Dollar və rubl bahalaşıb
24.08.2016
ABŞ dolları 4 günlük fasilənin ardınca yenidən bahalaşıb. Mərkəzi Bank avqustun 24-də dollara 1,6245 manat qiymət qoyub. Əvvəlki rəsmi kurs 1,6204 manat idi və avqustun 19-dan dəyişmirdi.
Transparency.az-ın məlumatına görə, Rusiya rublunun da kursu qalxıb. 1 rubl 0,0252 manata satılır. Ötən gün rəsmi məzənnə 0,025 manat olub.
Avroda isə cüzi ucuzlaşma qeydə alınıb. 1 avronun rəsmi məzənnəsi 1,8369 manatdan 1,8349 manata düşüb.
Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb və dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın məzənnəsini nizamlamağa bu il 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.
Dostları ilə paylaş: |