Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Ümumdövlət maliyyə nəzarəti aşağıdakı məsələləri həll edir



Yüklə 141,45 Kb.
səhifə2/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   2   3   4   5   6   7   8   9   ...   77
Ümumdövlət maliyyə nəzarəti aşağıdakı məsələləri həll edir:

Dövlətin sahəvi nəzarətinin əsas forması – təftişdir. Təftişin əhəmiyyəti – təsərrüfat əməliyyatlarının qanuna müvafiqliyinin və həmin əməliyyatların icrası zamanı vəzifəli şəxslərin hərəkətlərinin normativ aktlara uyğunluğunu yoxlamaqdır. Beləliklə, təftiş, kommersiya təşkilatlarında mikrosəviyyədə nəzarəti həyata keçirir. Lakin, investorları təkcə işlərin qanunamüvafiq aparılması deyil, həm də həyata keçirilən təsərrüfat-maliyyə əməliyyatlarının iqtisadi səmərəliliyi və məqsədəmüvafiqliyi maraqlandırır.

Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informasiyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəs­sisənin fəaliy­yətinin inkişaf etdirilməsi strateqi­ya­sının hazırlanması və səmərəliliyin yüksəldil­məsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əla­qədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, di­gər kre­ditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kre­ditlərin qay­tarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda mal­gön­dərənlər, alıcılar, investorlar və təsərrüfat subyek­ti ilə işgüzar qar­şılıqlı əlaqələrə malik olan müəssisə və təşkilat­lar da informa­siyaların dürüst olmasında maraqlıdır.



Iqtisad elminin inkişafı aşağıda qeyd edilmiş 5 mənbədən qidalanır:

  1. Yeni tədqiqat metodları ilə(“oyunlar nəzəriyyəsi”);

  2. Daxiki inkişaf ( qeyri-mükəmməl rəqabət nəzəriyyəsi);

  3. Fənlərarası əməkdaşlıq(bihevioristik iqtisadiyyat);

  4. Yeni iqtisadi problemlər(Böyük depressiya, sovet sosializminin məhvi-keçid iqtisadiyyat);

  5. Uzunmüddətli problemlərin müşahidəsi(yeni iqtisadi coğrafiya) – müşahidələrin dəqiqliyi və etibarlılığı – Auditin elmi əsasını təşkil edir.

İnkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir.

Bu əlavə imkanları – nəzarət və təftiş anlayışlarından daha geniş məna kəsb edən –audit həyata keçirir.

Audit sözünün mənası – “dinləmək” deməkdir.

Audit(auditor fəaliyyəti) – təşkilatların və fərdi sahibkarların mühasibat uçotu və hesabatının müstəqil yoxlanmasını həyata keçirən sahibkarlıq fəaliyyətidir.

Audit – maliyyə nəzarətinin yeni sərbəst növüdür.



Auditin məqsədi – audit edilən şəxslərin maliyyə hesabatlarının və mühasibat uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olması barədə müstəqil rəyin bildirilməsidir.

Auditin mahiyyəti – müasir iqtisadi şəraitdə səhmdar cəmiyyətin( və bu kimi digər təsərrüfat subyektlərinin) səhmdarlarının, başqa sözlə, kommersiya təşkilatının maliyyə nəticələrindən bəhrələnən investorların bilavasitə cari idarəetmədən kənarda qalmasıdır. Buna səbəb, həm uyğun təhsilin olmaması, həm vaxt çatışmazlığı, həm də kommersiya sirrini qorumaq zərurətidir. Belə bir vəziyyətdə, kommersiya təşkilatının maliyyə hesabatları barədə maliyyə nəticələrindən bilavasitə asılı olmayan, qanunla məsuliyyət daşıyan peşəkar mütəxəssislərin müstəqil rəyidir.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin