Auditin təsnifat meyarları.
Auditor xidmətlərini, bir qayda olaraq, təsərrüfat subyektlərinin müdiriyyəti sifarişverir. Lakin bu funksiyadan istifadə edənlər daha çoxdur. Bunlar aşağıdakılardır: əməkdaşlar, vergi orqanları, banklar və digər maliyyə təsisatları; potensial investorlar, ticarət tərəfdaşları və başqaları.
Auditin 5 təsnifat meyarı vardır:
Auditi aparan subyektdən asılı olaraq – daxili və kənar;
Təyinat qay
dasından asılı olaraq – məcburi və təşəbbüslə;
Audit obyektindən asılı olaraq – ümumi, bank, sığorta:
Keçirilmə sayından asılı olaraq – ilkin və razılaşdırılmış;
Yoxlamanın istiqamətindən asılı olaraq – mühasibat hesabatının auditi, xüsusi audit və bu kimi.
Bu meyarlara əsasən, auditin aşağıdakı növləri vardır:
1. Məcburi və təşəbbüslə (könüllü) audit;
2. Daxili və kənar audit;
3. Təsərrüfat fəaliyyətinin auditi;
4. Uyğunluq auditi;
5. Maliyyə hesabatının auditi və xüsusi audit;
6. Əməliyyat auditi;
7. Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;
8. Due diligence – (igilis dilində - vacib vicdanlılıq);
9. Auditor xidmətinin başqa növləri.
A
Dostları ilə paylaş: |