Prezidentin beyninə qan sızıb
29.08.2016
Özbəkistan prezidenti İslam Kərimovun beyninə qan sızıb. Bunu avqustun 29-da prezidentin qızı Lalə Kərimova sosial şəbəkədə bəyan edib.
Dövlət başçısı avqustun 27-də xəstəxanaya yerləşdirilib.
Novator.az-ın məlumatına görə, Lalə Kərimova reanimasiyada yatan atasının vəziyyətinin stabil olduğunu bildirib. O qeyd edib ki, İslam Kərimovun səhhəti ilə bağlı proqnoz vermək hələ tezdir.
İslam Kərimov 1938-ci il yanvarın 30-u Səmərqənddə doğulub. Orta Aşıya Politexnik İnstitutunu və Daşkənd Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri doktoru, akademikdir.
SSRİ dövründə Özbəkistanın maliyyə naziri, Nazirlər Soveti sədrinin birinci müavini-Dövlət Plan Komitəsinin sədri olub. 1989-cu ilin iyun ayında Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1990-cı il martın 24-dən Özbəkistan prezidentidir. Özbəkistan müstəqillik əldə etdikdən sonra İslam Kərimov 1991, 2000, 2007, 2015-ci illərdə prezident seçilib. Onun səlahiyyət müddəti 2020-ci ilin martında başa çatır.
Dostları ilə paylaş: |