Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri



Yüklə 141,45 Kb.
səhifə30/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   26   27   28   29   30   31   32   33   ...   77
2007 - ci il 22 may - Azərbaycan Respublikasının Auditorlar Palatasının təklifləri əsasınd hazırlanmış “Daxili audit haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.
2008-ci il 13 noyabr — Beynəlxalq Muhasiblər Federasiyasının (İFAC) İtaliyanın Roma şəhərində kecirilən illik Şura iclasında Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına   tam hüquqlu üzv qəbul olunmuşdur. 
2010-cu  il 01  yanvar - Azərbaycan Respublikasının ərazisində beynəlxalq audit standartlarının (BAS) tətbiqinə başlanılmışdır.
Qüvvədə olan qanunçuluğa əsasən,Palatanın əsas vəzifəsi mülkiyyət formala-rından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəa-liyyətinin təkmilləşdirilməsi üçün tədbirlər keçirməkdən ibarətdir.

Palata aşağıdakı funksiyaları yerinə yetirir:
-Azərbaycan Resbuplikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir.

-Azərbaycan Resbuplikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir,onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanuna uyğunluğuna nəzarət edir.

-Sərbəst auditorları və auditor təşkilatlarını qeydiyyatdan keçirir,uçotunu aparır və onlara qeydiyyat haqqında şəhadətnamə verir.

- Azərbaycan Resbuplikası ərazisində auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir.

-auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komissiyasının tərkibini və əsasnaməsini hazirlayıb təsdiq,imtahan haqqını müəyyən edir.

-təsərrüfat subyektinin maliyyə və mühasibat hesablarına dair auditor rəyinin formalarını,sərbəst auditorların və auditor təşklatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;

-auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqəadar sərbəst auditorlara və auditor təşklatlarına məsləhət verir,auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

-audit aparılmasına dair təlimatlar,tövsiyyələr və metodik göstərişlər hazırlayır;

-auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir,milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyyələr hazırlayır;

-peşə funksiyalarını lazımı səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşklatlarına qarşı sifarişçilərin iddialarına,respublikanın qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

-sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir.

Bunlarla bərabər o, sərbəst auditorlar, auditor təşklatı,sərbəst xarici auditor və xarici auditor xidmətinin filialı və nümayədələrinin maliyyə-təsərrüfat fəaliyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Resbuplikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir,təkrar auditi həyata keçirir və s.

Auditor fəaliyyətinin tənzimlənməsi “Auditor xidməti haqqında ” AR Qanunu ilə yanaşı, auditə dair digər qanunvericilik aktlarında, o cümlədən, “Xarici investisiyanın qorunması haqqında”, “Sığorta haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Purokurorluq haqqında”, “Məhdud məsuliyyətli müəssisələr haqqında”, “Ətraf mühitin mühavizəsi haqqında”, “İnvestisiya fondları haqqında” Qanunlarda, bank qanunvericiliyində və mülki, cinayət, vergi məcəllələrində öz əksini tapmışdır. Mülki məcəlləyə əsasən, auditor yoxlamasının naticələri haqqında yazılı hesabat tərtib etməlidir.

Mövzu 7.Auditə dair qanunvericilik aktları.
Azərbaycan Respublikasında Auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini “Auditor xidməti haqqında” qanun müəyyən edir.

Bu qanun mülkiyyət formasından və təşkilati hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisindən fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara, idarələrə şamil edilir.

Təsərrüfatlar subyektlərində müqavilə əsasında maliyyə təsərrüfat sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotunu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Hazırda Azərbaycan Respublikasında bu xidməti qüvvədə olan qanunvericiliyə uyğun olaraq sərbəst auditorlar və auditorlar təşkilatı həyata keçirirlər.

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında ” AR Qanunlarına, AR Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 saylı Fərmanı ilə təsdiq edilmiş “Bəzi  sahibkarliq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” AR Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 saylı Fərmanına və AR Nazirlər Komitəsinin 1998-ci il 13 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “AR-nın ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na müvafiq olaraq auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Auditorlar Palatasınahəvaləedilmişdir.

Sərbəst auditor Auditorlar palatasının verdiyi lisenziyaya əsasən Respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququ əldə etmiş fiziki şəxsdir.




Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin