Analitik prosedurlar auditor sübutları almaq üçün metodlardan biridir.
Analitik prosedurlar 520 № -li Beynəlxalq Audit Standartı ilə reqlamentləşdirilir.
Auditor yoxlamasının keçirilməsi prosesində auditor prosedurunun aşağıdakı növləri tətbiq edilir:
mühasibat hesabatının faktiki göstəricilərinin plan göstəriciləri ilə müqayisəsi;
mühasibat hesabatının göstəricilərinin orta sahə göstəriciləri ilə müqayisəsi;
mühasibat hesabatının göstəricilərinin mühasibatdan kənar göstəriciləri ilə müqayisəsi;
mühasibat hesabatının faktiki göstəricilərinin proqnoz göstəriciləri ilə müqayisəsi.
Beynəlxalq qaydalara müvafiq olaraq, “etibarlılıq dərəcəsi” termini analitik prosedurların qiymətləndirilməsində analitik prosedurların nəticəsi ilə bağlı dərəcədir.
Auditin planlaşdırılması mərhələsində analitik prosedurlar aşağıdakılara şərait yaradır:
auditor riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsinə;
digər auditor prosedurlarının sayının ixtisar olunmasına;
digər auditor prosedurlarının həcminin ixtisar olunmasına;
yoxlanılan iqtisadi subyektin fəaliyyətinin anlaşılmasına.
Audit proseduruna “Nəzarət yetirilməsinin” mahiyyəti – yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılmasıdır.