audit çərçivəsində görülən işlərin sənədlərlə rəsmiləşdirilməsinə qiymət verilməsi;
auditor nəticələrində bütün əhəmiyyətli anların əks etdirilməsinin yoxlanılması;
audit məqsədinə nail olunması və görülən işlərin nəticələrinə görə təhlil aparmaq.
Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə - təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdir.