İri təşkilatlarda qanunvericiliyə əməl olunmamasıyla bağlı faktların aşkara çıxarılmasını və aradan qaldırılmasını – daxili audit şöbəsi, yaxud təftiş komissiyası həyata keçirir.
Auditor təşkilatının firmadaxili standartları, əgər təsis sənədlərində başqa qayda nəzərdə tutlmayıbdırsa, auditor təşkilatının rəhbərinin əmri ilə təsdiq edilir.
Daxili nəzarət prosesində həmçinin həyata keçirilmiş təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması üzrə normativ sənədlərin tələblərinə uyğunluğu da yoxlanılır.
Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət – sərbəst auditorun və auditor təşkilatının işinin keyfiyyətini nəzərdə tutur.
Müvafiq sahə nazirliklərinin və birliklərinin nəzarət-təftiş idarələri (şöbələri), eləcə də müəssisə və təşkilatların nəzarət-təftiş xidmətləri daxili audit qismində hesab edilir.
Daxili nəzarət sisteminin əsas elementləri – nəzarət məkanı, nəzarət prosedurlarıdır.
Nəzarət sisteminin riskinin yüksək qiymətləndirilməsi ilə seçimin həcmi arasında asılılıq – bir başa asılılıqdır.
Əhəmiyyətlilik və auditor riski arasında əks əlaqə mövcuddur.
Auditor riski – maliyyə hesabatında əhəmiyyətli saxtalaşmalara yol verildikdə, auditor tərəfindən müvafiq olmayan fillir söylənilməsi başa düşülür.
Auditdə əhəmiyyətlilik – informasiyaların saxtalaşdırılması maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir edir.
Auditor təşkilatının firmadaxili standartları hazırlandıqda, auditor təşkilatı auditor fəaliyyətini tənzimləyən normativ aktları rəhbər tutmalıdır.
Onlar aşağıdakı əsas funksiyaları yerinə yetirirlər:
tabeçilikdə olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının vəziyyətini yoxlamaq;
istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаnlаrının yerinə yetirilməsinin təhlili;
qanunçuluğa və icra intizamına riayət edilməsinin, istehsalın səmərəliliyinin, rentabelliyin yüksəldilməsi, ciddi qənaət rejiminin həyata keçirilməsi üzrə işlərin vəziyyətinin yoxlanılması;
idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin аzаldılması;
maliyyə və təsərrüfat pozuntularının, çatışmazlıqların və artıq gəlmələrin, təsərrüfatsızlığın aşkar edilməsi, həmin nöqsanları doğuran səbəb və hаllаrın müəyyən edilməsi;
mühasibat uçotunun qurulmasının düzgünlüyü və hesabatın dürüstlüyünə nəzаrət, istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə təsərrüfatdaxili ehtiyatlаrın müəyyən edilməsi.
Həmin funksiyaların uğurlu yerinə yetirilməsi üçün hər bir nazirlikdə və idarədə təftiş və yoxlamaların planlaşdırılması və praktiki həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi, sonradan onların icrasına nəzarətin həyata keçirilməsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, qanunların və normativ aktların pozulmasının qarşısının alınması üzrə tədbirlərin hazırlanması, eləcə də istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar nəzarət - təftiş işləri təşkil edilmişdir. Daxili auditorlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi nazirliklər və baş idarələr tərəfindən hazırlanan sahə təlimatları ilə reqlamentləşdirilir.
Daxili audit orta və iri müəssisələrdə idarəetmə nəzarətinin zəruri elementi hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun materialları müfəssəl yoxlama aparmadan kənar audit tərəfindən istifadə edilə bilər.
Kənar auditor tərəfindən daxili auditora göstərilən inam onun peşəkarlıüının və biznesin səmərəli aparılması üçün daxili auditorun fəaliyyətini stimullaşdırır. Bu inаm kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu inam auditor rəyinin dürüstlüyü və dəqiqliyi üçün kənar auditorun məsuliyyətini bölüşdürmək və azaltmaq demək deyildir.
Kənar auditor daxili auditora tam olaraq inanmamalıdır, çünki sоnuncu mülkiyyətçinin struktur bölməsi hesab olunur. Daxili audit biznesin uüurla aparılması üçün təsərrüfat subyektinin meneceri tərəfindən hazırlanmış metod və prosedurların məcmusundan istifadə edir.
Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisənin aktivlərinə girişin məhdudlaşdırılması; müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü; maliyyə informasiyalarının formalaşmasının düzgünlüyü. Buna görə də hesabi yoxlama, qarşılıqlı yoxlama, sənədlərin qarşılıqlı yoxlanılması, inventarizasiyası, maliyyə nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur.
Dostları ilə paylaş: |