Məhkəmə bankirləri azadlığa buraxdı
22.08.2016
Bakı Ağır Cinayətlər Məhkəməsi külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən “Atrabank” ASC-nin həbsdə olan vəzifəli şəxslərinin işi üzrə prosesi başa çatdırıb. Avqustun 22-də Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Report.az-ın məlumatına görə, hər biri 2 il sınaq müddəti olmaqla şərti cəza alan bankirlər məhkəmə zalından azadlığa buraxılıblar.
Təqsirləndirilən şəxslər “Atrabank”ın 200 min manat məbləğində pulunu mənimsəməkdə ittiham olunublar.
Bu il yanvarın 27-də Mərkəzi Bankın İdarə Heyəti “Atrabank”ın lisenziyasını ləğv edib. Rəsmi məlumatda bildirilib ki, “Atrabank” məcmu kapitalın minimum məbləği tələbinə, kreditorlar qarşısında öhdəliklərinə əməl etməyib, fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust qərardadı ilə isə “Atrabank” ASC müflis elan olunub.
Dostları ilə paylaş: |