Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi tərəfindən auditə verilmiş tərif



Yüklə 141,45 Kb.
səhifə4/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   2   3   4   5   6   7   8   9   ...   77
Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi tərəfindən auditə verilmiş tərif:

Audit – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.”

Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlə­rin formalaşdırılması məq­sə­di ilə aparılan müstəqil yoxlanmasıdır.

"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmt­əə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılması­nın, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılm­asınd­a məq­səd qanunvericiliklə, auditor fəal­iyyəti­nin tənz­imlən­məsi­nin normativ sistemi ilə, auditorun və müştəri­nin müqavilə öh­dəli­kləri ilə müəyyən olunan konkret mə­sə­lə­ləri­n həll edilməsi­dir.

Nəza­rət forması kimi audit hesabat dövr­ü üçün aktivləri­n, öh­dəli­kləri­n, xüsusi vəsa­itləri­n və maliyyə nəti­cə­ləri­nin əks etdirilməsi­nin dürüstlüyünü, tamlı­ğını, dəqi­qliyini müəyyən etmək məq­sədi ilə təsərrüfat subyektinin möv-c­ud qanunvericiliyə müvafiq tərt­ib etdiyi illik maliyyə hesabatları­nın müstəqil yoxlanılm­ası­dır. Döv­ləti­n, müəssisə rəh­bərl­iyinin və onun sahibləri­nin (payçıla­rın, səhm­darların) qarşı­lıq­lı maraqları onun əsa­sını təşk­il edir.

Аuditor fəal­iyyəti­ni yalnız yoxlama kimi xarakterizə et­mək olmaz. Bura mühasibat (maliyyə) hesabatları­nın, ödəmə-hesab­­laş­ma sə­nəd­ləri­nin, vergi bəyan­namə­ləri­nin və iqtisadi subyektin digər maliyyə öh­dəli­kləri­nin və tə­ləb­ləri­nin müstəqil idarə­dən­kəna­r yox­lanılm­ası, eləcə də digər auditor xidmət­ləri­nin gös­təril­məsi: mühasibat uçotunun qurulması, bərp­a olunması və aparılm­ası; gəli­rlər haq­qınd­a bəya­nnamə­ləri­n və mühasibat (maliyyə) hesabatları­nın ha­zır­l­anması; maliyyə-təsərrüfat fəal­iyyəti­nin təhl­ili, iqtisadi subyektin aktivləri­nin və passivləri­nin qiymət­lənd­irilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi mə­sə­lə­ləri üzrə məs­lə­hət­ləri­n verilməsi və s. daxildir.



Audit -- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır

Başqa sözlə, audit – mühasibat uçotunun aparılm­ası qaydası­nın göz­ləni­lməsi­nin, təsərrüfat əməli­yyatları­nın AR-nin qanunvericiliyinə uyğunlu­ğu­nun, müəssisəni­n fəal­iyyəti­nin mühasibat (maliyyə) hesabatlarınd­a əks etdirilməsi­nin tamlı­ğı­nın və dürüstlüyünün yoxlanılm­ası əsa­sınd­a müəssisəni­n mühasibat (maliyyə) hesabatları­nın müstəqil eksper­tiza­sı­dır.

Audit müstəqil təftiş key­fiy­yə­ti­nə ma­lik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə he­sa­­­bat­la­rının yox­lan­ması ilə məh­dudlaşa bil­məz. Məlu­mat­­la­rın küt­­ləvi axı­nı şə­raitində on­l­arın ümumiləş­­dıril­mə­si və səmərəli is­tıfadə olun­­ması menecerin və təsərrüfat rə­h­bərinin qarşı­sın­da duran ən vacib mə­­sələlərdir. Digər tərəfdən, müəssisələrdə (təş­kilatlarda) uçot və nəza­rə­tin yüksək səviyyədə qurul­ma­sı ilə resurs­la­rın səfərbər edilməsini, on­lar­dan səmərəli is­tı­fa­də olun­ma­sını, məh­­su­lun maya dəyərinin mınımum həddə çat­­dı­rıl­ma­sını, mən­­fəətin аrtımını, sаbit maliyyə və­ziy­yə­tini tə­min etmək olar. Auditin məqsəd və və­zıfə­lə­rı bu prinsiplər üzərində qurulur.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin