Avqust 2016 İş yeri statistikası açıqlanıb


Nazirlik vergi ödəyicilərinə xidmət dairəsini genişləndirir



Yüklə 4,35 Mb.
səhifə47/51
tarix10.01.2022
ölçüsü4,35 Mb.
#108995
1   ...   43   44   45   46   47   48   49   50   51

Nazirlik vergi ödəyicilərinə xidmət dairəsini genişləndirir


29.08.2016


Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə istifadə olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, bu funksiya dövlət başçısının 4 avqust sərəncamındakı islahatların tərkibi kimi vergi ödəyicilərinə göstərilən xidmət dairəsinin genişləndirilməsi məqsədi daşıyır.

“Outbound Call Centre” – Çağrı Mərkəzi təmsilçilərinin mövcud olan və ya gözlənilən (nəzərdə tutulan) müştərilərə zəng etmələri ilə bağlı fəaliyyətidir. Bu fəaliyyət texnoloji imkanlardan istifadə etməklə bir saat ərzində Çağrı Mərkəzinin mümkün qədər çox müştəriyə zəng etməsini nəzərdə tutur. Funksiyalara mövcud olan problemlər və gecikmələrlə bağlı məlumatlandırma, yeni uçota alınmış vergi ödəyicilərinin onlara yardım məqsədi ilə məlumatlandırılması, borcların yığılması, müştəri məmnunluğu ilə bağlı sorğuların və araşdırmaların aparılması daxildir”.

Məlumatda bildirilir ki, bu xidmət növünün tətbiqi nəticəsində vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən və ya əksər hallarda məlumatsızlıq və ya unutqanlıq səbəbindən öz öhdəliklərini vaxtında icra etməyən vergi ödəyicilərinin daha səmərəli məlumatlandırılması həyata keçiriləcək: “Eyni zamanda xidmət vergi öhdəliklərini vaxtında yerinə yetirməyəcəyi, bəyannamələri vaxtında və ya düzgün təqdim etməyəcəyi ehtimal olunan və Vergi Məcəlləsinə əsasən ödəyicisi olduğu vergi növlərində uyğunsuzluqlar olan vergi ödəyicilərinin sayının azaldılmasına kömək edəcək. Hazırda Vergilər Nazirliyinin Çağrı Mərkəzində qeyd edilən funksiyanın tətbiqi ilə bağlı müvafiq qaydaların layihəsi hazırlanıb və təsdiqlənməsi ilə bağlı zəruri tədbirlər görülür”.

Nazirlik bildirir ki, 4 avqust sərəncamında diqqət çəkən məsələlərdən biri də vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, asan imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsinin təmin edilməsi ilə bağlı müddəalardır: “Vergi ödəyicilərinin və vergi orqanı əməkdaşlarının bəyannamə və ərizə formalarının tərtibatına və yenidən tərtibatına sərf etdiyi vaxtın azaldılması, hesabat və ərizələrin vaxtında təqdim edilməsi, vergi ödəyicilərinin asan imzadan istifadələrinin stimullaşdırılması kimi istiqamətlərdə aparılan işlərin nəticəsi olaraq nazirliyin təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı artıb. “Çağrı Mərkəzi vasitəsilə sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti artıq Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına əlavə edilib və bu xidmət üzrə inzibati reqlament təsdiqlənib.

Hazırda fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatın alınması üçün ərizənin göndərilməsi, fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması və bərpası, asan imza İD-nin dəyişdirilməsi kimi xidmətlərin Çağrı Mərkəzi vasitəsilə həyata keçirilməsi üçün də texniki imkan yaradılıb, mövcud reqlamentlərə dəyişiklik edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına müvafiq dəyişikliklərin edilməsi üçün layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Cari ilin ikinci rübündə sözügedən layihə çərçivəsində Çağrı Mərkəzi vasitəsilə kimliyi müəyyənləşdirildikdən sonra qanun çərçivəsində kommersiya (vergi) sirri təşkil edən məlumatların təqdim edilməsi xidməti test olunub və bu əməliyyatlar uğurla başa çatdırılıb. Sözügedən xidmətin göstərilməsində əsas məqsəd Çağrı Mərkəzinə müraciət edən, lakin sualı kommersiya sirri təşkil edən məlumatlarla bağlı olduğundan tam cavab əldə edə bilməyən vergi ödəyicilərinin suallarının tam və ətraflı cavablandırılması və müraciət edən şəxslərinin məmnunluğunun təmin edilməsidir. Hazırda layihə çərçivəsində digər ərizələrin də Çağrı Mərkəzi vasitəsilə göndərilməsi imkanının yaradılması istiqamətində işlər davam etdirilir”.



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin