Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri



Yüklə 141,45 Kb.
səhifə17/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   13   14   15   16   17   18   19   20   ...   77
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.Kənar audit yoxlanılan müəssisə və ya şirkətə mü­na­si­bət­də müstəqil­dir və onun informasiyalarına görə kənar istifadəçilər (səhm­darlar, təsisçilər, kre­ditorlar, banklar və i.a.) qarşısında məsuliy­yət daşıyır. Kənar auditin məq­sədi informasiyaların dürüstlüyünün, mühasibat balansı və maliyyə hesabatlаrı­nın reallı­ğının, eləcə də uçotun aparılmasının düzgünlüyünün yoxlanıl­ması­dır. Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti xarici auditin obyekti ki­mi çıxış edir. Səhmdar cəmiyyətinin üzvləri, təsisçiləri, banklar, maliyyə-vergi orqan­ları, digər hüquqi və fiziki şəxslər tərə­findən dürüstlüyü təsdiq olunmuş maliyyə hesabatları və balans­lardan istifadə edilməsi bu və ya digər müəssisənin (şirkətin) maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin obyektiv qiymətləndiril­mə­sinə im­­kan verir.

Praktiki olaraq informasiyanın tərtib edənlərlə onların isti­fadəçi­lə­ri arasında mübahisəli şərait yarana bilər ki, bu da, öz növbə­sin­də müstəqil nəzarətin (auditin) aparılmasını zəruri edir. Auditə tələbatın artması eyni zamanda digər amillərlə də şərtlənir. Informa­si­yanın isti­fadəçiləri (təsisçilər, səhmdarlar) onun keyfiyyətini birbaşa qiymətləndirmək imkanına malik deyildir. Onlar müəssisədə iş­lərin real vəziyyətinin obyektiv qiymətini əldə etmək üçün mühasibat ba­lan­sının, maliyyə hesabatlarının müstəqil ekspertizasının aparılmsın­da maraqlıdır. Ak­tiv və passivlərin dürüstlüyünün belə qiymət­lən­di­rilməsi auditorlar tərəfindən hə­yata keçirilir.



Auditor firmasına özünün auditor biznesini hər hansı biznes ilə birləşdirməsi(məsələn, əmlakın satışı sferasındakı auditor biznesi ilə) – qadağan olunmuşdur.

Uçot informasiyaları böyük iqtisadi nəticələri özündə əks etdirir. Risk­dən və qeyri -məhsuldar xərclərdən qaçmaq üçün infor­ma­si­ya­­la­­rın real və obyektiv ol­ma­sı vacib şərtdir. Müstəqil audit bu vəzi­fə­nin uğur­la həll olunmasını təmin edir.



Kənar auditin əsas vəzifələri aşağıdakılardır:

 müəssisənin mühasibat balansının və maliyyə hesabatının dürüstlüyünün yoxlanılması və bununla əlaqədar rəyin verilməsi;

 baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə və normativ aktlarına uyüunluüu­nun qiymətləndirilmə­si;

 mühasibat uçotunun təşkili səviyyəsinin, onun keyfiyyətinin, is­teh­sаl-kоm­mers­iya fəaliyyətini və onun nəticələrini əks etdirən mühasibat yazılışlarının tər­tib edi­lməsinin düzgünlüyünün müəyyən edilməsi;

 məhsulun maya dəyərinin, mənfəətin hesablanmasının və onun bölü­şdürül məsinin düzgünlüyünün yoxlanılması;

 büdcə ilə, malgöndərənlə və podratçılarla, alıcılarla və sifariş­çilərlə, müxtəlif debitorlarla və kreditorlarla, fəhlələrlə və qulluq­çu­larla hesablaşmala-rın düzgünlüyünün və vaxtında aparılma­sının yox­la­nıl­ması;

 xarici iqtisadi əməliyyatların, xarici kontragentlərlə hesablaş­ma­ların qа­nu­­nаuy­üunluüunun, xarici valyutada əməliyyatların və val­yuta hərraclarında vаl­­­­­yuta­ların alışı və satışının nəticələrinin düzgünlüyünün yoxlanılması;

 təsərrüfat subyektlərinə xarici şirkətlərlə birgə müəssisənin ya­ra­dılması zamаnı köməklik göstərilməsi: mümkün tərəfdaşların na­mi­zədliyinin edil­məsində iştirak etmək;

 təsərrüfat subyektlərinin nizamnamə kapitalının vaxtında yara­dılmasının və onun tamlıüının təsdiq edilməsi;

 müştərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində, mülkiyyət-çilərin və dövlətin maraqlarının qorunmasında köməklik göstə­rilməsi;

 maliyyə hesabatlarının və təsərrüfat əməliyyatlarının mövcud və tətbiq оlu­nаn normativ aktlara uyüunluüu haqda öz fikrini bil­dir­mək üçün auditora im­kа­nın ve­rilm­əsi;

 gəlirlər və bəyannamə haqqında maliyyə hesabatının tərtib edilməsi;

 maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;

 müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi;

 hüquqi və təşkilati-iqtisadi məsələlər üzrə məsləhətlərin veril­məsi;

 uçotun qurulması, mühasibatlıq işçilərinə uçotun təkmilləş­diril­mə­si üzrə ­prаk­­t­iki köməkliyin göstərilməsi, uçotun, vergitut­ma­nın, hesablaşmaların təşkilinin müxtəlif məsələləri üzrə məsləhətlərin verilməsi;

 müştərilərin qanunverici və dövlət orqanları tərəfindən nəşr olu­nan yeni nоrm­ativ və təlimat materialları ilə müştəriləri təmin edil­­mə­si;

 ixtisaslı kadrların olmaması və ya başqa səbəblərdən müəssisə tərəfindən uçоtu­n təşkili mümkün olmadıqda müəssisə - müştərinin düzgün mühasibat uçо­tu­nun qurulması;

 təqdim edilmiş ilkin sənədləşmə əsasında uçotun bərpa olunması;

təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və birgə metodiki materialların hа­zır­lаn­mаsı məq­sədi ilə digər аu­di­tоr şir­kət­ləri ilə işgüzar əlа­qə­lə­rin qu­rul­mаsı.

Kənar audit auditor təşkilatlarının əməkdaşları və ya auditor fəaliy­­yəti ilə məşüul olmaq üçün lisenziya almış sərbəst auditorlar tərəfindən apa­rılır.

Kənar auditə münasibətdə müəssisənin informa­si­ya bazasının key­­fiyy­ətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur. Kənar auditor xid­məti öz fəaliyyətində daxili nəzarətin nəticələrinə əsaslanır. Müəssisənin maliy­yə-təsərrüfat və istehsal fəaliyyəti daxili auditin obyekti hesab edilir. Onun məq­sədi istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi, müəssisənin fəaliyyə­ti­nin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsidir.

Dа­хili аu­di­tоrа inаm də­rə­cə­sini qiy­mət­lən­di­rər­kən kənаr аu­di­tоr аşа­ğı­dа­kı­lаrı nə­zərə аl­mа­lı­dır:

 dа­хili аu­dit böl­mə­si­nin məq­sədi, fəа­liy­yə­ti­nin miq­yаsı və təş­ki­lаti stа­tusu;

 he­yə­tin iх­ti­sаs sə­viy­yəsi, оnun pe­şə­kаr­lıüı, prаk­tiki təcr­übə­si­nin, xüsusi bi­­lik­lə­rin və vər­diş­lə­rin оl­mа­sını;

 dа­хili аu­dit böl­mə­si­nin işi­nin plаn­lаş­dı­rıl­mаsı, sə­nəd­ləş­di­ril­məsi qаy­­dаsı və təh­lili;

 dа­хili аu­dit böl­mə­si­nin teх­niki və me­tо­diki bа­zа­sı­nın möv­cud­luüu;

 plаn­lаş­dır­mа və iş­lə­rin bi­lа­vа­sitə ic­rаsı mə­sə­lə­lə­rin­də dа­хili аu­di­tоr­lа­rın müstəqil­lik sə­viy­yəsi;

 müəssisə­nin rəh­bər­liyi və kə­nаr аu­di­tоr­lаr­lа əlа­qədə sər­bəst­lik də­rə­cəsi;

 dа­хili аu­di­tоr­lа­rın he­sа­bаt sis­te­mi­nin təş­kili, he­sа­bаt­lа­rın key­fiy­­yəti, оn­lа­­rın nə­ti­cə­liyi və оn­lа­rın tək­lif­lə­ri­nin müəssisə­nin işin­də tət­­biq оlun­mаsı.

Həll olunan məsələlərdən və qarşıya qoyulmuş məqsədlərdən asılı ola­­raq аu­­dit maliyyə auditinə, razılaşdırılmış və ya reqla­ment­ləşdirilmiş auditə, idarəetmə auditinə və ictimai auditə bölünür.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin