Ulduzlu otellərin sayı 117-yə çatıb
23.08.2016
Azərbaycanda təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-yə çatıb (Siyahı). Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, avqust ayı ərzində Bakı şəhəri və ölkənin başqa yerlərində 11 mehmanxanaya ulduz dərəcə sertifikatları verilib. “CHINAR Hotel & Spa Naftalan”, “El Resort”, “Ayan Palace” mehmanxanaları 5, “Kür Hotel”, “Ober-Lux”, “Elfaro”, “Atlant”, “AF Hotel”, “Afra Hotel” və “Opera Hotel” mehmanxanaları 4, “Lotos” mehmanxanası isə 3 ulduz dərəcə sertifikatı alıb.
Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatını Mədəniyyət və Turizm Nazirliyi aparır. Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu mehmanxanalara baxış keçirir və ulduz dərəcələri müəyyən olunur.
Dostları ilə paylaş: |