V. Tərbiyəvi iş
Kafedra əməkdaşları tərəfindən tələbə gənclərdə milli ideologiyanın formalaşması yüksək mənəvi keyfiyyətlərin, ümumbəşəri, insani dəyərlərin tərbiyə edilməsi sahəsində mütəmadi iş aparılır. Müəllimlər istər mühazirə və təcrübə dərslərində, istərsə də sərbəst vaxtlarda bu barədə tələbələrlə söhbətlər aparır, dövlətimizin siyasəti, gənc kadrlara göstərilən qayğı, müstəqillik qazanmış respublikamızın iqtisadi qüdrətinin artırılmasında gənc mütəxəssislərin rolu və s. məsələlər barədə onlara məlumat verir, onlara sağlam həyat tərzi təbliğ edir, cəmiyyətdə belə bir həyat tərzinin əmələ gəlməsində həkimlərin qabaqcıl mövqeyini onlara başa salırlar.
Dostları ilə paylaş: |