Avqust 2016 İş yeri statistikası açıqlanıb


Faiq Əmirovun həbsi rəsmiləşib



Yüklə 4,35 Mb.
səhifə14/51
tarix10.01.2022
ölçüsü4,35 Mb.
#108995
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

Faiq Əmirovun həbsi rəsmiləşib


22.08.2016

Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi “Azadlıq” qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Faiq Əmirov milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmədə ittiham olunur. O, avqustun 20-də Bakıda tutulub. Saxlanandan sonra Faiq Əmirovun evində və avtomobilində axtarışlar aparılıb. Avtomobilin yük yerindən ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin kitabları və disklər götürülüb.

Faiq Əmirovun həbsinin Fətullah Gülən tərəfdarlarının birləşdiyi “Hizmət” hərəkatının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanan cinayət işi ilə bağlı olduğu xəbər verilir.

İyulun 15-i Türkiyədə dövlət çevrilişinə cəhd olub. Türkiyə hakimiyyəti bu cəhdin başında Fətullah Gülənin durduğunu iddia edir. Azərbaycanın hüquq mühafizə orqanları Fətullah Gülənin Azərbaycandakı tərəfdarlarına qarşı da cinayət təqibinə başlandığını bəyan edib.

Vəkil Aqil Layıcovun sözlərinə görə, Faiq Əmirov avtomobilindən çıxan kitabların ona aid olmadığını deyir. AXCP rəhbərliyi və “Azadlıq” qəzetinin redaksiyası Faiq Əmirova qarşı ittihamların uydurma olduğunu, kitab və disklərin onun avtomobilinə qəsdən qoyulduğunu bəyan edir.

AXCP sədri Əli Kərimli avqustun 22-də vurğulayıb ki, Faiq Əmirova irəli sürülən ittihamlar absurddur: “Faiq Əmirov dini təmayüldən, təriqətdən, məsciddən uzaq adamdır. O, hər zaman “Azadlıq” qəzetindəki işləri ilə məşğul olub”.

Əli Kərimlinin sözlərinə görə, əsl məqsəd AXCP-ni və “Azadlıq” qəzetini təzyiq altında saxlamaqdır: “Məlumatlar var ki, qəzeti də bağlaya bilərlər”.

AXCP sədri hesab edir ki, Faiq Əmirovun, həmçinin ondan az əvvəl tutulan AXCP Xətai Rayon Gənclər Təşkilatının sədri Fuad Əhmədlinin həbsi sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar AXCP-nin və Demokratik Qüvvələrin Milli Şurasının planlaşdırdığı mitinqlərə görədir.

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanıblar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında adı çəkilən Əhmədli Fuad Zəfər oğlu AXCP-nin Xətai Rayon Gənclər Təşkilatının sədridir. Rəsmi məlumatda deyilir ki, Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər aşkar edilib.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin