TQDK qəbul hesabatı yayıb
29.08.2016
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni hesabat açıqlayıb. Hesabata görə, 2016/2017-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul üçün 41 min 736 yer ayrılıb: “Müsabiqədə iştirak edən abituriyentlərdən 34 min 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 12 min 315 nəfər dövlət sifarişi əsasında, 22 min 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83,31 faiz dolub”.
TQDK qeyd edir ki, Dövlət İdarəçilik Akademiyası, Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox tutulub (Təfsilat).
Dostları ilə paylaş: |