Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərraclar elan edib
22.08.2016
Böyük özəlləşdirmə prosesi aparan Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də növbəti hərraclar elan edib. Hərraclara 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir (Siyahı).
Kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də özəlləşməyə çıxarılıb (Müəssisələr).
Komitənin özəlləşdirməyə çıxardığı 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları da özəlləşdirmə portalında yerləşdirilib.
Dostları ilə paylaş: |