Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri



Yüklə 141,45 Kb.
səhifə6/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   2   3   4   5   6   7   8   9   ...   77
Mövzu 2. Auditin inkişaf tarixi
Auditin yaranma tarixi çox qədimdir. Hələ Yaxın Şərqin qədim sivilizasiyası dövründə (e.ə. 4000-ci il) dövlətlər yа­rаnm­ış, təsərrüfat fəaliyyəti qurulmağa və onlar öz gəlir və xərclərin hesablamаq üçün hesabatların tərtib olunmasına başlamışdır. Bu isə öz növbəsində məmurlar tərəfindən səhvlərin və sui istifadənin azalmasını təmin etmək məqsədi ilə auditin təşkil edilməsi zəruriyyətini doğurmuşdur.

E.ə. V əsrdə Afinada dövlətin gəlir və xərclərinə auditorların üzv olduqları xalq yığıncağının maliyyə orqanı nəzarət edirdi. Romada dövlətin maliyyəsinə Se­nat tərəfindən nəzarət edilirdi, auditorlar isə xəzinədarın nəzarəti altında dövlət büdcəsi­ni yoxlayırdılar. Romalılar vergilərin toplanması üçün məsuliyyət daşıyan vəzifəli şəxslər arasında yoxlama və qarşılıqlı yoxlamanın aparılmasının mürəkkəb siste­mini yaratmışdılar. Eramızın I əsrindən başlayaraq maliyyə vəsaitləri üzərində nəza­rəti kuratorlar həyata keçirirdilər. Dövlət gəlirlərinin daxil olması üzərində nə­zarəti təmin edən prokuratura və kvestorlar onlarla birlikdə çalışırdılar.

Bir sıra alimlər auditin yaranması tarixi və onun bərqərar olmasının iki mər­hələ­sini fərqləndirirlər.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin