsi
121. Qədim yunan filosofu Sokrat tərəfindən menecmentin inkişafına verilən
əsas töhfə nə olmuşdur?
A)) Menecmentin universallığı prinsipinin formalaşdırılması
B) İş spesifikasından istifadə
C) Rəhbərə tələblə çıxış etmək
D) Səlahiyyətlərin ötürülməsi
E)əməyin elmi normalaşdırılması metodologiyasının işlənib hazırlanması
122. Kəmiyyət üsulları məktəbinin idarəetməyə verdiyi töhfə hansıdır?
A)) Modellərin işlənib hazərlanması və istifadə edilməsinin köməyilə mürəkkəb idarəetmə problemlərinin daha dərindən dərk edilməsinin təmin edilməsi;
B) İnsan davranışı barədə elmlərin idarəetmədə istifadə edilməsi və təşkilatın elə tərzdə formalaşdırılması ki, hər bir işçi öz potensialına uyğun tam istifadə olunsun;
C) İşin yerinə yetirilməsinin daha yaxşı üsulunu müəyyən etmək üçün elmi üsuldan istifadə edilməsi;
D) İşin planlaşdırılması və düşünülməsinin onun yerinə yetirilməsindən ayrılması;
E) Bütövlükdə təşkilat miqyasında idarəetməyə sistemli yanaşma.
123 .Kompensasiyaya davranışın öyrənilməsi və davranışın modifıkasiya
edilməsi nöqteyi-nəzərindən baxsaq onda həyata keçirilən davranışın
möhkəmləndirilməsinə və ya ondan imtina edilməsinə gətirib çıxaran
kompesasiyamn tipləri fərqləndirilir.Səhv variantı göstərin.
A) Neytral kompensasiya.
B). Arzu edilməyən davranışın həvəsləndirilməməsi
C) Müsbət kompensasiya
D) Mənfi kompensasiya.
E) Tənbeh (cəza)
124. Aşağıdakılardan hansı xüsusiyyət qədim idarəetməyə aid deyil:
A)) İdarəetmə işlərinin dəqiq müəyyənləşdirilməsi və digər işlərdən ayrılması;
B) Təşkilatda rəhbər vəzifələrin irsi hüquqa görə yaxud güc tətbiq etməklə tutulması;
C) Ali səviyyə rəhbərlərinin azsaylı olması;
D) Böyük təşkilatların azsaylı olması;
E) Təşkilat üçün mühüm qərarlar qəbul etmək qabiliyyətinə malik olan adamların sayının az olması.
125. Hansı xüsusiyyət müasir idarəetməyə aid deyil?
A)) İdarəetmə işinin digər fəaliyyət növlərindən ayrılaraq ayrıca mövcud olmaması;
B) Çoxsaylı ali səviyyə rəhbərlərinin və çoxsaylı orta səviyyə rəhbərlərinin olması;
C) Kollektiv işə əsaslanmaq;
D) Təşkilatda rəhbər vəzifələrin qanunçuluğu gözləməklə kompotentlilik hüququna görə tutulması;
E) Təşkilat üçün mühüm qərarlar qəbul etmək qabiliyyətinə malik olan adamların çox olması.
126. Qavrama (dərk etmə) çox vaxt yanlış ola bilər. İnsanların reallığı
qavranmasında çətinliklər,maneələr yaradan və səhv nəticələrə, gətirib
çıxaran səbəblərə aşağıdakılardan hansı aid deyildir.
A)) İlk təəssürat üzrə həqiqətin qavramaması.
B) Qiymətləndirmənin keçirilməsi və ya ümumiləşdirilmə.
C) Proeksiya.
D) Stereotiplər.
E) Hamısı
127. Menecmentə proses kimi yanaşma ideyası ilk dəfə hansı məktəb tərəfindən irəli sürülmüşdür?
A)) İnzibati idarəetmə məktəbi tərəfindən;
B) İnsan münasibətləri məktəbi tərəfindən;
C) Kəmiyyət üsulları məktəbi tərəfindən;
D) Elmi idarəetmə məktəbi tərəfindən;
E) Davranış elmləri məktəbi tərəfindən.
128. Təşkilatın daxili mühitinin əsas amillərinə aid deyildir:
A )) Hakimiyyət;
B) Vəzifələr;
C) İnsanlar;
D) Quruluş;
E) Texnologiya;
129. Təşkilatın məqsədi nəyi ifadə edir?
A)) Məqsədlər – adamlar qrupunun birgə işləyərək çatmaq istədiyi son vəziyyət yaxud arzu etdikləri faktiki nəticədir;
B) Məqsədlər - əməyin ödənilməsinin formasıdır;
C) Məqsədlər – təşkilatın mənfəət əldə etmək üçün arzu etdiyi əlverişli situasiyadır;
D) Məqsədlər – təşkilatın missiyasını və strategiyasını dəqiqləşdirmək üçün arzu edilən və zəruri olan informasiyadır;
E) Məqsədli – adamların fərdi qaydada əldə edə bilmədiklərini, qrup şəklində əldə etməyə imkan verən vasitədir.
130. Qədim filosoflar cəmiyyətin yoxsul vəziyyətdə yaşamasını nə ilə izah
edirdilər?
A)) Ədalətli idarəetmənin olmaması ilə
B) Vergilərin yüksək olması ilə
C) Texnika və texnologiyanın yaxşı inkişaf etməməsi ilə
D) Məhsuldarlığın aşağı səviyyəsi ilə
E ) Müharibələrin tez-tez baş verməsi ilə
131. Təşkilatda idarəetmə səviyyələrinin yaranması hansı əmək bölgüsünün nəticəsidir?
A) Şaquli əmək bölgüsünün;
B) Üfiqi əmək bölgüsünün;
C) İxtisaslaşdırılmış əmək bölgüsünün;
D) Bölmələrarası əmək bölgüsünün;
E) İerarxik əmək bölgüsünün.
132. Təşkilatda bölmələrin yaranması hansı əmək bölgüsünün nəticəsidir?
A)) Üfüqi əmək bölgüsünün
B) İerarxik əmək bölgüsünün;
C) sistematik əmək bölgüsünün;
D) İxtisaslaşdırılmış əmək bölgüsünün;
E) Şaquli əmək bölgüsünün.
133.Seldona görə idarəetmənin tərkib hissələri hansılardır?
A)) Administrasiya, Menecment, Təşkiletmə
B) Menecment, Təşkilat, Təşkiletmə
C) Administrasiya, Menecment, Təşkilat
D) Administrasiya, Menecment, Təşkilat, Təşkiletmə
E) Menecmet,təşkiletmə,idarəetmə
134. Təşkilatda menecerin işi hansı kateqoriyaya aiddir?
A)) İnsanlarla iş.
B) İnformasiya ilə iş;
C) Texnologiya ilə iş;
D) Situasiya ilə iş;
E) Materiallarla iş;
135. Texnologiyada baş verən hansı dəyişiklik idarəetməyə ciddi təsir göstərdi?
A)) Yığma konveyer axınlarının tətbiqi;
B) Toxucu dəzgahının kəşfi;
C) Əmək alətlərinin təkmilləşməsi;
D) İnsanların ixtisaslaşması;
E) İnsanların ixtisasının artırılması.
136. Təşkiletmə nədir?
A) ) Zəruri keyfiyyətləri olan insanlar qrupunun kombinələşdirilmiş əmək
formasında yerinə yetirdikləri prosesdir.
B) Zəruri keyfıyyətləri olan insanlar qrupunun fərdi əmək formasında yerinə
yetirdikləri prosesdir
C) Təşkilatın idarə edilməsi prosesidir
D) İnsanlara qarşı yönəldilmiş təsir vasitəsidir.
E) İnsanların fəaliyyətinin koordinasiyasıdır.
137. Menecmentə situasiya mövqeyindən yanaşmaya görə insan dəyişənin hansı aspekti əhəmiyyət kəsb edir?
A)) İnsanın qrupda davranışı;
B) İnsanın gözəlliyi;
C) İnsanın öz ailəsinə münasibəti;
D) İnsanın tərbiyəsi və biliyi;
E) İnsanın ətraf mühitə münasibəti.
138. İnsan şəxsiyyətinin fərdi xarakteristikası deyil?
A). ) Təqaüdlər;
B) Talant;
C) Tələbatlar;
D) Qabiliyyət;
E) Gözləmələr
139. Aşağıdakılardan hansı menecmentin mahiyyətini tam ifadə edir?
A ) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi
ilə material, əmək, maliyyə resurslarından səmərəli istifadə olunması yolu
ilə bazar iqtisadiyyatı şəraitində fırmanın qarşısına qoyduğu məqsədlərə nail
olmaq üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür
B) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi
ilə maliyyə, material, əmək resurslarından səmərəli istifadə olunması
yoludur.
C) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi
ilə maliyyə, material, əmək resurslarından səmərəli istifadə olunması yolu
ilə əhalinin tələbatının ödənilməsi yoludur.
D) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalannın tətbiqi
ilə material, əmək, maliyyə resurslarından səmərəli istifadə olunması yolu
ilə bazar iqtisadiyyatı şəraitində fırmanın idarə olunmasıdır.
E) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalannın tətbiqi
ilə material, əmək, maliyyə resurslarından səmərəli istifadə olunması yolu
ilə mənfəətin maksimallaşdırılması yoludur.
140. Təşkilatdaxili mühitin əsas elementləri hansılardır?
A)) Məqsədlər, vəzifələr, texnologiya, insanlar;
B) İnsanlar, məqsədlər, avadanlıqlar, rəhbərlik, quruluş;
C) Elmi – texniki tərəqqi, texnologiya, avadanlıqlar, vəzifələr, quruluş;
D) Texnologiya, informasiya, avadanlıqlar, insanlar, materiallar;
E) Texnologiya, səlahiyyət, istehlakçı, məqsədlər, vəzifələr.
141. Münaqişələrin mənfi nətiçələrinə aid deyildir
A)) ifrat itaətkar sindromu aradan qaldırıla bilər
B) emosional gənginlik yaranır
C) münagışə şleyfi yaranır
D) informasiya mübadiləsi zəifləyir
E) kollektivdə iqtisadi xərclər yarana bılər
142. Biznes təşkilatlarının birbaşa təsir mühitinin əsas amilləri hansılardır?
A)) Tədarükçülər, həmkarlar təşkilatı, dəvlət tənzimlənməsi orqanları, istehlakçılar, rəqib təşkilatlar;
B) Vəzifələr, texnologiyalar, istehlakçılar, dövlət tənzimlənməsi orqanları, rəqib təşkilatlar;
C) İstehlakçılar, tədarükçülər, rəqib təşkilatlar, başqa ölkələrdə baş verən hadisələr, elmi – texniki tərəqqi;
D) Məqsədlər, rəqiblər, tədarükçülər, istehlakçılar, dövlət tənzimlənməsi;
E) Məqsədlər, quruluş, rəqiblər, istehlakçılar, texnologiya.
143. Müasir menecerin zəruri keyfıyyətlərini göstərin.
A)) Fiziki, Şəxsiyyət, İntelektual, Qabiliyyət
B) Fiziki, Sosial, İntelektual, Qabiliyyət
C) Şəxsiyyət, İntelektual, Qabiliyyət
D) Fiziki, Mənəvi, Şəxsiyyət, Qabiliyyət
E) Şəxsiyyət,fiziki,yaradıcı
144. Biznes təşkilatlarının dolayı təsir mühitinin əsas amilləri hansılardır?
A)) İqtisadiyyatın vəziyyəti, elmi – texniki tərəqqi, sosial – mədəni amillər, siyasi amillər, beynəlxalq miqyaslı amillər;
B) İqtisadiyyatın vəziyyəti, siyasi proseslər, məhsulların qiyməti, texnologiya, informasiya;
C) İqtisadiyyatın vəziyyəti, siyasi proseslər, istehsalın kütləviliyi, xidmətlərin çeşidi;
D) İqtisadi artım, siyasi sabitlik, kütləvi istehsal, keyfiyyət, mənfəət;
E) İqtisadi tərəqqi, texniki tərəqqi, elmi – texniki tərəqqi, siyasi mühit, iqtisadi mühit.
145. Hansı variantda daxili mühit amilləri düzgün göstərilmişdir?
A)) məqsəd,vəzifə,təşkilati quruluş
B) məqsəd,vəzifə,inflyasiya
C) təşkilatı quruluş,heyət,alıcılar
D) taktika,strategiya,işsizlik
E) rəqiblər,texnika və texnologiya,heyət
146. Biznes təşkilatlarının xarici mühitinin əsas xarakteristikaları hansılardır?
A)) Xarici mühit amilləri qarşılıqlı əlaqəlidir. 2. Xarici mühit mürəkkəbdir. 3. Xarici mühit dinamikdir. 4. Xarici mühit qeyri - müəyyəndir.
B) 1. Xarici mühit amilləri qarşılıqlı əlaqəlidir. 2. Xarici mühit müəyyəndir. 3. Xarici mühit sabitdir. 4. Xarici mühit mürəkkəbdir.
C) 1. Xarici mühit mürəkkəbdir. 2. Xarici mühit sabitdir. 3. Xarici mühit genişdir. 4. Xarici mühit realdır.
D) 1. Xarici mühit sabitdir. 2. Xarici mühit mürəkkəbdir. 3. Xarici mühitdinamikdir. 4. Xarici mühit müəyyəndir.
E) 1. Xarici mühit sabitdir. 2. Xarici mühit sakitdir. 3. Xarici mühit gözəldir. 4. Xarici mühit qeyri – müyyəndir.
147. Mücərrəd daxili mühüt amillərinə aid deyillir:
A)) heyət
B) missiya
C) məqsəd və vəzifə
D) strategiya
E) taktika
148. Menecerlər nəyi sosiotexniki altsistem adlandırırlar?
A)) Təşkilatdaxili dəyişənləri;
B) Təşkilatın xarici mühit amillərini;
C) Biznes təşkilatın;
D) Texnologiya və sosiologiyanı;
E) Texnoloji dəyişiklikləri.
149. İdarəetmənin mahiyyəti nədir?
A)) idarəetmə subyekti tərəfindən idarəetmə obyektinə yönəldilən məqsədyönlü
təsirdir.
B) müxtəlif təbiətli elementlərin məcmusudur.
C) tabeçilikdə olanlara qarşı yönəldilən təsir üsulu və metodudur.
D) rəhbərin qəbul etdiyi qərardır.
E) fəaliyyəti şüurlu surətdə əlaqələndirilən insan qrupudur.
150.Qeyd edilənləndən biri münaqişənin növü deyildir
A)) texnologiyalararası
B) qeyri-konstruktiv
C) şəxslərarası
D) konstruktiv
E) şəxsdaxili
151.F. Herlsberqin iki amil nəzəriyyəsinin yəginlik amillərinə aid deyildir?
A)) Ozünüifadə
B) Əmək haqqı
C) Şirkətin siyasəti
D) Əmək şəraiti
E) Istehsal şəraiti
152. Hansı rəhbərlik üslubu üçün savadlı işçilərin seçimi xarakterikdir
A) demokratik
B) monarxiya
C) bür okratik
D) liberal
E) avtoritar
153. Rasional qərarlar mülahizələrə əsaslanan qərarlardan hansı xüsusiyyətinə
görə fərqlənir
A) ) Keçmiş təcrübədən asılı deyil
B) Keçmiş təcrübədən asılıdır
C) Obyektinə görə
D) Subyektinə görə
E) Heç bir xüsusiyyətinə görə
154. Menecmentdə planlaşdırma və nəzarətin uzlaşdırılması vasitəsi hesab edilir:
A)) Büdcənin tərtibi və icrası
B) Taktiki məqsədlərin müəyyən edilməsi;
C) SWOT – təhlil;
D) Rəhbərlik stili;
E) Proseduraların tərtibi.
155. Təşkilati prosesin aspektləri hansılardır?
A) ) 1. Təşkilatın məqsədlərinin müəyyən edilməsi. 2. Məqsədlərin təsnifatı;
B) 1. Təşkilatın qurulması. 2. Təşkilatın inkişafı;
C) 1. Təşkilatın ayrı – ayrı bölmələrə bölünməsi. 2. Səlahiyyət münasibətlərinin və qarşılıqlı əlaqələrin yaranması;
D) Təşkilatın bölünməsi. 2. Təşkilatın böyüdülməsi;
E) 1. Təşkilatın qurulması. 2. Təşkilatın məqsədləri.
156. Təşkiletmə funksiyasının mahiyyəti nədir?
A)) Təşkilatın adamlara birgə səmərəli işləməyə imkan verən quruluşunun yaradılması prosesdir;
B) Təşkilatın məqsədlərinin müəyyən edilməsi və onlara nail olunmasını təminedən prosesdir;
C) Təşkilatın məqsədlərinə uyğun bölmələrə bölünməsi prosesdir;
D) Təşkilatın məqsədlərinin müəyyən edilməsi üçün mütəxəssislərin toplanması prosesidir;
E) Təşkilatın tərəqqisi naminə güclərin səfərbərliyə alınmasıdır.
Dostları ilə paylaş: |