Bu il 100 nəfərə yaxın şəxsə “Əmək veteran” adı verilib
30.08.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 97 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verib. Onların 74 nəfəri kişi, qalanları qadınlardır.
Yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşların (kişilərin 40 ildən artıq, qadınların 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı və vəsiqəsi almaq hüququ var. Bu adı və vəsiqəni onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı verir.
Hazırda işlədiyi və ya sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda işləyən, pensiyaya çıxmış şəxsləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin edir.
Dostları ilə paylaş: |