Daim mövcud olan risk(və ya təsərrüfatdaxili risk) dedikdə - iqtisadi subyektin hesabatında əhəmiyyətli saxtalaşdırmaların aşkara çıxarılması ehtimalı başa düşülür
Daim mövcud olan risk(və ya təsərrüfatdaxili risk) dedikdə - iqtisadi subyektin hesabatında əhəmiyyətli saxtalaşdırmaların aşkara çıxarılması ehtimalı başa düşülür.
Nəzarət vasitələrinin riski dedikdə - müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamaq və düzəltmək ehtimalı başa düşülür.
Yanlışlıqların aşkar edilməməsi riski(aşkara çıxarmamaq riski) – auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı başa düşülür.
Ümumi auditor riski dedikdə, səhv fikrin formalaşması ehtimalı və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi başa düşülür.
Hesabata münasibətdə daxili təsərrüfat riskini qiymətləndirən zaman- iqtisadi subyektin fəaliyyət göstərdiyi sahənin xüsusiyyətləri və cari iqtisadi vəziyyət amilləri nəzərə alınmalıdır.
Nadir, qeyri-adi və qeyri-standart təsərrüfat əməliyyatlarının mövcudluğu – təsərrüfatdaxili riskləri artırır.