Avrasiya əMƏkdaşliq fondu "MÜnaqiŞƏ MƏKTƏBİ"NƏ MÜraciƏt qəbulunu açiq elan ediR

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 21.95 Kb.
tarix20.05.2018
ölçüsü21.95 Kb.




C.Cabbarlı küç.,44,

Caspian Plaza III, 5-ci mərtəbə

Bakı, Azərbaycan AZ1065

Tel: (99412) 437 2940/41/44

E-mail: info@epfound.az






AVRASİYA ƏMƏKDAŞLIQ FONDU "MÜNAQİŞƏ MƏKTƏBİ"NƏ

MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Avrasiya Əməkdaşlıq Fondu (AƏF), Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində gənclər üçün "Münaqişə Məktəbi"nə qəbul elan edir. İki həftəlik internsiv kurs 19 iyun-2 iyul 2017-ci il tarixlərində Azərbaycanın müasir təhsil ocağı olan ADA Universitetində keçiriləcək.


"Münaqişə Məktəbi"nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir. "Münaqişə Məktəbi" müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaqdır. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, kollektiv yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqlar, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. "Münaqişə Məktəbi"ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.
"Münaqişə Məktəbi"ndə iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciətçinin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı siyasi elmlər, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcəkdir. "Münaqişə Məktəbi" Azərbaycan dilində keçiriləcəkdir.
"Münaqişə Məktəbi"ndə iştirak etmək üçün 13 iyun 2017-cü il tarixinədək müraciət forması info@epfound.az elektron ünvanına göndərilməlidir. Müraciətlərin nəticələri 15 iyun tarixində elan ediləcək.
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. AƏF-in Azərbaycan Respublikasındakı fəaliyyətinin əsas komponentlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vətəndaş cəmiyyətinin iştirakına və bacarıqlarının şaxələndirilməsinə dəstək olmaqdır.





C.Cabbarlı küç.,44,

Caspian Plaza III, 5-ci mərtəbə

Bakı, Azərbaycan AZ1065

Tel: (99412) 437 2940/41/44



E-mail: info@epfound.az





"MÜNAQİŞƏ MƏKTƏBİ" ÜÇÜN MÜRACİƏT FORMASI



Ad:

Soyad:

Doğum tarixi:

Doğum yeri:
Mobil:
E-mail:

Yaşayış Ünvanı:



Ali Təhsil:

Dərəcə

İxtisas

Universitet

İl






































İştirak etdiyiniz təlim, yay məktəbi və konfranslar:



Münaqişə Məktəbində iştirak etməkdə marağınız nədir? (250 söz)


Münaqişə Məktəbindən nə kimi gözləntiləriniz var? (200 söz)


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı həll imkanlarının olduğunu hesab edirsiniz? (250 söz)


"Münaqişə Məktəbi"ndə iştirak etmək üçün 13 Iyun 2017-ci il tarixinədək müraciət forması info@epfound.az e-mail ünvanına göndərilməlidir.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə