Aviasiya meteorologiyası



Yüklə 0,86 Mb.
səhifə1/3
tarix21.03.2022
ölçüsü0,86 Mb.
#114925
  1   2   3
Helikopter sb 1


Azərbaycan Hava Yolları QSC

Milli Aviasiya Akademyası

“Aviasiya meteorologiyası” kaferdası

Sərbəst iş №1

Fənn: Helikopter uçuşlarının meteoroloji təminatı

Mövzu: Aerosinoptik materialların təhlili əsasında uçuş şəraitinin qiymətləndirilməsi

Qrup:1128a

Tələbə:Mustafayev Elşən

Müəllim: Quliyev Zakir

Bakı 2021

Yer səthində və atmosferin müəyyən hündürlüklərində hava üzərində eyni anda aparılmış müşahidə nəticələrinin müəyyən simvol və rəqəmlərlə qeyd edilmiş coğrafi xəritələrə sinoptik xəritələr (hava xəritələri) deyilir. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır.



Yerüstü hava xəritələri işlənilən zaman aşağıdakı qaydalar nəzərə alınmalıdır:

İzobarların çəkilməsi, yüksək və alçaq təzyiq sahələrinin mərkəzlərinin aşkar edilməsi.İzobarlar qara qələmlə bütöv xətlərlə əsas hava xəritələrində hər 5 hPa-dan bir çəkilirlər.İzobarların çəkilməsi üçün qonşu məntəqələrdəki atmosfer təzyiqinin qiymətləri interpolyasiya edilir və bu məntəqələrdəki küləyin istiqaməti, sürəti nəzərə alınır. Bütün izobarların başlanğıc və son uclarında tam hektopaskallarla atmosfer təzyiqi qeyd olunur. Bu zaman təzyiqin qiymətləri açıq izobarlarda iki tərəfdən, qapalı izobarlarda isə onların birləşdiyi yerlərdə yazılır. Alçaq təzyiq sahələrinin mərkəzlərində qara qələmlə A hərfi, yüksək təzyiq sahələrinin mərkəzlərində isə Y hərfi yazılır. Barik sahələrin mərkəzlərini daha dəqiq tapmaq üçün mərkəzlərin yaxınlığında nazik bütöv xətlərlə aralıq izobarlar da çəkilir.

Barik tendensiya izoxətlərinin (izotendensiyaların) çəkilməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:

İzotendensiyalar qara qələmlə nazik qırıq-qırıq xətlər şəklində 1 hPa/3s-dan bir çəkilirlər.Təzyiqin güclü dəyişməsi halında izotendensiyalar 2hPa/3s-dan bir çəkilə bilər. Təzyiqin azalma sahələrinin mərkəzlərində qırmızı qələmlə A (azalma) hərfi, təzyiqin artma sahələrinin mərkəzlərində isə göy qələmlə Y(artma) hərfi yazılır.

Yağıntı, duman və digər hava hadisələrinin xüsusi rəng çalarları ilə ayrılması zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:

Yaşıl rənglə yağıntı zonaları, sarı rənglə isə duman və çən zonaları müvafiq olaraq fərqləndirilir.

Cəbhə xətlərinin çəkilməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:

Göy rənglə soyuq atmosfer cəbhələri, qırmızı rənglə isti cəbhələr, bənövşəyi rənglə isə müvafiq olaraq okklyuziya cəbhələri çəkilir.

Siklon və antisiklon mərkəzlərinin son 12 və ya 24 saat ərzində əvvəlki vəziyyətlərinə görə yerdəyişməsi qeyd olunur. Bu zaman siklonlar qara dairə şəklində, antisiklonlar isə boş dairə şəklində işarələnir və yanında mərkəzi və ayın taixi yazılır və müvafiq mərkəzə yerdəyişmə ox şəklində birləşdirilir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin